THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
386
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr 2018 – Newtimes.az

İran və Azərbaycan xalqları ortaq tarixə, mədəniyyətə, dinə, adət-ənənələrə malikdirlər. Bu amillər dövlətlər arasındakı əlaqələrin daha da yaxınlaşmasını şərtləndirir.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani deyib. Əli Laricani Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü xatırlayaraq onun görkəmli dövlət xadimi olduğunu və Azərbaycan üçün böyük işlər gördüyünü bildirib. Qeyd edib ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən İrana səfər edib. Məhz Heydər Əliyevin səfərindən sonra İran-Azərbaycan münasibətləri mehriban qonşuluq xarakteri almağa başladı. Sonra Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi və İran ilə münasibətlər inkişaf mərhələsinə qədəm qoydu.

İran parlamentinin sədri Prezident İlham Əliyevin uğurlu xarici siyasət yürütdüyünü nəzərə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması müdrik addımdır. Bu dəhliz vasitəsilə Azərbaycan Fars körfəzi sahillərinə çıxış əldə edəcək. Region ölkələrindən İrana daxil olan ixrac malları məhz Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Bu isə həm ölkələrimiz arasındakı əlaqələrin, həm də milli iqtisadiyyatın inkişafına güclü təkan verəcək.

Azərbaycan Prezidenti haqqında fikirlərini davam etdirən Əli Laricani Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanması zamanı da İlham Əliyevin müdrik addım atdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti Xəzər dənizində sahilyanı dövlətlərdən başqasının hərbi iştirakına razılıq vermədi və bununla da Xəzər sülh və dostluq dənizi oldu.

Əli Laricani deyib ki, bu gün İran-Azərbaycan münasibətləri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır. Üçüncü qüvvənin bu mehriban münasibətlərə müdaxilə etməsinə imkan vermək olmaz.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...