THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Politoloq: Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
285
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 yanvar 2019 – Newtimes.az

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması təkcə Cənubi Qafqaz üçün yox, həm də bütün dünya üçün problemdir, çünki irimiqyaslı hərbi əməliyyat riski daim artır.

Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza'' nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır və heç kim onun nə zaman partlayacağını bilmir: "Bu məsələnin nizamlanması uzandıqca, daha da kəskinləşir və regional miqyasdan qlobal miqyasa keçmək təhlükəsi daşıyır. Ən pis nəticə isə Ermənistanla Azərbaycan arasında bərpa olunacaq müharibənin onların müttəfiqlərinin qoşulması ilə hərbi əməliyyatlara çevrilməsidir. Rusiya və Ermənistan KTMT-yə daxildir, Türkiyə isə 2010-cu ildə Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb''.

A.Umlandın sözlərinə görə, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və NATO münaqişənin nizamlanmasını görmək istərdi: "Amma burada sadə həll yolu yoxdur və Dağlıq Qarabağ Avropadan da, ABŞ-dan da uzaqdadır. Fikrimcə, münaqişənin nizamlanması üzrə vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır, amma indi elə hesab etmək olar ki, Qərb siyasətçiləri daha vacib hesab etdikləri məsələlərlə məşğuldur''.

Almaniyalı politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəmanəti Bakının Qarabağda azərbaycanlı və erməni icmalarının birgəyaşayışı üçün işğal olunmuş ərazilərin bərpasına hazırlığıdır: "Bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı icmasının təqdimatı göstərdi ki, indi problemin həlli üçün yaxşı imkan var. İcmanın nümayəndələri bildirib ki, onların Dağlıq Qarabağın erməni əhalisini birləşmiş Azərbaycanın tərkibinə qəbul etməyə hazırdır, erməni icmasının hüquqları və maraqları tam şəkildə qorunacaq. Bununla əlaqədar hesab edirəm ki, münaqişə həll oluna biləndir, lakin kifayət qədər səy göstərilmir''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...