THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni təbliğatının "vazelin" arqumenti

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
18051
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Tomas Kun Fridrix Flekin faktların təbiəti ilə bağlı əsərinin ingilis dilindəki nəşrinə yazdığı önsözdə bir maraqlı izah verir. O yazır ki, "mən məşhur "dovşan-ördək” rəsminə baxanda səhifədə xırda xətlər deyil, ya "dovşan”, ya da "ördək” görürəm... Bu xətlər "ördək” və ya "dovşan”ın alternativ izah kimi çıxış etməli olduqları faktlar deyillər”. Yəni baş verən istənilən hadisənin əsas səbəbi olur. Əsas səbəbin fonunda ikinci və üçüncü dərəcəli faktorlar da ola bilər. Onları da yardımçı, təminedici və s. kimi qruplara ayırmaq olar. Hansı bölgünü aparsan da hadisə haqqında informasiyanı insanlara yardımçı faktorları əsas kimi təqdim etmək hesabına çatdırmamalısan. Onda obyektivlik və ədalət prinsipi pozulur.

Lakin məsələ ondan ibarətdir ki, obyektiv və ədalətli olmaq üçün səmimi və qərəzsiz olmalısan, başqasının haqqını tapdalamamalı və yalan danışmamalısan. Bu haqda bütün səmavi dinlərdə aydın yazılıb. Ancaq ermənilərin hərəkətləri hansı kitaba görədir, müəyyənləşdirmək ağıl çərçivəsini aşır. Ağıl insanı tərk edəndə "instinkt köpəyi”nin ona necə "yalvardığını” görəsiniz. Bu cür "yalvarışları” ermənilərin hərəkətlərində görməyə adət etmişik. Onlar hadisənin əsas səbəbini deməkdən həm qorxur, həm də "ofsaytdan xəyali qapıya qol vurmağa” çalışırlar. Nəticədə ümumi mənzərədə nə "dovşan”, nə də "ördək” görə bilirlər, ancaq "xırda xətlərdən” bütöv obyektə alternativ izah kimi istifadə etməyə çalışırlar.

Eynən Gürcüstan parlamentində bu yaxınlarda baş verən bir hadisədən sonra bütöv mənzərəni bir kənara qoyub bir tübik vazelini əsas arqument kimi göstərməyə çalışdıqları kimi...

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov tribunadan "erməni soyqırımı”nın tanınmasından danışan gürcü deputat C.Baqaturiyanı ədalətli olmağa dəvət edəndə onun haqqında ermənilərin nələr danışacağını bilirdik. Bu, bizim istedad sahibi olmağımıza qətiyyən dəlalət etmir: sadəcə ermənilərin nəyə adətkar olduqlarını bir neçə yüz ildir ki, görmək və eşitməkdən gözlərimizlə qulaqlarımız fır bağlayıb. Bilirdik ki, erməni təbliğat maşını hadisənin əsl səbəbi olan çərkəz məsələsi ilə "erməni soyqırımı”nın çox süni və absurd olaraq bir-biri ilə əlaqələndirməsinə olan etirazı məşhur "Mimino” filmindəki erməni kimi, ağlamsınıb "здесь женшина курила, а здесь машина стояла” məntiqi ilə izah edəcəklər.

Filmdə oğurluq hadisəsinin günahkarını tapmaq üçün bir qadının siqaret çəkməsini erməni aktyor hansı tragikomik jestlərlə arqument kimi təqdim etməyə cəhd edirdisə, A.Süleymanovun cibində hansı əşyanın günün hansı vaxtı olmasının doğruluğunu müəyyənləşdirməyə çalışan erməni jurnalist, siyasətçi və analitikləri o dərəcədə təlxək jestləri ilə təsvir etməyə çalışırlar. Ancaq biz erməniləri yaxşı başa düşürük – onların tarixi yaddaşlarında vazelinlə bağlı çox ağır epizod vardır. Erməniləri yaxşı tanıyanlardan biri demişdi ki, "ermənilər də adama bənzəyirlər, ancaq nədənsə...”. Bunu sözgəlişi deyirik, kimsənin fizioloji qüsurunu qabartmaq niyyətindən uzağıq. Təbliğat baxımından əsas məqam başqa incəliklə bağlıdır.

Gürcü deputatın parlamentdə çərkəz məsələsini "erməni soyqırımı” ilə əlaqələndirmək cəhdinin real siyasi-ideoloji səbəbi vardır. Gürcüstan parlamentində Rusiyanın çərkəzlərə qarşı soyqırımı törətdiyi ilə bağlı məsələ qaldırmaq istəyirlər. Rusiyaya rəğbəti olan bəzi müxalif deputatlar buna əngəl olmağa çalışırlar. Gürcü deputatlar onu da bilirlər ki, Gürcüstan dövlətçiliyi üçün indi erməni faktoru çox həssasdır. Ermənistanın Cavaxetiyaya iddiasını hamı bilir. Cavaxetiyada bir neçə radikal erməni təşkilatı vardır. Onlar keçən əsrin 90-cı illərindən separatizmlə rəsmi Tbilisini hədələyirlər.

Qamsaxurdiyanın prezidentliyi dövründə hətta Cavaxetiyada müstəqillik elan etmək eşqinə düşmüşdülər. Orada erməni dilində yazışmaların olmasını, bütün vəzifələrə ermənilərin təyin edilməsini və s. indi də tələb edirlər. Ermənilər açıqca mərkəzi Gürcüstan hökumətindən çox Ermənistan və Rusiya hakimiyyətinə bağlıdırlar. Ermənilərin sıx yaşadığı ərazidən Ermənistana quru yolu açmaq kimi planlardan danışırlar.

Gürcülər ermənilərin kilsələrə də iddia etdiklərini bilirlər. Abxaziyadakı separatizmdə ermənilərdən ibarət "Baqramyan” taborunun gürcülərə qarşı vuruşduğunu unutmayıblar. Ermənistan iqtidarı Gürcüstanı geosiyasi mövqeyinə görə ittiham edir. Ermənistan müəyyən mənada geosiyasi aspektdə havadan asılı vəziyyətdədir. Bütün bunlara görə, Gürcüstan Ermənistan məsələsinə ehtiyatla yanaşır.

Rəsmi Tbilisi nə ermənilər, nə də azərbaycanlılarla münasibətləri pozmaq istəməz. Türkiyə ilə də münasibətlərin qətiyyən soyuqlaşmasını arzulamaz. Elə buna görə də ermənilər zaman-zaman gürcüləri təxribata sürükləyib, onların Azərbaycan və Türkiyə ilə arasını vurmağa çalışırlar. Həm Gürcüstan parlamentində "erməni soyqırımı” məsələsinin ehtiyatla qaldırılması, həm də guya Ermənistanın bunda elə də maraqlı olmadığı görüntüsünün yaradılması həmin məqamla əlaqəlidir.

Üstəlik, məsələni elə təqdim edirlər ki, Gürcüstanda yaşayan ermənilər A.Süleymanovu məhkəməyə verirlər və onun erməniləri təhqir etdiyinə görə məsuliyyət daşımasını istəyirlər. Yenə də Gürcüstan hakimiyyətinə qurulan tələdir. Çünki ermənilər özlərini təhqir olunmuş sayırlarsa və gürcü məhkəməsi buna reaksiya vermirsə, M.Saakaşvili hakimiyyətini ittiham etməyə bəhanə vardır. Əgər Gürcüstan hakimiyyəti ermənilərin oyununu bilə-bilə haqlı olan A.Süleymanova qarşı cinayət işi açırsa, Azərbaycanla strateji tərəfdaşlıq, ən çətin anlarında dəfələrlə uzadılmış yardım əlləri qarşısında uyğunsuz duruma düşəcək. Yəni ermənilər növbəti əsassız iddiaları ilə Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirmək istəyirlər. Hadisənin əsas səbəbi bunlardır. Bu səbəbi vicdanla təhlil etmək əvəzinə insanların hissiyyatı ilə oynamağın adı isə məlumdur. Nə yazıq ki, ermənilər belə şeylərə öyrəncəlidirlər.

NewTimes

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...