THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mark Esper: "Ya "F-35", ya da "S-400""

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1554
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 avqust 2019 – Newtimes.az

ABŞ administrasiyası Türkiyənin 5-ci nəsil "F-35" bombardmançı-qırıcı təyyarələrin istehsalı proqramına qaytarılmasının mümkünlüyünü bir daha nəzərdən keçirə bilər. Bunun üçün Ankara Rusiyadan əldə olunmuş "S-400" zenit-raket komplekslərindən "qurtulmalıdır".

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pentaqonda jurnalistlər üçün keçirilmiş brifinqdə müdafiə naziri Mark Esper çıxış edib.

"Mən bu barədə türkiyəli həmkarlarla əlaqə zamanı həm şəxsi, həm də ictimai qaydada çox aydın şəkildə bildirmişəm: ya "F-35", ya da "S-400". Hər iki silahlanma bir arada ola bilməz. Onlardan birini qarajda saxlayıb, digərini istifadə etmək olmaz. Ya bu birisi, ya da digəri", – Esper belə deyib.

Amerikalı nazir onu da əlavə edib ki, Ankara "S-400"lərdən tam imtina edərsə, Vaşinqton Türkiyənin "F-35" istehsalı proqramına yenidən cəlb olunması məsələsini gözdən keçirə bilər:

"Təkrar edirəm: Türkiyə hökuməti "S-400" proqramından tam imtina etməlidir, yalnız bundan sonra biz bu məsələyə yenidən baxa bilərik".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...