THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Prezidentinin köməkçisi: Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1432
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 oktyabr 2017 – Newtimes.az

Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədov bildirib ki, artıq bu, bumeranq kimi Avropanın özünə qayıdır: "Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur. Onlar əvvəlcədən ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün artıq bu gün belə problemlərlə üzləşirlər. Hazırda bu problemlərlə üzləşən ölkələrə vaxtında deyirdik ki, gəlin, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizə deyirlər ki, separatizmə qarşı mövqe bildirin. Bu günlərdə İtaliyanın iki vilayəti iqtisadi müstəqillik istədi. Bu, ilk addım ola bilər. Böyük Britaniyanın da Şimali İrlandiya, Şotlandiya kimi problemləri var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".

Prezidentin köməkçisi əlavə edib ki, 1990-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hallar var: "Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə zamanında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...