THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-İran-Çin "üçbucağı": ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər

ABŞ-İran-Çin "üçbucağı": ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər
05 sentyabr 2019

Amerikanın başladığı ticarət müharibələrinin dünya iqtisadiyyatını silkələdiyi sirr deyil. İndi bütün ölkələr növbəti qlobal iqtisadi böhrana hazırlaşır. Bunun fonunda ticarət müharibələri nəinki səngiyir, əksinə, yeni səviyyəyə yüksəlir. Bunun əlamətlərindən biri Donald Trampın Çini çökdürəcəyi ilə bağlı verdiyi bəyanat hesab oluna bilər. O, yenidən prezident seçiləcəyi təqdirdə Çinin iqtisadi potensialını məhv edəcəyindən danışıb. Bu arada, Yaxın Şərqdə geosiyasi vəziyyət daha da kəskinləşib. Orada İsrail-ABŞ cütlüyü İrana qarşı yeni addımlar atır. Tehran isə müxtəlif manevrlər etməkdədir. Onlardan biri kimi xarici işlər naziri Məhəmməd Cavad Zərifin "vahid Çin" ideyasını dəstəklədiklərini bəyan etməsi göstərilir. Bu yanaşma kontekstində Amerika, Çin və İran xəttində geosiyasi proseslərin istiqaməti və bunun qlobal coğrafi-iqtisadi reallıqlara təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.

Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri

Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri
02 sentyabr 2019

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Polşaya səfərinin trayektoriyası müəyyən mənada "z" hərfini xatırladır. Bir sıra ekspertlər hətta "Zorro" rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcazi mənada səfərində bir "Zorro" damğasını vurdu. Ancaq bu, kənardan belə görünə bilər. Danışıqların real məzmununun analizi göstərir ki, C.Bolton gözlədiyi səviyyədə səmərəli danışıqlar apara bilməyib. Xüsusilə Minskdə onu məyus ediblər. Prezident A.Lukaşenko ilə demək olar ki, heç bir məsələdə razılıq əldə edilməyib. Kiyev və Kişineuda isə xeyli dərəcədə ortaq mövqe formalaşdırılıb. Bunlarla yanaşı, C.Bolton Varşavada yenidən Ukrayna, Belarus və Polşa nümayəndələri ilə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib. Belə görünür ki, Polşadakı danışıqlar Ukrayna-Moldova-Belarus danışıqlarının müəyyən mənada davamı olub.

Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi "yol xəritəsi"

Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi "yol xəritəsi"
30 avqust 2019

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Asiyaya yeni dönüş etməyə başladığı haqqında bəyanatı siyasi dairələrdə qızğın müzakirələrə yol açıb. Yanaşmalar fərqli olsa da, bütövlükdə, mütəxəssislər Ankaranın məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırlar. Əlbəttə, Türkiyə böyük dövlətdir və onun xarici siyasəti geniş geosiyasi məkanı əhatə edə bilər. Bununla yanaşı, müasir qlobal geosiyasi vəziyyəti nəzərə almaq lazımdır. Bu aspektdə isə müxtəlif risklər, qeyri-müəyyənliklər və güclü rəqabət özünü göstərir. Bütün bu faktorları əsas götürsək, Türkiyənin Asiya siyasətində nə kimi nəticələr əldə edə biləcəyi maraq doğurur.

Avropa İttifaqının London və Moskva siyasəti: kəsişən və fərqlənən mövqelər

Avropa İttifaqının London və Moskva siyasəti: kəsişən və fərqlənən mövqelər
26 avqust 2019

Ekspertlərin qənaətinə görə, Brüssel bir sıra geosiyasi məsələlərdə daha fəal və müstəqil mövqe tutmağa başlayır. Buna nümunə olaraq Avropa İttifaqının Böyük Britaniya və Rusiya siyasəti göstərilir. Lakin Brüsselin bu dövlətlərin hər biri istiqamətində mövqeyi fərqlidir. Böyük Britaniya ilə bağlı "Breksit" məsələsi aktualdırsa, Rusiya istiqamətində problemlər çoxdur. Londona münasibətdə Brüssel "ağrısız boşanma"nın yollarını axtarırsa, Moskva ilə daha ciddi və daha çox məsələlərdə fikir ayrılığı vardır. Söhbət Aİ-nin, ümumiyyətlə, Rusiya ilə əməkdaşlıq edib-etməməsindən gedirsə, Böyük Britaniya ilə "Breksit"dən sonra da sıx əməkdaşlıq üsullarından gedir. Yəni London amili Avropanın bütövlüyü məsələsidirsə, Rusiya ən yaxşı halda "mehriban qonşu" kimi Aİ-yə lazımdır. Bu mövqe kontekstində Aİ-nin Böyük Britaniya və Rusiya siyasətinin bəzi incəlikləri üzərində dayanmaq istərdik.

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 avqust 2019

Rusiyanın dövlət başçısının Fransaya səfərində qlobal miqyasda aktual olan məsələlərlə yanaşı, ikitərəfli münasibətlərlə də bağlı müzakirələr aparılıb. Yayılan informasiyalara görə, Rusiya və Fransa prezidentləri müzakirələrdə ciddi razılıqlar əldə edə bilməyiblər. Ancaq müzakirələr çox sayda məsələni əhatə edib. Bundan başqa, E.Makronun "Yeddilər" qrupu ilə bağlı V.Putinə dolayısı ilə etdiyi təkliflər lazımi səviyyədə qarşılıq görməyib. Yaxın Şərqdəki münaqişələrin həllində Moskva və Parisin mövqeyindəki fərqlər qalmaqdadır. Bütün bu məsələlərin fonunda Rusiya-Fransa münasibətlərinin geosiyasi kontekstdə analizi üzərində dayanmağa ehtiyac vardır.

Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik

Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
13 avqust 2019

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərinə ekspertlər maraq göstəriblər. Onlar Rusiyanın Ermənistanla bağlı müəyyən şübhələrinin olduğunu, rəsmi İrəvanın qeyri-sabit geosiyasi mövqe tutmasının regional təhlükəsizliyə zərər verəcəyini vurğulayırlar. Bundan başqa, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyətin daha da gərginləşməsi, terrorun həmin məkandan digər regionlara yayılmağa başlamasının Cənubi Qafqaz üçün ciddi problemlər yarada biləcəyi istisna edilmir. Bütün bunların fonunda baş nazir Nikol Paşinyanın apardığı xarici siyasətin Rusiya-Ermənistan münasibətlərinə ciddi təhlükə törətdiyi haqqında ekspertlər fikir bildiriblər. Onlar N.Patruşevin İrəvana səfərində N.Paşinyanın Xankəndidə səsləndirdiyi bir sıra absurd fikirlərin də rol oynadığı qənaətindədirlər. Vurğulanan məqamlar kontekstində N.Patruşevin İrəvan səfərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Yaxın Şərqdə geosiyasi mənzərə və İdlib problemi: kəsişən maraqların gərginliyi işığında

Yaxın Şərqdə geosiyasi mənzərə və İdlib problemi: kəsişən maraqların gərginliyi işığında
12 avqust 2019

Son zamanlar dünya mediasında Suriyanın İdlib bölgəsində intensiv hərbi əməliyyatlar barədə informasiyalar yayılır. Müxaliflərlə Bəşər Əsəd rejiminə bağlı olan silahlı qüvvələr arasında şiddətli toqquşmaların getdiyi bildirilir. Gah bu, gah da digər tərəfin uğur qazandığından bəhs edilir. Lakin bu prosesdə ancaq Suriyanın daxili qüvvələrinin iştirak etmədiyi də vurğulanır. Türkiyə, İran və Rusiyanın birbaşa proseslərin içərisində olduğu qeyd edilir. Daha geniş rakursdan baxdıqda, İsrail, ərəb ölkələri, ABŞ, Avropa dövlətləri və Çinin də həmin hadisələrlə bu və ya digər dərəcədə əlaqəsi olduğu aydınlaşır. Konkret olaraq, İdlib hazırkı mərhələdə böyük geosiyasi oyunların bir hissəsidir. Ona kimin sahib olmasından Yaxın Şərqdə təhlükəsizliyin təmini modeli və geosiyasi konfiqurasiya məsələsi xeyli dərəcədə asılı olacaq. Bütün bunları nəzərə alaraq, İdlibdə cərəyan edən proseslərin geosiyasi aspektlə bağlılığı və mümkün təsirlər üzərində geniş dayanmağa ehtiyac görürük.

Böyük geosiyasi güclər və yeni dünya düzəni: qeyri-müəyyənlik və risklərdən xilas modeli varmı?

Böyük geosiyasi güclər və yeni dünya düzəni: qeyri-müəyyənlik və risklərdən xilas modeli varmı?
06 avqust 2019

Mütəxəssislər dünya nizamının dəyişiklik zərurəti qarşısında qaldığını vurğulayırlar. Onlar hesab edirlər ki, artıq qlobal səviyyədə nizam qaydaları yenilənməlidir. Lakin bunun konkret olaraq hansı istiqamətdə və hansı şərtlər daxilində baş verməli olduğu barədə ortaq fikir yoxdur. Fərqli təkliflər və proqnozlar verilir, mümkün ssenarilərdən bəhs edilir. Real gedişatın necə olacağı haqqında konkret mövqe isə müşahidə edilmir. Bununla yanaşı, bir neçə nəzəri ssenarilər ifadə edilir. Onların geosiyasi analizi qlobal nizamın yeniləşmə dinamikası haqqında müəyyən təsəvvürlər əldə etməyə imkan verir. Həmin çərçivədə dünya nizamının dəyişməsi modelləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Rusiya-Çin strateji əməkdaşlığı: ''yeni sosialist alyansı"?

Rusiya-Çin strateji əməkdaşlığı: ''yeni sosialist alyansı"?
01 avqust 2019

Çinin dövlət başçısının Rusiyaya səfərini Avropada İkinci dünya müharibəsi zamanı Normandiyaya qoşun çıxarılması ilə bağlı təşkil edilən təntənəli tədbirlər belə kölgədə qoya bilmədi. Həmin tədbirlərdə V.Putin və S.Szinpin iştirak etməyiblər. Ancaq Moskvadakı danışıqlarda müzakirə olunan məsələlərin beynəlxalq aləmdə ciddi əks-səda yaratması qlobal miqyasda əhəmiyyətli geosiyasi proseslərin vüsət ala biləcəyi üzərində düşünməyə əsas verir. Qərbin siyasi və ekspert dairələri də Rusiya və Çinin dövlət başçılarının görüşünə məhz bu aspektdə yanaşırlar. Maraqlıdır ki, Avropada dünya miqyasında yeni qüvvələr nisbətinin yarana biləcəyindən bəhs edirlər.

Sanksiyalar, yoxsa dialoq: Qərb-Türkiyə münasibətlərinin əsas sualı

Sanksiyalar, yoxsa dialoq: Qərb-Türkiyə münasibətlərinin əsas sualı
25 iyul 2019

Rusiya istehsalı olan S-400 "Triumf" zenit-raket komplekslərinin Türkiyə tərəfindən alınması ilə qlobal geosiyasətdə bir dalğalanma meydana gəlməkdədir. Amerika Konqresi Ankaraya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsinə çağırır. Pentaqon da Türkiyənin F-35-lərin istehsalı proqramından çıxarılmasından dəm vurur. Aydın görünür ki, Qərbi Türkiyənin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Və ya onun təhlükəsizliyini ancaq öz marağı çərçivəsində təsəvvür edir. Bu isə bütövlükdə vəziyyəti qeyri-müəyyənliyə doğru aparır. Türkiyə təbii ki, mövqeyini dəyişə bilməz. Qərb isə mövqeyini dəyişib Ankara ilə bərabərhüquqlu tərəfdaş kimi dialoqa getməlidir. Lakin bu tendensiya hiss edilmir. Bu səbəbdən gözləmək olar ki, ABŞ-Türkiyə münasibətləri bir müddət də riskli məqamlarla dolu olaraq qalacaq. Bunun fonunda dünyada hansı proseslərin cərəyan edəcəyi üzərində düşünmək lazım gəlir. Türkiyə-Rusiya münasibətləri də həmin kontekstdə maraq doğurur. Bütün bunlar problemin geosiyasi aspekti üzərində geniş dayanmaq ehtiyacını ortaya qoyur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...