THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ədalətsiz olardı

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
971
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 mart 2019 – Newtimes.az

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib: "Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin "Əsas prinsiplərini'' qəbul etməyə çağırır. Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı''.

Daha sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir: "Minsk qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur''.

Minsk qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin "Əsas prinsiplərə” sadiq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq: "Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...