THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa siyasətinin "Boris fenomeni": qüvvələr nisbəti kəskin dəyişir

Avropa siyasətinin "Boris fenomeni": qüvvələr nisbəti kəskin dəyişir
16 dekabr 2019

Böyük Britaniya parlamentinə seçkilərdə mühafizəkarların böyük fərqlə qalib gəlməsi yalnız İngiltərəni silkələməyib. Bütün Qərb düşərgəsi bu hadisənin siyasi və geosiyasi nəticələri üzərində baş sındırmağa başlayıb. Arada isə leyboristlərin lideri Ceremi Korbin "yanıb". O, istefa verəcəyini bəyan edib. Boris Consonun qələbəsini isə bir zamanlar Marqaret Tetçerin əldə etdiyi nailiyyətlə müqayisə edirlər. Hesab edilir ki, həm "Breksit"in taleyi həll olundu, həm də Avropada fərqli siyasi ab-hava yarandı. Avropa İttifaqı məkanında çoxlu suallar meydana gəldi. Hətta təşkilatın gələcək taleyi ilə bağlı bədbin fikirlər də səslənməkdədir. Bir çox ekspertlər hesab edirlər ki, "Breksit" başqa ayırıcı proseslərə də təkan verə bilər. Buna işarə edən bir sıra əlamətlər artıq mövcuddur. Bunların fonunda ABŞ prezidenti Donald Trampın Boris Consonu xüsusi təntənə ilə təbrik etməsinə də diqqət yönəldilir. Ekspertlərə görə, bu, bütövlükdə, Qərbdə çox ciddi geosiyasi proseslərin başlanğıcı ola bilər.

Geosiyasi iflas: təzyiqlər altında çapalayan Ermənistan

Geosiyasi iflas: təzyiqlər altında çapalayan Ermənistan
13 noyabr 2019

Müstəqil dövlət olmaq asan məsələ deyil. Ermənistan iqtidarları bunu bacarmırlar. İndiki mərhələdə də ölkə ciddi surətdə təzyiq altındadır və kənardan olan tələbləri yerinə yetirməyin əzabını çəkir. Rusiya "Amulsar" qızıl mədəninin anqlosaksların əlindən alınmasını tələb edir, NATO-nun yaratdığı biolaboratoriyaya giriş hüququ istəyir. Görünür, Moskva bu laboratoriyalarda təhlükəli layihələrin həyata keçirildiyindən şübhələnir. Rusiya istəməz ki, forpostunda onun xəbəri olmadan hansısa kütləvi qırğın silahı hazırlansın. Başqa sözlə, "şeytanın vəkili"nin zühuru yolverilməzdir. Bunlar Ermənistanın Amerika və Rusiyanın timsalında iki böyük dövlət tərəfindən yeni səviyyədə küncə sıxışdırıldığını göstərir. Bəs hadisələr hansı istiqamətdə inkişaf edə bilər və bunun regional proseslərə təsiri nədən ibarət olacaq?

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi
06 noyabr 2019

Yaxın Şərqdə gərginlik azalmaq bilmir. Bir ölkədə problemlər həll edilməmiş, münaqişələr aradan qalxmamış, digərində yeni ixtilaflar meydana gəlir. Suriya məsələsində ciddi irəliləyiş olmadığı halda, İraqda ara qarışmağa başlayıb. İndi bu ölkənin şəhərlərinin küçələrində sosial tələblərlə çıxış edən, lakin siyasi xarakterli iddialar irəli sürən etirazçı kütlə vardır. Artıq yüzlərlə insan həyatını itirib və bu rəqəm hər gün artır. Nümayişçilər İrana bağlı İraq hökumətinin dəyişməsini tələb edirlər. Bundan nəticə çıxaran ekspertlər ümumilikdə geosiyasi aspektdə antiiran prosesindən bəhs edir, eyni zamanda, İraqdakı şiələr arasında nifaq salındığını ifadə edirlər. Bu iki məqamı birləşdirəndə belə alınır ki, İraqda dərin qatlarda geosiyasi, ideoloji və dini çalarları olan ziddiyyətli proseslərə start verilib. Sosial tələblər ancaq görünən tərəfdir.

Türkiyə-Rusiya münasibətləri: qlobal geosiyasətdə qüvvələr nisbəti və Soçi razılaşması

Türkiyə-Rusiya münasibətləri: qlobal geosiyasətdə qüvvələr nisbəti və Soçi razılaşması
25 oktyabr 2019

Prezident Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ciddi geosiyasi əhəmiyyət daşıyır. Ekspertlər Putin-Ərdoğan görüşünü bir sıra aspektlərdə dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək hadisə kimi təqdim etməyə çalışırdılar. Bu proqnoz maraqlı tərzdə öz təsdiqini tapdı. Soçidə iki Prezident qlobal geosiyasət və Yaxın Şərqin gələcəyi aspektlərində əhəmiyyətli müzakirələr apardı. Əldə edilən razılaşmalar Suriyada vəziyyətin normallaşmasında ciddi rol oynayacaq. Dünya ictimaiyyətinin də bu hadisəyə reaksiyası vurğulanan tezisin əsaslı olduğunu təsdiq edir. ABŞ və Avropa Soçi sənədini müsbət qiymətləndiriblər. Hesab edilir ki, razılığa əməl edilərsə, münaqişə, ümumiyyətlə, tam olaraq aradan qalxa bilər. Bunun fonunda Türkiyənin dünya miqyasında mövqeyinin möhkəmlənməsi çox önəmli məsələdir.

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 oktyabr 2019

Ankaranın Suriyanın şimalının terrorçulardan təmizlənməsi və təhlükəsizlik zonasının yaradılması üçün Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatına Qərb dünyası ciddi reaksiya verdi. ABŞ və Avropa Türkiyədə terrorun qurbanları barədə bir kəlmə belə kəsmədən terrorçuların müxtəlif uydurmalarına "inandıqlarını" nümayiş etdirdilər. Çünki, əslində, bu oyunları ssenariləşdirən özləridir. Türkiyənin başladığı hərbi əməliyyat bu faktı ortaya çıxardı. Artıq tam aydındır ki, özlərini demokratiyanın beşiyi, bayraqdarı kimi qələmə verənlər, insan haqlarında dəm vuranlar böyük ədalətsizlik, haqsızlıq və ikili standart içindədirlər. Əslində, biz bunları Qərbin Dağlıq Qarabağla bağlı tutduğu mövqedən bilirdik. Sadəcə, daha geniş miqyasda bir daha bunun şahidi olduq. Buradan bizim üçün çox vacib olan bir nəticə də alınır. Belə görünür ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllini böyük dövlətlər qəsdən ona görə uzadırlar ki, Yaxın Şərqdə məqsədlərinə çatandan sonra Azərbaycana işğal faktını qəbul etdirib, Ermənistanın xeyrinə məsələni həll etsinlər. Lakin Türkiyə bu məsələdə həmin dövlətlərin məkrli planlarını pozdu. Bu isə qlobal geosiyasətdə yeni bir mərhələnin başlaması deməkdir.

Türkiyənin ədalət savaşı: "Sülh çeşməsi"ni qısqananlar

Türkiyənin ədalət savaşı: "Sülh çeşməsi"ni qısqananlar
15 oktyabr 2019

Ankaranın Suriyanın şimalında hərbi əməliyyatlara başlamasına dünyanın böyük dövlətlərinin reaksiyası fərqli olub. Gah yol göstərir, gah hədələyir, gah da müəyyən şərtlər qoyurlar. Xüsusilə Amerikadan müxtəlif fikirlər səslənir. Hətta Donald Trampı milli qürur hissinin olmamasında suçlayırlar. Burada elə hesab edirlər ki, ABŞ-ın Türkiyəni "cəzalandırmağa" haqqı var. Digərləri Vladimir Putindən addım gözləyirlər. Bir başqaları isə Fransa və Böyük Britaniyaya ümid edirlər. Onların hamısının dərdi birdir: Türkiyənin terrorçulara qarşı apardığı həbi əməliyyatı pozmaq! Ancaq qəribədir ki, bu dairələr, nədənsə, Türkiyənin də böyük dövlət olduğunu və ən əsası, özünü müdafiə etdiyini "unudurlar". Əslində, unutmurlar, sadəcə, özlərini elə aparırlar.

Prezidentin cavabı: İlham Əliyevin "Valday"da ifadə etdiyi tarixi tezislər

Prezidentin cavabı: İlham Əliyevin "Valday"da ifadə etdiyi tarixi tezislər
07 oktyabr 2019

Azərbaycanın dövlət başçısı "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, geniş nitq söyləyib. İlham Əliyev 15 dəqiqə müddətində qlobal və regional geosiyasətin ən aktual məsələləri fonunda Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakterinə, Ermənistan rəhbərliyinin son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlara, Azərbaycanın bu məsələdəki konkret mövqeyinə və dövlət quruculuğunda əldə edilən nailiyyətlərə toxunub. Azərbaycan rəhbəri Rusiya ilə əməkdaşlığın müxtəlif aspektlərini şərh edərək, bu prosesin artan sürətlə inkişaf etməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyevin nitqində Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi populist fikirlərə tutarlı cavab verməsi xüsusi marağa səbəb olub. Azərbaycan rəhbərini çıxışı zamanı böyük diqqətlə dinləyiblər. Dövlət başçısının dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanıb.

Aİİ-nin "qonaqpərvər" Ermənistanda tədbiri: vədlər fonunda ziddiyyətlər

Aİİ-nin "qonaqpərvər" Ermənistanda tədbiri: vədlər fonunda ziddiyyətlər
03 oktyabr 2019

Rusiyanın patronajlığı ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının vassal Ermənistanda sammitinin keçirilməsi qeyri-adi hadisə deyil. Hazırda Ermənistan bu təşkilata sədrlik edir. Şübhəsiz ki, Ermənistan kimi qondarma və təcavüzkar bir ölkənin belə bir təşkilata üzv olması, Aİİ-yə şərəf gətirmir. Əksinə, Ermənistan daim Aİİ daxilində küskünlükləri, narazılığı, absurd tələbləri və iddiaları ilə vəziyyəti daha da mürəkkəbləşdirir. Ayrıca, Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyini bu təşkilata daxil olan heç bir dövlət paylaşmır. Buna baxmayaraq, ekspertlər İrəvanda Aİİ üçün hansısa müsbət prosesin başlaya biləcəyini istisna etmirdilər. Tədbirin gedişi göstərdi ki, real olaraq ciddi bir irəliləyiş yoxdur, lakin yeni vədlər vardır. Onların sırasında təşkilatın beynəlxalq miqyasda nüfuzunu artıra biləcək əməkdaşlığa başlaması xüsusi yer tuturdu. Həmin kontekstdə də təşkilatın İran, Çin, Sinqapur, Misir, İsrail və başqa ölkələrlə əlaqələrinin yaradılması imkanları nəzərdən keçirildi.

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir
27 sentyabr 2019

Bu il sentyabrın əvvəllərində Sivasda Mərkəzi Anadolu İqtisadi Forumundakı tarixi çıxışında Rəcəb Tayyib Ərdoğan hər bir ölkə kimi Türkiyənin də nüvə silahına malik olmaq hüququndan söhbət açıb. Konkret misallar əsasında o, müasir mərhələdə dünyada baş verən geosiyasi proseslərin fonunda inkişaf etmiş ölkələrin nüvə silahına malik olmasının bəzi təsirlərindən danışıb. Türkiyə Prezidenti ifadə edib ki, bir sıra dövlətlərə nüvə silahı istehsalının qadağan olunması doğru deyil. Mövcud problemlərin həlli baxımından da faydasızdır. Həmin kontekstdə hətta burada bir haqsızlıq da vardır. Ancaq Türkiyənin dövlət başçısının söylədiyi fikirlərin məntiqinə daha dərindən nəzər salsaq, maraqlı məqamları görə bilərik. Əslində, R.T.Ərdoğan, ümumiyyətlə, müasir dünyada mövcud olan geosiyasi mənzərənin gələcəyi ilə bağlı ehtiyatlılığını ifadə edib. O, hazırda dünyada hakim rolunu oynamağa çalışan ölkələrin vəziyyəti daha da mürəkkəbləşdirdiklərini çatdırıb. O cümlədən özü nüvə silahına malik olub, başqasına onu qadağan etmək strategiyasının perspektivsizliyini göstərib. Çünki "dünya beşdən böyükdür"!

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda
19 sentyabr 2019

Bugünlərdə Səudiyyə Ərəbistanının "Aramco" dövlət şirkətinin neft emalı zavodlarına dronlarla edilən hücumlar qlobal miqyasda geosiyasi gərginlik yaradıb. Dərhal ABŞ-la İran arasında söz atışması özünü göstərib. Tərəflərin hər ikisi müharibəyə hazır olduqlarını bəyan ediblər. Bununla yanaşı, belə bir fikir səsləndirilib ki, nə Amerika, nə də İran müharibə istəmirlər. Onda bu hücumu kimlər və nə üçün təşkil ediblər? Ekspertlərin fikrinə görə, geosiyasi aspektdə məsələnin maraqlı və aktual tərəfi bundan ibarətdir. Çünki belə bir gizli faktorun mövcudluğu vəziyyəti nəzarətdə saxlamağın çox çətin olduğunun göstəricisidir. İstənilən an buna bənzər hadisə baş verə bilər. Özü də maraqlıdır ki, həmin hadisə neftlə bağlı verilən mühüm qərarlar fonunda baş verib. Məqsəd nədir? Hansı dairələr belə riskli addımlarda maraqlıdırlar?

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...