THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rob Sobhani: Prezident İlham Əliyev Azərbaycan üçün parlaq gələcək təmin edib

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
855
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 oktyabr 2018 – Newtimes.az

Azərbaycan Prezidenti İlham Əliyev xalq üçün parlaq gələcək təmin edib.

Bunu Trend-ə "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin dövlət idarəetmə sənətinin ən vacib xüsusiyyəti Azərbaycanı müasir, çiçəklənən və tolerant ölkəyə çevirmək niyyətini reallaşdırmasıdır.

Azərbaycanın enerji siyasətindən danışan R.Sobhani bildirib ki, Prezident İlham Əliyev Xəzər hövzəsindən enerji ehtiyatlarının beynəlxalq bazarlara ixracının təmin olunmasında 100 faizlik uğura nail olub:

"Prezident İlham Əliyev dünyaya və beynəlxalq investorlara göstərdi ki, Azərbaycan enerji resurslarının nəqli üzrə etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan neft və qaz ixracı üzrə aparıcı mərkəz və dəhlizə çevrilib".

Amerikalı ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün əldə etdiyi iqtisadi möcüzə ölkə vətəndaşlarının rifahına yönəlib:

"Azərbaycan iqtisadiyyatının bacarıqlı kapitanı olaraq Prezident İlham Əliyev ölkənin hər bir vətəndaşına layiqli yaşamaq imkanı bəxş edib. Hər bir vətəndaşın yaxşı işinin, sabit gəlir mənbəyinin olması, bütün bunlar Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafında əldə etdiyi böyük nailiyyətlər sayəsində təmin olunub".

O vurğulayıb ki, Dünya Bankının məlumatlarına əsasən, Azərbaycan yoxsulluq çox aşağı səviyyəyədək azalıb, bu isə onu bildirir ki, Azərbaycan vətəndaşlarının böyük hissəsi orta təbəqəni təmsil edir:

"Azərbaycanda orta təbəqənin artımı Prezident İlham Əliyevin iqtisadiyyat sahəsində müdrik qərarları ilə əlaqədardır. Azərbaycan Prezidenti qəbul edir ki, ölkə iqtisadiyyatı birtərəfli ola və yalnız enerji ehtiyatlarının ixracına arxalana bilməz. Bu səbəbdən də o, regional iqtisadi inkişafa, turizm sektoruna, kənd təsərrüfatına, kiçik və orta sahibkarlığın təşviqinə və bərpa olunan enerji mənbələrinə investisiyalara əsas diqqət ayırır".

R.Sobhani bildirib ki, Prezident İlham Əliyev təkcə Ümummilli lider Heydər Əliyevin kursunu davam etdirməyib, həm də onun əsasında Azərbaycan xalqı üçün parlaq gələcək təmin edib.

Bundan başqa, amerikalı ekspert son 15 ildə idman sahəsində Azərbaycanın uğurlarından danışıb:

"Prezident İlham Əliyev Azərbaycanın böyük idman turnirlərinin keçirildiyi məkanın olması üçün kifayət qədər vaxt, enerji və güc sərf edib. Prezident İlham Əliyevin bu müdrik və uzaqgörən siyasəti Azərbaycana beynəlxalq nüfuz gətirib".

Ekspert qeyd edib ki, əgər jurnalistlər nə vaxtsa "idman turizmi" terminini fikirləşsələr, buna görə onlar Prezident İlham Əliyevə və Azərbaycana minnətdar olmalıdır, çünki idman tədbirləri keçirməklə Azərbaycan böyük turist axınını təmin edib:

"Eyni zamanda, Azərbaycan bütün dünyaya dinamik ölkə olduğunu nümayiş etdirib. Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq idman tədbirlərinin keçirildiyi məkana çevirərək ölkənin dünya arenasında imicini daha da yaxşılaşdırıb".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...