THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3555
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 dekabr 2018 – Newtimes.az

İrəvanda ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi rusiyalı "siyasətçilər"in iştirak etdiyi bir tədbir keçirilib. Onu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun direktoru, antiazərbaycan bəyanatları ilə məşhur olan Konstantin Zatulin təşkil edib. Tədbir "Lazarev klubu"nun ilk yığıncağı olub. Bu işə bir sıra erməni və rusiyalı "ekspertlər" də cəlb ediliblər. Onlar əsas olaraq Ermənistana olan təhlükələrə qarşı birgə fəaliyyəti müzakirə ediblər. Təhlükə kimi Azərbaycan və Türkiyə göstərilib. Bunun qarşısını ala biləcək qüvvə isə, əlbəttə, Ermənistan-Rusiya birliyidir. Ancaq bu məsələ o qədər köhnədir ki, heç ermənilərin özləri belə ona inanmırlar. Nikol Paşinyan isə tədbirdə iştirak etməyib. Lakin Robert Koçaryan iştirak edib. Bu faktdan istifadə edərək ekspertlər hesab edirlər ki, "Lazarev klubu" heç bir elmi və analitik əhəmiyyəti olmayan, siyasi çirkab içində olan süni qurumdur. Və onun işində MDB-ni "təmsil edən" tədqiqat institutunun rəhbərliyi iştirak edirsə, bu, MDB-də islahatların aparılması zərurətini ortaya qoyur. Bütövlükdə "Lazarev klubu"nun yaradılmasının mümkün geosiyasi təsirləri üzərində dayanmağa ehtiyac görürük.

Ucuz tarix: Lazarevlərdən qalmış mirasın səmərəsizliyi

Ermənilərin ucuz təbliğat həvəskarı olduğu məlumdur. Onlar zaman-zaman müxtəlif ideoloji qurumlar yaradıb, yalanları özlərinə sərf edən reallıq kimi təqdim etməklə məşğuldurlar. Bu işdə ermənilərə havadarları da yardım göstərirlər. Bu dəfə rusiyalı Konstantin Zatulin ifrat aktivlik nümayiş etdirib. O, vətəndaşı olduğu Rusiyanın dövlət maraqlarını belə təhlükəyə ataraq, ermənipərəst xislətini yeni səviyyədə ortaya qoydu.

Söhbət bu il noyabrın 30-u dekabrın 1-də İrəvanda keçirilən "Lazarev klubu"nun ilk toplantısından gedir. İlk baxışdan obyektiv görünən bu ad, əslində, bir zamanlar Rusiya imperiyasının maraqlarına xidmət edən erməni əsilli rusiyalı sülalə ilə bağlıdır. Lazarevlər bütövlükdə imperiyanın missionerləri olub, o cümlədən Cənubi Azərbaycanda Rusiyanın maraqlarına xidmət göstəriblər. Onların fəaliyyətlərində təhsillə bağlı (daha çox xristianlığın öyrədilməsi sahəsində) layihələrin reallaşdırılması da yer alıb. Bu sırada Moskvada ermənilər üçün xüsusi məktəbin yaradılması seçilir.

Yəni Lazarevlər, əslində, ermənilərin konkret olaraq Rusiya imperisyaının maraqlarına uyğun təhsil alması istiamətində xeyli iş görüblər. Budur, K.Zatulin 100 il sonra bu missiyanı fərqli şəkildə davam etdirmək kimi bir xülyaya düşüb. Ancaq ona indi Ermənistanın ikinci prezidenti Robert Koçaryan da yardım edib. Rəsmi İrəvan isə özünü kənarda dayanan kimi göstərir. Belə ki, Nikol Paşinyan K.Zatulinin tədbirdə iştirak etmək təklifini qəbul etməyib. R.Koçaryan isə iştirak edib və çıxış da edib.

"Lazarev klubu" adlanan əhəmiyyətsiz yığıncaqda erməni və rusiyalı "siyasətçi" və "ekspertlər" iştirak ediblər. Onların sırasında K.Zatulindən başqa, Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov və MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev də olub.

Maraqlıdır ki, Ermənistan KİV-ləri tam olaraq bu təşəbbüsü dəstəkləməyib. Bir sıra mətbu nəşrlərdə növbəti dəfə dişsiz və təsirsiz təşkilatın yaradıldığı haqqında yazaraq onu "Qriboyedov klubu"nun davamı kimi qiymətləndiriblər. Bundan başqa, R.Koçaryan da daxil olmaqla bu quruma yığışanları "büdcə oğruları" da adlandırıb, hətta ekspert Gevorq Mirzəyanı "müstəqilliyə hörmət edən adamın yanında otura bilməyəcəyi tip" kimi səciyyələndiriblər.

Bəs onda "Lazarev klubu" nə üçün yaradılıb? Burada ilk olaraq maraq kəsb edən ermənilər arasında fikir ayrılığının mövcudluğudur. Adətən onlar bu qəbildən olan addımları "hurrey"lə qarşılayırdılar. İndi isə faktiki olaraq N.Paşinyan tərəfdarları onu boykot ediblər. Səbəb isə R.Koçaryanın orada aktiv iştirakıdır. Təsadüfi deyil ki, keçmiş prezidenti dekabrın 7-də həbs ediblər. Deməli, Ermənistanda hesab edirlər ki, "Lazarev klubu" həqiqəti (onların anlamında erməni şovinizmini) deyil, Rusiyaya sərf edən formada İrəvan-Moskva əməkdaşlığını təbliğ edəcək.

Buna görədir ki, K.Zatulinin təntənə ilə "Ermənistan-Rusiya münasibətlərinin yenidən formatlaşdırılması zərurəti" haqqında dediyi fikirlər rəğbətlə qarşılanmayıb. K.Zatulin "yeni formatlanma" dedikdə nəyi nəzərdə tutur? Bu sual yığıncaqda məruzəçilərin, o cümlədən V.Yevseyevin dediyi fikirlərdə aydın ifadə olunub. Əsas tezisləri belədir: "Müdafiə və təhlükəsizlik naminə Ermənistan-Rusiya vəhdəti təmin edilməlidir". Başlıca təhlükə mənbəyi isə Azərbaycan və Türkiyədir.

Göründüyü kimi, mahnı köhnədir. Ancaq K.Zatulin Ermənistanla Rusiyanın əməkdaşlığı üçün başqa arqument tapa bilmir. Bu isə o deməkdir ki, K.Zatulini Rusiyanın maraqları düşündürmür – o, Ermənistanın təhlükəsizliyini müdafiə edir. Bu, Rusiyanın maraqlarını tapdalamaq naminə olsa belə, baş verməlidir.

Real siyasətdən uzaq: "təzə klub"un köhnə "libası"

Belə bir yanaşma hələ keçən əsrin 90-cı illərində Kremlə rəhbərlik edənlərin qafasında vardı. İndi isə vəziyyət dəyişib və Vladimir Putin praqmatik siyasət yeridir. Həmin siyasət isə Cənubi Qafqazda Azərbaycanın geosiyasi əhəmiyyətini tam qəbul edib, onunla əməkdaşlıq etməyi tələb edir. Moskva bu mövqeyini getdikcə möhkəmləndirir. Artıq ermənilər özləri etiraf edirlər ki, KTMT-yə faktiki olaraq Azərbaycanın təsiri vardır.

"Lazarev klubu"nun yaradılmasında digər məqam Ruisuyada bir sıra dairələrin Nikol Paşinyanın apardığı siyasətə etibar etməməsi ilə əlaqəli ola bilər. Onlar hesab edirlər ki, N.Paşinyan sözdə Rusiya ilə strateji tərəfdaşlıqdan bəhs edir, əməldə isə başqa addımlar atır. Hətta K.Zatulin İrəvanda açıq deyib ki, sözlə əməl bir olmalıdır. Verilən sözlərə necə əməl edildiyi izlənir. Əgər bir uyğunluq varsa, problem yoxdur. Bu sözlərin o biri mənası xəbərdarlıqdır. Yəni Ermənistan Rusiyadan uzaq düşməməlidir. Əks təqdirdə, "Lazarev klubu" da "zəlzələ" altında qala bilər.

Bu klubun yaradılması həm də Ermənistanın xarici siyasətinin aciz duruma düşməsini ifadə edir. Faktiki olaraq tam fiaskoya uğramış bu siyasətin nəticəsidir ki, kənardan "sizi xilas edək" kimi siqnallar verilir. Ermənistan güclü olsa idi, belə qondarma qurumlara ehtiyac qalmazdı. Bir tərəfdən, etiraf edilir ki, Ermənistan rəhbərliyi inandırıcı fəaliyyət göstərməyib gah Qərbə, gah da Şərqə baxır. Digər tərəfdən isə aydın olur ki, Kreml bu prosesi diqqətlə izləyir və xəbərdarlıq edir. "Lazarev klubu" məhz bu mənada xəbərdarlıqdır.

Bəs bu kimi addımların Ermənistan üçün geosiyasi nəticələri nələr ola bilər? Əslində, burada söhbət "Lazarev klubu"ndan çox Ermənistan hakimiyyətinin siyasi taleyindən gedir. Amerika ilə Rusiyanın təzyiqləri arasında sıxılan Ermənistan çıxış yolu tapa bilmir. Onun tərəddüdləri, çox güman ki, davam edəcək. Parlament seçkisinin vəziyyəti ciddi surətdə dəyişəcəyinə inanmaq çətindir. Çünki məsələ parlamentdə deyil, onun hansı mexanizmlə yenilənməsindədir. N.Paşinyan təzyiqlərlə özünə parlament düzəldirsə, bunun obyektiv işləycəyinə inam yoxdur. Əksinə, ölkədə yeni səviyyədə siyasi qarşıdurmalar özünü göstərə bilər. Bunun ilk siqnalı kimi R.Koçaryanın ofisinin yaydığı son məlumatları qəbul etmək olar.

Həmin məlumatlarda açıq göstərilir ki, N.Paşinyan siyasi rəqiblərini antidemokratik üsulla aradan götürməklə Ermənistan daxilində siyasi parçalanmaları radikal müstəviyə keçirir. R.Koçaryan açıq bəyan edib ki, həyatının yeni mübarizə mərhələsi başlayır. O, həbs edilməsini bu mübarizənin bir fraqmenti kimi qəbul edir. N.Paşinyan tərəfdarları isə "Koçaryan həbs edildi, ümid edirik ki, həmişəlik" kimi fikirlər yazır.

Bunlar onu göstərir ki, Ermənistanda parlament seçkisi problemi həll etmədi, əksinə, siyasi müstəvidə meydana yeni problemlər atdı, parçalanmalar yaratdı. Bu vəziyyətə "Lazarev klubu" kimi təşkilatlar necə təsir göstərə bilər? Bu klubu aktiv müdafiə edən R.Koçaryan həbsdədir, Rusiyadan olan ekspertlərin isə real siyasətə təsiri yoxdur. Deməli, bu klubun fəaliyyəti boş fırlanan çarxın işinə bənzəyəcək və tez bir zamanda tarixin arxivinə atılacaq. Bununla yanaşı, "Lazarev klubu" Ermənistan siyasi səhnəsinin parçalanması prosesini daha da dərinləşdirə bilər. O cümlədən R.Koçaryanın bu prosesə təsirini istisna etmək olmaz.

Nəhayət, məsələyə Qərbin "Lazarev klubu"na münasibəti baxımından yanaşsaq, bu işin perspektivsizliyini daha aydın görərik. Amerika və Avropa Ermənistanda Rusiyanın geosiyasi maraqlarına xidmət edən güclü təşkilatın mövcudluğunda maraqlı deyil. Ermənistandakı çoxlu sayda qərbpərəst təşkilatlar bu kluba zaman-zaman ideoloji hücumlar edəcək.

Bütün bunlardan belə nəticə çıxır ki, ermənilər və onlara havadarlıq edən bir sıra dairələr növbəti dəfə uğursuz addım atıblar. Bəzi ekspertlərin təqdim etməyə çalışdığı kimi, "Lazarev klubu" heç bir real iş görə bilmək imkanına malik deyil. Bu işin başında isə MDB ölkələri institutuna rəhbərlik edən bir adamın durması digər suallar meydana çıxarır. Məsələn, açıqca erməniləri müdafiə edən K.Zatulin hansı əsasla bütün MBD-ni "təmsil edən" bir instituta rəhbərlik edə bilər? MDB ölkələri institutunun əsas fliallarından birinin məhz İrəvanda yerləşməsi və tam şəkildə ermənilər tərəfindən maliyyələşdirilməsi nə üçündür və kimlərin maraqlarına xidmət edir? Belə çıxır ki, Dövlət Dumasında MDB ölkələri ilə əməkdaşlığa məsul olan şəxs birtərəfli mövqe tutur. Bu, siyasi təşkilat kimi MDB-nin ümumi prinsiplərinə nə dərəcədə uyğundur? Bizcə, Dövlət Dumasında K.Zatulinin hərəkətlərinə qiymət verilməlidir. Bu kontekstdə "Lazarev klubu"nun yaradılması da maraqlıdır. Çünki bu klubun yaradılması hansı təşkilatları yaratmağın lazım gəlmədiyinin bariz nümunəsidir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...