THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kerem Karabulut: ''Hesab edirəm ki, İlham Əliyev, aprelin 11-də keçiriləcək prezident seçkilərində çox yüksək göstərici ilə qələbə qazanacaq''

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
694
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 aprel 2018 – Newtimes.az

– İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın regional iqtisadi və inteqrasiya layihələrini necə qiymətləndirirsiniz?

– 1993-cü ildən 2003-cü ilədək mərhum Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dünyada iqtisadi, mədəni və siyasi müstəvidə təbliğ edilməsi və ölkənin mühüm beynəlxalq təşkilatlara üzv olması yolunda vacib bir balanslaşdırma siyasəti yürütmüşdür. Beləliklə, Azərbaycan dünyanın hörmətə layiq ölkələri arasında öz yerini tutmağa başlamışdır. Heydər Əliyev, Türkiyə ilə münasibətləri də tarixə keçən "Biz bir millət, iki dövlətik" sözləri ilə ümumiləşdirmişdir.

2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev əvvəlki dövrdə həyata keçirilən siyasəti davam etdirərək və regiondakı bütün beynəlxalq layihələrdə Azərbaycanın iştirakını və liderliyini təmin edərək milli maraqları ön plana çıxarmışdır. Bu mənada, İlham Əliyev dövründə tətbiq olunan balanslaşdırma siyasətinin əsas prinsiplərini: Azərbaycanın regional inteqrasiyasının yenidən qurulması; beynəlxalq sülhün və sabitliyin inkişafı; səmərəli çoxtərəfli beynəlxalq sistemin təmin olunması; qarşılıqlı beynəlxalq əlaqələrin arttırılması; Avropa və Trans-Atlantik qurumlarla əməkdaşlıq; Avrasiya enerji və nəqliyyat dəhlizlərində davamlı inkişaf və böyümə olaraq ümumiləşdirmək mümkündür. Həyata keçirilən səmərəli siyasət nəticəsin dünya icmaiyyəti Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki haqlı mövqeyini qəbul etmişdir. Region ölkələri ilə (Gürcüstan, Türkiyə, Rusiya və İran) qarşılıqlı razılıq və əməkdaşlıq siyasətini inkişaf etdirmək Azərbaycanın iqtisadi və siyasi gücünün artırmaqla yanaşı, dünya ictimaiyyətinin Ermənistanın yanlış və soyqırımçı siyasətini dərk etməsini asanlaşdırır. İlham Əliyev hökuməti təkcə regional əməkdaşlıq və inkişaf siyasəti ilə kifayətlənmir. Azərbaycan həm də inkişaf etmiş Qərb ölkələri, İslam ölkələri və Çin, Yaponiya və Cənubi Koreya kimi Uzaq Şərq ölkələri ilə yaxın əməkdaşlıq və fəaliyyətlər həyata keçirməkdədir.

Azərbaycanın reallaşdırdığı və tam mərkəzində yerləşdiyi Trans-Xəzər boru xətti, Avropa-Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi müxtəlif layihələr həyata keçirilmişdir.

Qısacası, İlham Əliyev hökumətinin Rusiya, İran, ABŞ, Aİ və Türkiyə arasında balanslaşdırmanı təmin edərək regional siyasət yürütməkdə və öz milli maraqlarını qoruyaraq əhəmiyyətli regional və beynəlxalq güc balansı olmaq istiqamətində irəliləməkdə olduğunu söyləyə bilərik. Səmərəli siyasi kurs həm Azərbaycanı gücləndirmiş, həm də Ermənistanın siyasi və iqtisadi təcridini möhkəmləndirərək dünya ictimaiyyətinin Azərbaycana müsbət yanaşmasına səbəb olmuşdur.

– Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin şanslarını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, İlham Əliyev, aprelin 11-də keçiriləcək prezident seçkilərində çox yüksək göstərici ilə qələbə qazanacaq. Çünki hamıya məlumdur ki, siyasi sabitlik və sosial-iqtisadi sabitlik arasında düz mütənasib əlaqə var. İşsizlik səviyyəsi 5% təşkil edir ki, bu da Avropa ölkələrinin orta göstəricisi olan 7,5%-dən azdır. İxracat-idxalat fərqi Azərbaycanın xeyrinədir. İxracat 16 milyard dollar, idxalat isə 8,5 milyard dollar təşkil etməkdədir. Buna görə də Azərbaycan xalqının siyasi və sosial sabitliyi təmin edən və gələcək üçün yüksək perspektivlərə malik olan bir hökumətə dəstək verəcəyini düşünürəm.

Bundan əlavə, cənab İlham Əliyevin qalib gəlməsi Türkiyə üçün də əhəmiyyətlidir. Çünki Türkiyə-Azərbaycan artıq tarixi əməkdaşlıq və həmrəyliyi qardaşlığa yaraşan tərzdə həyata keçirmiş və bunu davam etdirməkdədir. Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" fikri, Heydər Əliyev tərəfindən "biz bir millət, iki dövlətik" sözləri ilə tamamlanmışdır. Bu fikirlərdən irəli gələn tələbləri mövcud hökumətlər də uğurla davam etdirir. Türkiyə və Naxçıvanda etdiyimiz sahə tədqiqatlarında da bu istiqamətdə qarşılıqlı "qardaşlıq, dostluq və yaxınlıq" fikirlərinin ön plana çıxdığı aydın olur. Bu səbəbdən, Türkiyə üçün də mövcud münasibətlərin və həmrəyliyin sabit bir şəkildə davam etməsi mühüm əhəmiyyət kəsb edir.

Kerem Karabulut Atatürk Universitetinin professorudur

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...