THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Makron Avropa əməkdaşlığını diriltmək üçün təşəbbüs göstərir – ekspert

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
460
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 avqust 2019 – Newtimes.az

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı tam Avropa gələcəyinin gözlədiyinə əmindir. O, bunu rusiyalı həmkarı Vladimir Putinlə baş tutmuş görüşündən sonra "Twitter" paylaşımında deyib.

"Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq", – Makron qeyd edib.

Putinlə Makron arasında danışıqlar bazar ertəsi Fransanın cənubunda yerləşən Fort Breqansonda baş tutub. Danışıqların üç saatdan çox davam etdiyi bildirilir. Liderlərin görüşünün əsas hissəsi media üçün bağlı rejimdə keçirilib.

Radio Sputnik-in efirində danışan politoloq Yuri Svetov Fransa Prezidentinin bu bəyanatını şərh edib.

"Makron artıq müəyyən müddətdir ki, Avropa əməkdaşlığını diriltmək üçün təşəbbüs göstərir. O, liderliyi pensiyaya getməyə hazırlaşan Merkelin (Almaniya Kansleri Angela Merkel – red.) əlindən almaqdadır. Makronun böyük gələcəyinin olduğu görünür, onu irəlidə ikinci prezident seçkiləri gözləyir ki, orada o, müəyyən irəliləyiş nümayiş etdirməlidir", – Svetov deyib.

"O, görünür, çalışacaq ki, Fransa və Rusiya arasında, eləcə də Avropa İttifaqı və Rusiya arasında əməkdaşlığı ən azından 2014-cü ilədək olan səviyyəyə qaytarsın. Görək o, bu işdə nə dərəcədə müvəffəq olacaq", – ekspert deyib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...