THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Andrey Şenin: Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ üçün strateji cəhətdən vacib tərəfdaşdır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
621
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 oktyabr 2018 – Newtimes.az

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana planlaşdırılan səfəri ABŞ tərəfinin bu strateji vacib regiona marağını təsdiq edir.

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kafedrasının professoru, amerikaşünas ekspert Andrey Şenin deyib.

A.Şeninin sözlərinə görə, səfər gündəliyinin əsas bəndləri Əfqanıstan və enerji məsələləri olacaq:

"Bunlar regionda ABŞ üçün prinsipial cəhətdən vacibdir. Əfqanıstanla bağlı Bolton yüklərin Xəzər limanları vasitəsilə nəqli barədə razılaşmaları müzakirə edəcək, enerji ilə bağlı isə böyük ehtimalla, söhbət reallaşan ayrı-ayrı biznes layihələrdən, eləcə də cari məsələlərdən gedəcək".

Azərbaycana gəldikdə isə, ekspert bildirib ki, hazırda ABŞ bu ölkəni regionda vacib strateji tərəfdaş qismində görür:

"Azərbaycan vasitəsilə Əfqanıstandakı ABŞ qoşunlarına böyük həcmdə yardım gedəcək, eyni zamanda, TAP, TANAP magistral boru kəmərlərini unutmamalıyıq. Transadriatik boru kəmərinin reallaşdırılması ABŞ üçün prioritet məsələdir".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...