THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şərq Tərəfdaşlığı" üçün dörd ssenari: praqmatik inteqrasiya, yoxsa Rusiya ilə ixtilaf?

"Şərq Tərəfdaşlığı" üçün dörd ssenari: praqmatik inteqrasiya, yoxsa Rusiya ilə ixtilaf?
16 sentyabr 2020

Qlobal miqyasda cərəyan edən mürəkkəb, ziddiyyətli və çoxşaxəli geosiyasi proseslər böyük güclər qarşısına da bir sıra problemlər çıxarıb. Ekspertlər fərqli yanaşmalar əsasında təhlillər aparıb mümkün ssenariləri proqnozlaşdırmağa çalışırlar. Bu zaman regional təşkilatların geosiyasi məqsədləri və maraqları baxımından çoxlu sayda ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı da analizlərə yer verilir. Avropa İttifaqı nüfuzlu regional təşkilatdır və inkişaf potensialı yüksəkdir. Aİ indi dünyada söz sahibi olan geosiyasi güc rolunu oynamağı da qarşısına məqsəd kimi qoyub. Lakin son illərin dolaşıq geosiyasi dinamikası bu təşkilat qarşısına da çətin problemləri çıxarıb. Onların sırasına Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" adlanan proqramı reallaşdırması da daxildir.

Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi

Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi
10 sentyabr 2020

Bütövlükdə qlobal geosiyasətdə vəziyyət gərgin və mürəkkəbdir. ABŞ, Rusiya, Avropa İttifaqı və Çinin liderlik uğrunda apardıqları amansız və güzəştsiz mübarizə getdikcə yeni məzmun çalarları almaqdadır. Bu prosesdə dünyanın müxtəlif regionlarında dövlətlərarası münasibətlərin gərginləşməsi də müşahidə edilir. Konkret olaraq, Aralıq dənizi hövzəsində bir neçə böyük dövlət artıq qarşı-qarşıya gəliblər. Burada Yunanıstan, Fransa, Almaniya, ABŞ, Türkiyə kimi ölkələr öz maraqları uğrunda savaşırlar. Vəziyyət risklərlə doludur. Ancaq hələlik aktiv hərbi əməliyyatlar və ya güc tətbiqi yoxdur. Ekspertlərin rəyinə görə, bununla yanaşı, hər an hərbi toqquşmalar meydana gələ bilər.

Qlobal geosiyasət: daha həssas və riskli mərhələyə doğru

Qlobal geosiyasət: daha həssas və riskli mərhələyə doğru
08 sentyabr 2020

Koronavirus pandemiyası qlobal geosiyasi gücləri sözün həqiqi mənasında bir-birinin üzərinə qaldırıb. Ekspertlər gözləyirdilər ki, pandemiyanın dünya üzrə səngiməsi geosiyasi mənzərədə də riskləri müəyyən dərəcədə azaldacaq. Lakin faktlar bunun əksini göstərir. Hazırda iki aspektdə geosiyasi mübarizənin yeni məzmun çalarları kəsb etdiyini deyə bilərik. Onlardan biri enerjidaşıyıcıları ətrafında yaranmış vəziyyətdir. İkincisi isə Amerika ilə Çin arasında ticarət müharibəsinin yeni əlamətlər kəsb etməsidir. Bu iki faktorun ortaq təsiri onsuz da risklərlə dolu dünya nizamını daha güclü silkələməyə başlayır. Və ən qorxulusu odur ki, indi adi insanları bu böhran daha çox əhatə edə bilər, nəticədə, normal həyatın bütün sferaları iflic olar.

Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır

Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır
07 sentyabr 2020

Paşinyanın 2019-cu ilin avqustunda səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın populizmi ən yüksək səviyyədə qəbul etdiyinin ilk əsas təzahürü idi. Məsələ ondadır ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın işğal altındakı ərazilərinə Yerevanın nəzarət etdiyi haqda fikirləri inkar edirdi. Paşinyan sözügedən bəyanatı ilə əslidə, keçmiş rəhbərliyin ənənəvi siyasətindən imtina edib. Onun bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Ermənistanla Azərbaycan arasındakı danışıqların əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya – ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən kəskin tənqid olunub. Amma bütün bunlar Paşinyanı Dağlıq Qarabağ münaqişəsində populizmin yolverilməzliyinə inandıra bilməyib.

Ermənistanın "yeni milli təhlükəsizlik strategiyası": qeyri-ciddi sənədin əsassız tezisləri

Ermənistanın "yeni milli təhlükəsizlik strategiyası": qeyri-ciddi sənədin əsassız tezisləri
24 avqust 2020

Ermənistan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa cəhd göstərir. Rəsmi İrəvan milli təhlükəsizlik strategiyası haqqında "sənəd" hazırladığını bəyan edib və onu hətta "xalqın mühakiməsi"nə çıxarıb. Əslində isə "sənəd" real məzmununa görə nə konsepsiyadır, nə də strategiya. O, daha çox erməni şovinist, natamamlıq kompleksli siyasi şüurunun iniltilərindən ibarətdir. Açıq hiss olunur ki, Ermənistan dövlət kimi çox zəifdir, heç formalaşmayıb və orada rəsmi dairələrdə təhlükəsizlik strategiyasının nə olduğunu bilən yoxdur. "Yeni sənəd"də yer alan tezislərin məzmununa nəzər saldıqda, bunu aydın görmək olur.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilmiş birgə hərbi təlimlər hansı məqsədlərə xidmət edir?

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilmiş birgə hərbi təlimlər hansı məqsədlərə xidmət edir?
17 avqust 2020

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycanda səfərə gəlməsi adi günlərdə edilmiş səfər kimi qiymətləndirilə bilməz. Birincisi, bu səfər bir ay öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni hərbi təxribatının baş verdiyi tarixə təsadüf edir. İkinci, bu səfər ərəfəsində Rusiyanın məlum hərbi əməliyyatlar zamanı və sonra Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərməsi haqqında məlumatlar KİV-ə sızıb. Bundan əlavə, Rusiya prezidenti V.Putinin "Naxçıvan öz sahibinə qaytarılmalıdır" kimi müəmmalı fikri ilə Ermənistanda Sevr müqaviləsinin 100 illiyi ilə əlaqədar tədbirin keçirilməsinin eyni vaxta təsadüf etməsi də diqqətdən kənar qala bilməz.

Paşinyanın irəli sürdüyü 7 şərtin qaranlıq məqamları

Paşinyanın irəli sürdüyü 7 şərtin qaranlıq məqamları
03 avqust 2020

12 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi təxribata başlayan, lakin 2-3 gün ərzində öz layiqli cavabını alan və hətta öz yaxın tərəfdaşları tərəfindən dəstəksiz qalan, sonra isə 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasının toplantısından Azərbaycanla "sülh danışıqlarına hazır olduğunu" bəyan edən N.Paşinyanın birdən-birə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkəmizin və beynəlxalq ictimaiyyətin qarşısında 7 şərt irəli sürməsi olduqca gülüncdür. Beynəlxalq münasibətlərdə adətən şərtləri qalib tərəflər diqtə edir. Lakin son əməliyyatlar zamanı heç 1 santimetr torpaq almayan N.Paşinyanın belə bir iddiada olması heç şübhəsiz daxili auditoriyayanın və xaricdə yaşayan diaspor nümayəndələrinin dəstəyini qazanmaq naminə atdığı düşünülmüş addımdan savayı bir şey deyil. Həmin şərtləri təhlil etməklə onların əsil mahiyyəti haqqında fikir söyləmək mümkündür.

Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir

Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir
28 iyul 2020

Avropa İttifaqı qlobal geosiyasi miqyasda cərəyan edən hadisələrin fonunda daha çox xarici siyasətdəki qeyri-müəyyənlikdən əziyyət çəkir. Brüsseldə anlamağa başlayırlar ki, münaqişələrin həllinə yanaşmalarda qüsurlar vardır. Daha konkret desək, Brüssel heç də bütün hallarda ədalətli və obyektiv ola bilmir. Bunun bariz nümunəsi Aİ-nin sözdə deyil, reallıqda Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətidir. Müşahidələr göstərir ki, Aİ bu vəziyyəti dəyişməyə meyllənib. İyun ayında baş verən üç hadisə bu baxımdan maraq doğurur.

Ermənistanın hərbi təxribatının geosiyasi tərəfləri

Ermənistanın hərbi təxribatının geosiyasi tərəfləri
25 iyul 2020

Hərbi əməliyyatların Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə transformasiyası

Yeni plan, yoxsa növbəti avantüra: Ermənistan geosiyasi çıxılmazlıqda

Yeni plan, yoxsa növbəti avantüra: Ermənistan geosiyasi çıxılmazlıqda
15 iyul 2020

Erməni silahlı qüvvələrinin qəfil Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsi regionda geosiyasi-hərbi vəziyyəti kəskinləşdirib. Azərbaycan Ordusunun dərhal cavab verməsi və düşmənin geri oturdulması rəsmi İrəvanın iflasını yaxınlaşdırır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar, region ölkələri yaranmış vəziyyətə münasibət bildirirlər. Belə görünür ki, regionda müəyyən qüvvələr hansısa prosesə start veriblər. Onların məqsədi geosiyasi sabitliyi pozmaq və bulanıq suda balıq tutmaqdır. Lakin qətiyyətli və güclü Azərbaycan Ordusu çoxlarının məkrli planlarını alt-üst etməkdədir. Bundan düşmən daha da quduzlaşır və yeni həmlələr etməyə çalışır. Cavabını almaqla yeni-yeni itkilər verir. İndi Ermənistanın sərhədə yaxın məntəqələrindən sakinlər qaçırlar. Polis onları zorla geri qaytarmağa çalışır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...