THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: Bakının "Ekspo 2025" sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3957
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2018 – Newtimes.az

Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında üzv dövlətlər qarşısında "Ekspo 2025" sərgisinə namizəd şəhərlərin təqdimatı keçirildi. 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycan Respublikasının təqdimatı çox maraqlı oldu. Ölkəmizin təqdimatı yüksək səviyyədə təşkil edilmişdir.

Bu fikri Azərbaycanın Baş naziri, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Novruz Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

"Ümumiyyətlə, belə böyük universal sərgilərin təşkili planetimizin həyatında mühüm hadisədir. Belə bir sərgini təşkil etmək hüququ qazanan ölkə öz imkanları haqqında dünyaya, beynəlxalq birliyin üzvlərinə ətraflı məlumat vermək imkanı əldə edir. Belə böyük sərgilər uzunmüddətli olur. Onlara xüsusi hazırlaşmaq lazımdır", – deyə Baş nazir vurğulayıb.

Novruz Məmmədov bildirib ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, müstəqillik illərində çox böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bizim bu sahədə zəngin təcrübəmiz var. Bugünkü üç namizəd şəhərin təqdimatı arasında Azərbaycanın təqdimatı daha uğurlu, maraqlı və perspektivli idi. Ölkəmizin irəli sürdüyü mövzu, bu mövzu ətrafında qaldırılan məsələlər olduqca əhəmiyyətlidir və diqqəti daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, ölkəmizin seçilmək şansı daha çoxdur.

Baş nazir Novruz Məmmədov deyib: "Bu il noyabrın 22-si və 23-də burada, bu zalda səsvermə mərhələsi olacaq. İnanıram ki, səsvermə Azərbaycan üçün uğurlu olacaq. Ümumiyyətlə, belə bir mühüm tədbirdə Azərbaycanın iştirakının özü elə böyük hadisədir. Ancaq tam uğurumuz üçün hələ çox çalışmalıyıq".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...