THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün geniş imkan var

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3063
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 iyun 2017 – Newtimes.az

Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, düşünürük ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün geniş imkan var.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə son iki həftədə ünvanladığı iki məktubu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür.

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirildiyini xatırladan Prezidentin köməkçisi ABŞ Prezidentinin həmin Sammitdə mühüm nitq söylədiyini bildirib. Qeyd edib ki, Prezident Donald Tramp nitqində ABŞ-ın dünya ölkələri ilə bundan sonrakı əməkdaşlıq prinsiplərini ortaya qoydu. "Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz də bu perspektivlərlə bağlı lazımi addımları atırıq'', – deyə Novruz Məmmədov bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...