THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcəkdir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3298
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 noyabr 2018 – Newtimes.az

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun "Egemen Qazaxıstan'' qəzetində müsahibəsi dərc olunub.

Baş nazir Novruz Məmmədov müsahibəsində bildirib ki, MDB-nin iştirakçı dövləti olan Azərbaycan təşkilat çərçivəsində müxtəlif sahələrdə, xüsusən humanitar sahədə əməkdaşlığın inkişafına böyük önəm verir. Mədəniyyət, elm, idman və digər sahələr üzrə həyata keçirilən çoxtərəfli əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Müstəqil Dövlətlər Birliyi regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla bərabər, cinayətkarlığa və müasir təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verməkdədir. MDB Hökumət Başçıları Şurasının Qazaxıstanda nəzərdə tutulan növbəti iclasında üzv ölkələr arasında bir sıra məsələlərin, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlərin müzakirəsi Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır.

Müsahibədə qardaş Qazaxıstana səfərin, həmçinin bu ölkə ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə öz töhfəsini verəcəyi qeyd edilib.

Novruz Məmmədov Azərbaycanı və Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını, ortaq soy-kök, ortaq mədəni və mənəvi amillərin önəm kəsb etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanla Qazaxıstan həm də strateji tərəfdaşdırlar. Bizim ölkələrin liderləri, ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev hələ sovet dövründən iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu dostluq, qardaşlıq ənənəsi müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb.

Müsahibədə diqqətə çatdırılıb ki, Qazaxıstanın xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Daha sonra bildirilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimum faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region ərazisindən yük daşımalarının artdığını görürük. İnanırıq ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişləndirilərək qlobal miqyasda öz töhfəsini verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünün 2019-cu ildə Azərbaycanda keçiriləcəyini söyləyən Baş nazir bu tarixin, həmçinin Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edəcəyini bildirib. Vurğulayıb ki, Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan hökuməti bütün səylərini göstərəcəkdir. "İnanıram ki, qardaş ölkələrimiz arasındakı bağlar gələcəkdə bu təşkilat çərçivəsində daha da möhkəmlənəcək, xalqlarımızın taleyi və mənafeyi naminə əhəmiyyətli addımlar atılacaq'', – deyə Baş nazir Novruz Məmmədov söyləyib.

Müsahibədə Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlət başçılarının imzaladığı Konvensiyadan, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların fəaliyyətindən, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın prioritet istiqamətlərindən geniş bəhs edilib.

AZƏRTAC

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...