THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4468
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 mart 2021 – Newtimes.az

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Söhbət ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə son qoymuş bəyanatdan gedir. Xatırladaq ki, bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.

Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.

Bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş də keçirilib. Görüşün əsas mövzusu yenə də nəqliyyat kommunikasiyalarının bərpası olub.

Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi qrup yaradılıb. Qrupun toplantılarında noyabr bəyanatının 9-cu maddəsinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılıb, prioritet qismində dəmir və avtomobil yollarının bərpası müəyyənləşdirilib. Görüşlərdə üç liderin razılaşdırdıqları digər fəaliyyət istiqamətləri də müəyyən olunub.

Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Bakıda hesab edirlər ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır.

Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da əsas mövzulardan olub. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş mətbuat konfransında Azərbaycanın dövlət başçısı deyib: "Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır''.

Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni "arteriya'' əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məsələn, bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.

Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə arasındakı siyasi problem üzündən, Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Başqa sözlə, Moskva Yerevanla iqtisadi əlaqələrinə bu maneəni də aradan qaldıra bilər.

Moskva ilə Yerevan arasında quru yolla nəqliyyat əlaqələrinin yaradılması əslində, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqına çıxışla bağlı problemlərin aradan qaldırılmasına yardım göstərəcək. Ermənistanın əsas ticarət tərəfdaşına quru yolla çıxışının olmaması onun iqtisadi təhlükəsizliyinə və xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Bundan başqa, Zəngəzur dəhlizi Ermənistana digər ticarət tərəfdaşı olan İranla dəmir yolu vasitəsilə əlaqə yaratmaq imkanı da verəcək. Ermənistan uzun illərdir lazımi maliyyə resursu olmadığından, xarici investisyaları isə cəlb edə bilmədiyindən öz ərazisindən İrana dəmir yolu çəkə bilmir. İndi iki ölkə arasında yük daşımalarının yeni dəhliz vasitəsilə həyata keçirilməsi mümkün olacaq.

Amma Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: o təxminən 30 il davam etdirdiyi qonşulara təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir. Ermənistan iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, yeganə yol regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə, bu ölkədə işsizlik, mühacirət və yoxsulluq davam edəcək. Bu halda Ermənistan təbii ki, uzunmüddətli iqtisadi inkişaf perspektivlərindən məhrum olacaq.

Zəngəzur dəhlizinin açılması, bölgədə bütün kommunikasiyaların bərpası regiona xarici investorları da cəlb edəcək. Cənubi Qafqazda enerji və nəqliyyat sahələrində çox sayda layihələr icra olunsa da, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə öz mənfi təsirini göstərib. Üstəlik, məhz bu problem üzündən Yerevan bütün regional layihələrdən kənarda qalıb. Nəhayət, iki ölkə arasındakı münaqişə başa çatıb və bu, onlar üçün regionun iqtisadi potensialından tam istifadə etmək imkanı yaradıb. Nəticədə istər Ermənistan, istərsə də Azərbaycan müxtəlif layihələrə əlavə investisiyalar da cəlb edə biləcəklər. İndiyədək münaqişə buna imkan verməyib.

Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa, bu, regionun beynəlxalq dəhlizlərdəki ("Şimal-Cənub'', "Mərkəzi dəhliz'') mövqeyini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə gələcəkdə təhlükəli millətçi düşüncələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşısını alacaq.

Orxan Bağırov

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...