THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Piter Teys: Boltonun telefon zəngi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
234
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 fevral 2019 – Newtimes.az

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir.

Bunu Trend-ə Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, eləcə də regionda və onun hüdudlarından kənarda təhlükəsizlik məsələlərinin həlli üçün yaxşı imkandır: "Con Boltonun telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir. Prezident Donald Trampın administrasiyası növbəti dəfə Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi''.

ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, iki ölkə arasında ənənəvi ittifaq Qafqaz regionunda vəziyyətin sabitləşməsinə, Azərbaycanın suverenliyinin dəstəklənməsinə xidmət edir: "Azərbaycan dünyanın iri iqtisadiyyatlarının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması Azərbaycanı regionda aparıcı müttəfiqə və Avrasiya nəqliyyat yolları üzərində əsas tərəfdaşa çevirdi''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...