THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyalı ekspert: Yerevanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1278
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 sentyabr 2018 – Newtimes.az

Yerevanın Azərbaycana şərti müharibə elan olunması ilə bağlı səsləndirdiyi bəyanatları heç nə ilə əsaslandırılmayan populizm və cəfəngiyyatdan başqa bir şey adlandırmaq olmur.

Bunu Trend-ə rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistan parlamentinin saytında yerləşdirilmiş şərti müharibə elanını və buna Rusiya tərəfinin reaksiyasını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin bu cür bəyanatları bir növ ölüm çırpınışlarına bənzəyir və sanki Ermənistan bu fikrə gəlir ki, hərbi yolla qələbə heç vaxt mümkün olmayacaq, çünki Azərbaycan heç vaxt olmadığı qədər güclüdür və istənilən kiçik bir səbəb qanuni cavaba və işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasına gətirib çıxaracaq.

Y.Mixaylov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Yerevanın bu cür ''aqressiv'' bəyanatlarına reaksiyası kifayət qədər yumşaq, amma eyni zamanda da möhkəmdir: ''Moskvanın Yerevana ismarıcı təqribən belə görünür: Siz orada sakit olun, yoxsa biz həqiqətən də fikirləşərik ki, siz orada ''müharibə oynamaq'' istəyirsiniz''.

Politoloqun sözlərinə görə, Yerevanın bu cür hərəkətləri Rusiyanın regionda sabitliyin saxlanması üzrə siyasətinin pozulması kimi qiymətləndiriləcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...