THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir – Novruz Məmmədov – Müsahibə – VİDEO

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1534
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 noyabr 2017 – Newtimes.az

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti Azərbaycan ilə bu təşkilat arasında əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi rəsmi Bakı üçün tarixi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Xəzər Televiziyasına açıqlamasında belə deyib.

Novruz Məmmədov bildirib ki, xüsusilə sammitin sonunda qəbul edilən bəyannamədə rəsmi Bakının prinsipial hesab etdiyi əsas məsələlərin əksini tapması əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradır.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsində ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik kimi təməl prinsiplərin əks olunması və bütün iştirakçı dövlətlərin bunu birmənalı şəkildə qəbul etməsi rəsmi Bakının təşkilatla əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar açır. Nəzərə alsaq ki, 2015-ci ilin Riqa sammitində Azərbaycanı qane etməyən məsələ bu prinsiplərə laqeyd münasibət idi. Ermənistan tərəfi bu dəfə də buna mane olmaq üçün əlindən gələni edib, amma istəklərinə nail ola bilməyib.

Novruz Məmmədov hesab edir ki, bunun əsas səbəbi Avropa İttifaqının Azərbaycana artıq bərabərhüquqlu tərəfdaş gözü ilə baxmasıdır. Azərbaycan Avropa İttifaqı üçün siyasi və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli bir ölkədir.

Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqından nəsə ummur. Konkret qarşılıqlı-faydalı əməkdaşlıq təklif edir. Bu əməkdaşlığın isə müqabilində özünün şərtləri var. O şərtlər ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələbidir. Ermənistanın düşdüyü vəziyyət isə fərqlidir. İqtisadi əməkdaşlıq baxımından Avropa İttifaqı üçün heç bir əhəmiyyət kəsb etməyən bu dövlət sadəcə lobbi və diaspor gücünə ayaqda qalmağa çalışır.

Bundan əlavə, sammitdə digər bir məqam ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər və hətta bura investisiya qoymaq cəhdləri Avropa İttifaqı səviyyəsində pislənilib.

Sırf ikitərəfli münasibətlər kontekstində isə, Avropa İttifaqı Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu və konkret addımlar atmaq niyyətini ifadə edib. Buna ilk növbədə, viza məsələsinin sadələşdirilməsi, ümumi hava məkanından istifadə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük iqtisadi, o cümlədən də enerji və nəqliyyat layihələrinin birmənalı dəstəklənməsi aiddir.

Novruz Məmmədov ilə müsahibəni təqdim edirik:


Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...