THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Stanislav Çernyayevski: Azərbaycan çox qısa müddətdə özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərib

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1109
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 mart 2018 – Newtimes.az

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Stanislav Çernyayevskinin müsahibəsi

– İlham Əliyevin prezidentliyi dövründə (2003-2018-ci illər) Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik kontekstində necə qiymətləndirirsiniz?

– Əlbəttə müsbət. Sizin suala cavab verərkən yəqin ki, dünya birliyinin nüfuzlu aktoru kimi Azərbaycan Respublikasının çoxsaylı uğurlarını sadalamaq olardı. Amma düşünürəm ki, bəzi nəticələrlə kifayətlənmək daha düzgündür.

Əvvələn, indiki Prezidentin dövründə Azərbaycan elə bir dövlətə çevrilib ki, dünyanın siyasi arxitekturasında həm regional, həm də qlobal əhəmiyyətli çağırış və təhdidlərlə əlaqədar onunla hesablaşırlar.

Müasir Azərbaycan Cənubi Qafqazın böyük istehsal və intellektual potensialı olan ən iri ölkəsidir. Son 20 ildə quruculuq səylərinin nəticəsi olan daxili inkişafda böyük nailiyyətlər xarici siyasətdə getdikcə daha aydın təzahür edir. Enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal iqtisadiyyatda və maliyyə məsələlərində Azərbaycan Respublikasının rolunun möhkəmlənməsi beynəlxalq məsələlərdə onun məsuliyyətinin artmasının etiraf edilməsinin təsdiqidir.

İkincisi, Azərbaycanın xarici siyasət strategiyası yaradıcı əməkdaşlıq yolu ilə milli maraqların reallaşmasına yönəlib. Şəxsiyyətin, dünyəvi cəmiyyətin, demokratik və hüquqi dövlətin maraqlarının müdafiəsi ən yüksək prioritetdir.

Azərbaycan diplomatiyası praktiki fəaliyyətində beynəlxalq tərəfdaşlarla suveren mövqelərdən çıxış edərək, tam hüquq bərabərliyi, qarşılıqlı maraqların və faydanın nəzərə alınması əsasında fəaliyyət göstərir. Bu zaman o, belə bir mövqedən çıxış edir ki, beynəlxalq həmrəylik müstəqil xarici siyasətdən imtina etmək bahasına əldə edilə bilməz. Buna görə də tərəfdaşların birgə fəaliyyətdən imtina etdikləri məsələlərdə Azərbaycan tərəfi özü qərar qəbul edir və bu zaman ilk növbədə öz milli maraqlarından çıxış edir, amma mütləq beynəlxalq hüquqa əsaslanır.

Azərbaycan çox qısa müddətdə, 25 il ərzində özünü müstəqil xarici siyasət yürüdən, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən etibarlı beynəlxalq tərəfdaş kimi göstərib. Müstəqillik illəri siyasi sistemin transformasiyası, demokratik təsisatların yaradılması dövrü olub.

Dövlət quruculuğu dövründə qonşu Ermənistanın silahlı təcavüzü ciddi amilə çevrilib. Müharibə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarının işğalına gətirib çıxarıb. Hazırda ölkənin ərazisinin 20 faizindən çoxu, o cümlədən Azərbaycan millətinin tarixən təşəkkül tapdığı rayonlar işğal altındadır, ata-baba yurdundan zorla qovulmuş bir milyondan çox mülki şəxs qaçqın və məcburi köçkün vəziyyətindədir. Aydın məsələdir ki, Azərbaycan cəmiyyəti bu vəziyyəti ümumi faciə mənbəyi hesab edir.

Təəssüf ki, bu gün biz Cənubi Qafqaz və Mərkəzi Asiya üçün xarici təhdidlərin kəskin artmasının şahidiyik. Özü də Azərbaycanın üzləşdiyi xarici təhdidlər dondurulmuş Qarabağ münaqişəsindən daha geniş kontekstdə nəzərdən keçirilməlidir.

Azərbaycan sərhədlərinə çox böyük təhlükə yaxınlaşmaqdadır və bu təhlükəni nəzərə almamaq olmaz. Söhbət bütün Yaxın Şərqdə nüfuz və hakimiyyət uğrunda dünyanın aparıcı aktorları arasında yetişməkdə olan müharibədən gedir. Şübhəsiz ki, bu kontekstdə sabit Azərbaycanın rolu xeyli artır.

– İlham Əliyevin prezidentliyi dövründə Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətləri hansı istiqamətdə dəyişib? Bu dövrdə hansı mühüm qərarlar qəbul edilib?

– 2017-ci ildə ikitərəfli əməkdaşlıq mövzusu diplomatik münasibətlərin qurulmasının 25 iliyi ilə əlaqədar bizim KİV-lərdə də rəsmi səviyyədə geniş işıqlandırılıb. Qarşılıqlı dostluq səfərləri, parlamentlərarası və ictimai əlaqələrin səviyyəsi ilə bağlı çoxlu statistik məlumatlar verilib.

Əlbəttə, müasir dünyada 25 il yetərincə ciddi müddətdir. Bu dövr ərzində, demək olar, bütün regionlarda böyük dəyişikliklər baş verib. Milli dövlətçiliyin inkişafı ilə əlaqədar tarixi proseslərin baş verdiyi postsovet məkanı isə lap kəskin dəyişikliklərə məruz qalıb. Mahiyyət etibari ilə burada bir neçə mərhələ bir-birini əvəzləyib. Əlbəttə, 1990-cı illərin Azərbaycanı da, elə həmin dövrün Rusiyası da heç də bizim indi gördüyümüz dövlətlər deyildir. Ötən illərdə ölkələrimiz SSRİ-nin dağılmasının böhranlı nəticələrinin aradan qaldırılmasından tutmuş, gələcəyə istiqamətlənmiş yeni inkişaf modellərinin işlənib hazırlanmasınadək böyük yol qət ediblər. Bu yolda biz maraqlarımızı əlaqələndirmək üçün dəfələrlə uğurlu formalar tapmışıq, bir-birimizə həqiqətən mehriban qonşu dəstəyi göstərmişik.

Bu, iqtisadi sahədə xüsusilə aydın görünür. Məlumdur ki, Rusiyaya münasibətdə sanksiya siyasətini Bakı dəstəkləməyib və Rusiya istehlakçılarının təzə meyvə-tərəvəzlə təmin olunmasına sanballı töhfə verib.

Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. 2017-ci ilin yanvar-avqust aylarında Rusiya ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 1,7 milyard dollar, o cümlədən Rusiyanın ixracı 1,27 milyard dollar, idxalı isə 435,7 milyon dollar təşkil edib.

Rusiya Azərbaycana ərzaq malları və kənd təsərrüfatı xammalı; metal və metal məmulatı; maşınlar, avadanlıq və nəqliyyat vasitələri; ağac və sellüloz-kağız məmulatı; kimya sənayesi məhsulları; mineral məhsullar ixrac edir. Rusiya idxalı isə ərzaq və kənd təsərrüfatı xammalı; mineral məhsullar; toxuculuq məhsulları və ayaqqabı; metal və metal məmulatı; kimya sənayesi məhsulları; maşınlar, avadanlıq və nəqliyyat vasitələri kimi mallardan ibarət olub. Bu gün Azərbaycan bazarında 600-dən çox birgə şirkət, o cümlədən yüz faiz Rusiya kapitalı ilə işləyən təxminən 200, birgə müəssisə formatında 400-dən çox şirkət fəaliyyət göstərir. Rusiyanın Azərbaycanda cəmləşmiş investisiyaları təqribən 1,4 milyard dollardır.

Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin müdafiə idarələrinin rəhbərləri müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər.

Şübhəsiz ki, belə mürəkkəb bir regionda daim dəyişən konyunktura şəraitində siyasi kursun qurulmasında müəyyənedici rol dövlət başçılarına məxsusdur. Bu gün Azərbaycana yüksək peşəkarlığa və strateji uzaqgörənliyə malik lider İlham Əliyev rəhbərlik edir. İlham Əliyev artıq 15 ilə yaxındır ki, idarəçilik və düzgün qərarlar qəbul etmək məharəti nümayiş etdirir. Bu, Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri olan Rusiya ilə münasibətlərin inkişafına da aiddir.

– Azərbaycanda prezident seçkiləri elan edilib. Seçkilər 2018-ci il aprelin 11-də keçiriləcək. Siz namizədlərin şanslarını necə qiymətləndirirsiniz?

– Azərbaycanda prezident vəzifəsinə bu və ya digər namizədin şanslarını qiymətləndirmək azərbaycanlıların öz daxili işidir.

Yalnız bunu deyə bilərəm ki, Azərbaycan dövləti müstəqillik illəri ərzində beynəlxalq hüququn bütün tələblərinə cavab verən və milli ənənələri nəzərə alan demokratik təsisatlar yaratmağa müvəffəq olub. Seçki qanunvericiliyinin praktiki implementasiyası istiqamətində də böyük işlər görülüb. İstər seçkiqabağı proses, istərsə də səsvermənin özü, habelə səslərin hesablanması şəffaflıq şəraitində keçirilir. Praktikada bütün namizədlərin seçkiqabağı təşviqat aparmaları üçün bərabər hüquqları təmin edilir.

Seçki prosesi Azərbaycanın daxili işidir və onun yekunları Azərbaycan xalqının iradəsini əks etdirəcək.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...