THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
669
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 oktyabr 2019 – Newtimes.az

Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki ''Valday'' Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, ''Zavtra'' qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.

AZƏRTAC xəbər verir ki, Aleksandr Proxanov təəssüratlarını Media.az ilə bölüşərək deyib: ''Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, davam edən hərbi əməliyyatlardan danışdı. Onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın ''Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – ''Qarabağ Azərbaycandır və nida işarəsi'' bəyanatı ilə cavab verdi.

A.Proxanov qeyd edib: ''Ümumilikdə, söhbət Asiyada ''hərbi forma'' alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib''.

Yazıçı vurğulayıb ki, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: ''Zal İlham Əliyevi alqışlayırdı''.

Aleksandr Proxanov bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın ''Qarabağ Ermənistandır'' sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb. O deyib: ''Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN-in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...