THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda iki geosiyasi tendensiya: yüksələn və tənəzzül edən ölkələr

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
27744
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 mart 2020 – Newtimes.az

Son zamanlar beynəlxalq ekspertlər Cənubi Qafqazda cərəyan edən geosiyasi hadisələrin təhlilinə daha çox yer verməyə başlayıblar. Bu, bir tərəfdən, böyük dövlətlərin regionda fəallaşması ilə əlaqəlidir. Digər tərəfdən isə, Cənubi Qafqazdakı münaqişələrin dinc yolla həlli məsələsi geosiyasi dəyişikliklər fonunda daha da aktuallaşıb. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar vasitəsilə aradan qaldırılması zərurəti göz qabağındadır. Bu reallıqların fonunda region dövlətlərinin geosiyasi fəaliyyəti yeni bucaq altında məzmun çalarları almış olur. Konkret olaraq, Azərbaycan və Ermənistanın atdığı addımlar, malik olduqları geosiyasi imkanlar analitiklərin diqqətini cəlb edir. Təhlillər göstərir ki, Ermənistan siyasi-iqtisadi aspektlərdə dərin böhrana doğru gedir. Ölkədə əksər sahələrdə qanunsuzluq, siyasi motivlərə görə təqiblər və təzyiqlər baş alıb gedir. Bunların fonunda Azərbaycan ardıcıl olaraq beynəlxalq aləmdə nüfuzunu yüksəldir. Belə bir dinamikanın olduğu regionda geosiyasi mənzərənin hansı istiqamətdə dəyişə biləcəyi üzərində geniş dayanmağa ehtiyac gördük.

Fərqli dövlət quruculuğu kursları: Ermənistan və Azərbaycanın müqayisəsi

Hazırda Cənubi Qafqazın siyasi mühitində maraqlı proseslər müşahidə edilir. Onlar bütövlükdə regionun geosiyasi dinamikasına ciddi təsir edir. Gözlənilir ki, yaxın gələcəkdə həmin özəllik Cənubi Qafqazda geosiyasi mənzərəni yeniləməyə imkan yaradacaq. Ekspertlərin rəyinə əsasən, artıq bu tendensiyanı dayanıqlı hesab etmək olar. Bütün hallarda XXI əsrin ikinci onilliyi bu baxımdan maraqlı gedişatla xarakterizə olunmaqdadır.

Vurğulanan dinamikada Ermənistanın yeni səviyyədə böhrana qədəm qoyması xüsusi yer tutur. Keçən əsrin 90-cı illərindən başlayaraq SSRİ-nin dağılması ilə Ermənistan dalbadal bir neçə silsilə böhran mərhələlərini keçməkdədir. Bu proses, bir tərəfdən, qlobal və regional geosiyasi hadisələrin mürəkkəbliyi ilə bağlıdırsa, digər tərəfdən, ümumiyyətlə, erməni siyasi-ideoloji elitasının düzgün kurs götürməməsi ilə şərtlənir. Müstəqil dövlət quruculuğunda Ermənistan dövrün tələblərinə uyğun gəlməyən bir sıra naqisliklərdən xilas ola bilmir.

Onların sırasında ultraradikal və dini çalarlı ideoloji dağıdıcı xəttin seçilməsi və siyasi-hərbi aspektdə dövlət quruculuğunun qonşu dövlətlərin ərazilərinə əsassız iddialarla əlaqələndirilməsi ayrıca yer tutur. Ermənistan millətçiliyin qeyri-konstruktiv və keçmişin yanlış təsəvvürlərinə dayanan xəttinə üstünlük verdi. O, müvəqqəti olaraq havadarlarının ciddi yardımı ilə Azərbaycan ərazisinin bir hissəsini işğal etdi, lakin bu, dövlətçiliyin inkişafına xidmət etmədi. Bunun əsas göstəricisi keçən əsrin sonlarında (1999-cu il) Ermənistan parlamentində baş vermiş terror hadisəsi oldu.

Həmin hadisəni törədən qüvvələrin mesajı açıq idi. Birincisi, Ermənistan müstəqil dövlət deyil və onun özünün geosiyasi, siyasi, hərbi, iqtisadi və s. seçimi ola bilməz. Bunu rəsmi İrəvan hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq bilməlidir. Burada bir müqayisə aparmaq yerinə düşərdi. Müstəqilliyin ilk illərində Azərbaycanda da dövlət çevrilişinə iki dəfə cəhd olmuşdu (1994 və 1995-ci illər). Lakin Azərbaycanda bu cəhdlər baş tutmadı və rəsmi Bakı sübut etdi ki, ölkədə hakim qüvvə yerli iqtidardır, siyasi hakimiyyət onun iradəsi ilə dəyişə bilər.

Ermənistanda isə bir aksiya ilə göstərdilər ki, siyasi iradə kənardadır və Ermənistanda iqtidar məsələsi orada müəyyənləşir. Nəticədə, Ermənistan siyasi elitasını itirdi və növbəti hakimiyyət ssenarisi kənardakı qüvvə (və ya qüvvələr) tərəfindən yazılmaqda davam etdi. Məhz bu kimi faktorları nəzərdə tutaraq erməni əsilli Amerika tarixçisi vurğulayırdı ki, "Ermənistanda müstəqil dövlətçilik baş tutmadı". Yeri gəlmişkən, müqayisə üçün həmin tarixçi Azərbaycanda Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqil dövlət quruculuğunun baş tutduğunu da vurğulayır.

İkincisi, Ermənistanda yanlış dövlət quruculuğu kursunun seçilməsi ölkənin siyasi səhnəsinə ciddi bir ziddiyyət gətirdi. Orada siyasi rəhbərləri reallıqda cəmiyyət seçmir, onlar kənardan təyin olunurlar. Levon Ter-Petrosyandan sonra Robert Koçaryan, Serj Sarkisyan və hazırda Nikol Paşinyan haqqında ekspertlər eyni fikri söyləyirlər. Bunları bir ortaq xüsusiyyət birləşdirir – xarici havadarlar tərəfindən təyinat! Əgər R.Koçaryan və S.Sarkisyanı Moskva ilə bağlayırlarsa, N.Paşinyanı Vaşinqtonla (konkret desək, Corc Sorosla) əlaqələndirirlər. Deməli, Ermənistan bir qayda olaraq kənardan təyin edilən qüvvələr, oyuncaq liderlər tərəfindən idarə edilir.

İlham Əliyevin yüksələn nüfuzu fonunda: Paşinyan hakimiyyəti böhran mənbəyi kimi

Məhz indi Ermənistanda müşahidə edilən böhran bu kontekstdə izah oluna bilər. Təsadüfi deyil ki, ekspertlər N.Paşinyanı həmin faktora görə tənqid edirlər. Onun okeanın o tayından olan sifarişlə hakimiyyətə gəldiyini təsdiq edən faktlar da kifayət qədər göstərilir. Məsələn, son dövrlərdə insan haqlarının tapdalanması, konkret olaraq, ictimai fəalların və jurnalistlərin təqib olunması, oğurlanması, işgəncə altına alınması və həbsə atılması adi hala çevrilib. İctimai fəallar N.Malyan, A.Danielyan, K.Ter-Nakalyan, A.Adamyan, Q.Minasyan və başqalarının həbsi buna əyani misaldır. Hətta N.Malyan gündüz oğurlanıb və yeri məlum deyil. Jurnalistlərdən biri etiraz olaraq həbsxanada aclıq elan etdi və çox keçmədən öldü.

Erməni ekspertlər və bir sıra keçmiş siyasət adamları vurğulayırlar ki, N.Paşinyan özü "məxmərilik"dən, qeyri-zorakılıqdan dəm vurur, lakin həqiqəti deyən insanları siyasi səhnədən sadəcə silir. Bu zaman aydın müşahidə edilən bir faktor vardır: Amerikanın və xüsusən də "Soros" fondunun istəklərinə qarşı olanlar cəzalandırılırlar. Deməli, Ermənistanda siyasi oyuncaqların hakimiyyətə gətirilməsi prosesi davam edir. N.Paşinyan hökumətinin ölkəni böhranın yeni səviyyəsinə qaldırması arxasında bu məsələ dayanır.

Ermənistanda özünü göstərən bu prosesin fonunda digər Cənubi Qafqaz dövləti olan Azərbaycanda tamamilə fərqli proseslər cərəyan edir. Prezident İlham Əliyevin dünyada nüfuzu dinamik olaraq yüksəlir. Özü də məhz müstəqil siyasət yeridən, müdrik addımlar atan və dünya miqyasında əhəmiyyətli layihələri uğurla həyata keçirən siyasi lider kimi tanınır! Bunu çoxlu sayda faktlar təsdiq edir.

İlham Əliyev hər bir addımında müstəqil dövlətçiliyi möhkəmləndirir. Bunu müxtəlif sahələrə aid layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik olması ilə sübuta yetirir. Azərbaycan regional və qlobal miqyaslı enerji layihələrini həyata keçirir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər strateji layihələr, "Sahdəniz-2" layihəsi və Cənub Qaz Dəhlizi, beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizləri, ikitərəfli, üçtərəfli əməkdaşlıq formatları, "Bakı prosesi", humanitar forumlar və başqa təşəbbüslər bütün dünyada qəbul edilir, müsbət qiymətləndirilir. İlham Əliyevlə dünyanın ən inkişaf etmiş dövlətlərinin başçıları əməkdaşlıq etməyə can atırlar, bununla bağlı təşəbbüs irəli sürürlər.

Azərbaycan rəhbəri haqqında regionun siyasi liderləri çox yüksək fikirlər söyləyirlər. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani, Salome Zurabişvili və digərləri Azərbaycanın dövlət başçısının müstəqil, müdrik və çox uğurlu siyasət həyata keçirdiyini açıq etiraf edirlər. Və bu, konkret nümunələrdə öz təsdiqini tapır. Həmin səbəbdəndir ki, Azərbaycan hazırda dünya tərəfindən Cənubi Qafqazın lider dövləti kimi qəbul edilir.

Əlbəttə, yuxarıda gətirdiyimiz iki nümunə son nəticədə Cənubi Qafqazın geosiyasi mənzərəsinə ciddi təsir etməkdədir. Ayrıca, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Bakının üstünlüyü tam ələ aldığı vurğulanır. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan fevralın 5-də keçirilən tədbirlərin birində açıq deyib: "Azərbaycan danışıqlardan tam məmnundur. Ermənistan təcrid olunub". O, sözlərinə davam edərək bildirib ki, "ATƏT-in Minsk qrupunun həmsədrləri və Bakı bir tərəfdə, İrəvan isə digər tərəfdədir. Bu vəziyyətə görə hər kəs ancaq N.Paşinyanı deyil, bütün Ermənistanı günahlandıracaq". Dolayısı ilə o, belə durumun meydana gəlməsində N.Paşinyanın siyasətçi kimi son dərəcə səriştəsiz olmasının xüsusi rol oynadığını deyib.

İndi Ermənistan mətbuatında ölkədə siyasi vəziyyətin gərginliyini əks etdirən müxtəlif məzmunlu yazılar dərc olunur. Hətta Ermənistan baş nazirinin konstitusiyaya zidd olan fəaliyyəti barədə yazırlar. Hər bir halda, aydın görünür ki, Azərbaycan yüksəlişdə, Ermənistan isə tənəzzüldədir. Bu proses gec və ya tez münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə aparacaq. İşğalçının artıq heç bir arqumenti qalmayıb. Mümkündür ki, N.Paşinyan hökuməti yaxın zamanlarda daha dərin böhrana düşsün. Dağlıq Qarabağdakı separatçı, qanunsuz rejimin qondarma "seçkiləri" başa çatandan sonra bu aspektdə bir çox şeylər də aydın olmalıdır.

Ancaq bütün hallarda Azərbaycan regionun ən güclü və ədalətli dövləti kimi ərazi bütövlüyünü tam bərpa edəcək. Bunun fonunda bu və ya digər erməni siyasətçisinin və ya separatçısının taleyinin necə olacağı maraqlı deyil. Bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də bu məqamı ciddi surətdə nəzərə almalıdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...