THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dmitri Savelyev: İlham Əliyevin qələbəsi Xəzər regionunda rifahın təminatıdır

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3136
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 aprel 2018 – Newtimes.az

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Onun nəticələrinə görə, hazırkı Prezident İlham Əliyev böyük üstünlüklə qalib gəldi. Seçicilərin 86 faizindən çoxu ölkənin taleyini yenidən ona etibar etdi. Eyni zamanda, səsverməyə gələnlərin sayı Azərbaycan üçün ənənəvi olaraq çox yüksək oldu: məntəqələrə seçicilərin 75 faizi gəldi.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev müşahidəçi qismində Bakıda olub. O, AZƏRTAC-ın müxbirinə müsahibəsində ölkəmiz üçün tarixi hadisədən, İlham Əliyevin inamlı qələbəsinin səbəblərindən və Azərbaycan xalqının bu seçiminin Xəzər regionunun gələcəyi üçün əhəmiyyətindən söz açıb.

– Dmitri İvanoviç, keçirilmiş seçkilərin prosedurunun özünü necə qiymətləndirirsiniz?

– Azərbaycanın təşkil etdiyi hər bir tədbir yüksək səviyyədə olur və hər dəfə nə iləsə təəccübləndirir. Seçkilər də istisna deyil. Hətta Avropadan, İsraildən gəlmiş müşahidəçilər seçkilərdə tam şəffaflığın təmin edilməsi, sui-istifadə hallarının qarşısının alınması üçün görülmüş tədbirlərdən müsbət mənada heyrətləniblər. Heç yerdə görmədiyimiz tədbirlərin şahidi olduq: məsələn, seçicilərin barmağına dəridə piqment buraxan maye vurulur. Bu, təkrar səsvermənin qarşısını alır. Ünsiyyətdə olduğum bütün müşahidəçilər qeyd edirdilər ki, proses tamamilə legitim və qanunidir və burada öyrənməli çox şey var.

– Qərb KİV-lərinin aprelin 11-nə iki-üç ay qalmış Azərbaycana göstərməyə başladığı təzyiqlər barədə nə deyə bilərsiniz? Onların bədbin proqnozları özünü nə iləsə doğrultdumu?

– Bu, adətən, ölkədəki mühüm siyasi hadisələrdən əvvəl geosiyasi landşaftın xoş olmayan, lakin ənənəvi ünsürü kimi baş verir. Metodlar təxminən mart ayında Rusiyadakı prezident seçkilərində müşahidə etdiklərimizlə təxminən eynidir. Bunlar, guya qeyri-legitim seçkilərin boykot edilməsi çağırışları, müxalifətə özünüifadə imkanı verilməməsi haqqında hay-küydən ibarətdir. Görünür, Qərbdə Azərbaycan və Rusiya əhalisinin əksəriyyətinin doğrudan da öz liderlərinə etimad göstərə biləcəyi barədə adi həqiqəti heç cür anlaya bilmirlər.

– Sizin fikrinizcə, bu yüksək etimadın səbəbləri nədir?

– Gəlin, İlham Əliyevin öz xalqı üçün gördüyü işlərə diqqətlə nəzər yetirək. Azərbaycanda təbii sərvətlərdən düşünülmüş istifadə olunması siyasəti və iqtisadiyyatın diversifikasiyası kursu mövcuddur. Bu siyasət neftin qiymətinin kəskin düşdüyü zaman özünü yaxşı doğrultdu. İqtisadiyyatın qeyri-neft sektoru – ağır sənaye, kənd təsərrüfatı, turizm sahələri böhran vəziyyətində istehsalın artmasına və durğunluğun qarşısını almağa imkan verdi. Bunun sayəsində Azərbaycan sosial proqramların həyata keçirilməsi tempini azaltmamaq, əhalinin həyat səviyyəsini aşağı salmadan inkişafı davam etdirmək imkanı qazandı.

İkincisi, düşünülmüş milli siyasət: Azərbaycan cəmiyyətində hər kəs öz milli ənənələrini və dinini qoruyub saxlamaqla yanaşı, özünü ölkənin vətəndaşı və patriotu kimi hiss edir. Bu cür yanaşma etnik və konfessional zəmində münaqişələrin qarşısını alır və sabit vətəndaş sülhünü təmin edir. Yeri gəlmişkən, seçki məntəqələrinə səs verməyə gələnlərin çox olması kiminsə məcburi gətirilməsi barədə müxalif fantaziyalarla deyil, məhz bu amillə izah oluna bilər. Məntəqələrdə seçicilərdən tez-tez eşitmək olardı ki, bu ölkə onlarındır və ölkənin gələcəyini müəyyən etmək üçün səs verməyə borcludurlar.

Üçüncüsü, mükəmməl diplomat və strateq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya arenasında ciddi oyunçuya çevrilib. İnsanlar görürlər ki, onların vətəni ilə hesablaşır, ona hörmət edirlər. Bu da çox əhəmiyyətlidir. Bütün bu amillər seçkilərdə İlham Əliyevə verilmiş təxminən 90 faiz səslərin məcmusudur. İnsanlar məhz ona görə öz liderinə etimad göstərdilər ki, prezident ölkəni bu istiqamətdə aparmağa davam etsin və qalan problemləri həll etsin. Müxalifətə gəldikdə isə, nə deyəsən? Əgər müstəqil və güclü ölkədə real müxalifət yoxdursa, onu kənardan süni şəkildə yaratmaq üçün şirnikdirici hallar həmişə olacaq.

– Necə güman edirsiniz, müşahidəçilərin seçkilərin legitimliyinə dair rəyləri Qərbin bəyanatlarında hesaba alınacaq, yaxud onlar seçkilərə qədər götürdükləri strategiyanı davam etdirəcəklər?

– Bu gün dünyada diplomatiyanın səviyyəsi elədir ki, məsuliyyətsiz çıxışlar, təhdid və sairə üçün imkan yaranıb. İlham Əliyev mürəkkəb geosiyasi və iqtisadi şəraitdə Azərbaycanın sərbəstliyini çox yüksək səviyyəyə qaldırdı. Ölkə dünyanın siyasi arenasında mühüm oyunçuya çevrildi. Bununla belə, Azərbaycan Rusiyanı fəal dəstəkləyir, çünki bizim geosiyasi rəqiblərimiz eynidir və onlar ölkələrimizə qarşı bənzər təzyiq üsullarına əl atırlar. Rusiya Azərbaycana öz maraqları olan güclü tərəfdaş kimi hörmətlə yanaşır. Lakin ABŞ üçün beynəlxalq münasibətlərin bu cür anlayışı ümumiyyətlə mümkünsüzdür.

– İlham Əliyevin qələbəsi Xəzər regionu üçün nə deməkdir?

– Hər şeydən əvvəl, bu ərazidə əsas güclərdən biri olan Azərbaycan yüksək siyasi sabitlik sayəsində iqtisadi qüdrətini qoruyub saxlayacaq. Bu, Xəzərin ehtiyatlarından istifadə olunması istiqamətində bütün layihə və proqramların reallaşması, bunun nəticəsi olaraq iş yerləri, regionun bütün ölkələrində rifahın yüksəlməsi, qayda-qanun və layiqli həyat deməkdir. Xəzər regionunda sabitliyin və rifahın təmin edilməsi Rusiya və Azərbaycanın ümumi hədəflərindən biridir. Rusiya-Azərbaycan əlaqələri sənayenin inkişafına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə, "insan kapitalının'' inkişafına güclü təkan verir. Sözsüz ki, əlaqələrimizin formatı, ölkələrimiz arasında etimad və dostluğun yüksək səviyyəsi prezidentlər Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin xidmətləridir. Onlar ölkələrimiz üçün ən vacib tarixi anlarda bir-birinə dəstək nümayiş etdirirlər. Bunun nəticəsi kimi, biz intensiv siyası yaxınlaşmanın şahidi oluruq, parlamentlərarası əməkdaşlıq fəal surətdə inkişaf edir, çox güclü iqtisadi əlaqələrimiz var. Rusiya kimi, Azərbaycan da regionun iqtisadiyyatına sərmayələr qoyur və cəlb edir, o, Xəzərin təbii sərvətlərinin öyrənilməsi və istifadəsi üzrə bütün iri layihələrə, "Şimal-Cənub'' nəqliyyat dəhlizinin və "Şərq-Qərb'' qaz kəmərinin tikintisinə qoşulub. Ona görə də, şübhəsiz ki, İlham Əliyevin qələbəsi sabitliyin və rifahın, gələcəyin zəfəridir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...