THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Qarabağ məsələsi dondurulmuş münaqişə deyil"

Siz buradasınız: Əsas səhifə »» MÜSAHİBƏLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8309
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyul 2016 – Newtimes.az

"Bütün dünya gördü ki, Qarabağ məsələsi dondurulmuş münaqişə deyil və hər an alışıb yana bilər. Son hadisələr bunu bir daha sübut etdi".

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir canlanma var. Aprel hadisələrindən sonra ABŞ, Rusiya Federasiyası və eləcə də Fransanın özü də prezidentlər arasında görüşlərin keçirilməsi istiqamətində ciddi səylər göstərir.

Daha sonra Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Bakı səfərinə toxunan Administrasiya nümayəndəsi Almaniyanın da münaqişələrin həlli istiqamətində müəyyən addımlar atmaq istəyinin olduğunu bildirib.

"Azərbaycan Prezidentinin Almaniya səfəri zamanı Almaniya kansleri və digər nümayəndə heyətləri ilə bu münaqişə geniş şəkildə bütün detallarına qədər müzakirə edilib. Ştaynmayerin səfəri heç də təsadüfi bir hal deyil. Prezidentin apardığı hərtərəfli danışıqların nəticəsi olaraq Almaniyanın xarici işlər naziri regiona səfər etdi", – deyə Novruz Məmmədov Frank-Valter Ştaynmayerin Bakı səfərini şərh edərkən deyib.

Türkiyə-Rusiya münasibətlərinin müsbət məcraya çıxmasından danışan qonaq Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin düzəlməsi üçün vacib addımlar atdığını qeyd edib.

"Türkiyə bizim üçün dost, qardaş, tərəfdaş dövlətdir. Rusiya isə bizim üçün çox gözəl münasibətlər qurduğumuz, əməkdaşlıq etdiyimiz dost ölkədir. Hər iki ölkə arasında münasibətlərin düzəlməsi bizim üçün də çox faydalıdır", – deyə Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb.


Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...