THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çavuşoğlu: "İdlibdə baş verənlərlə əlaqədar rejim odla oynamasın"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
795
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 avqust 2019 – Newtimes.az

"Dünən İdlibdə baş verənlərlə əlaqədar Rusiya ilə danışıqlarımız, əlaqələrimiz davam edir. İdlibdə sabitliyi qorumaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla geniş müzakirələrimiz olub. Prezidentlərimiz də davamlı olaraq bu mövzuda bir araya gəlir. Zərurət yarandıqda yenə danışıqlar müstəvisinə gəlinəcək".

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, İdlib Suriyanın önəmli ərazisi olduğu səbəbindən burada atəşkəsin təminatı çox vacibdir: "Rejim siyasi çözümə inanmadığı üçün hərbi yolu seçir. Rejimin də təminatçısı Rusiya və İrandır. Biz rejimin odla oynamamasına buradan çağırış edirik. Türkiyənin hərbi qüvvələri Suriyanın təhlükəsizliyini qorumaq üçün 9-cu müşahidə nöqtəsində bərqərar olub və mövqeyini dəyişmək niyyəti də yoxdur".

Qeyd edək ki, dünən Türkiyənin İdlibdə 9-cu müşahidə nöqtəsində hərbi maşın karvanı olan əraziyə havadan hücum olub. Suriya rejiminin havadan etdiyi atəş nəticəsində 3 Suriya vətəndaşı ölüb, 12-si yaralanıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...