THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İtaliya Prezidenti Azərbaycanda: qarşılıqlı əlaqələrdə yeni dönəm

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2399
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 iyul 2018 – Newtimes.az

Azərbaycanla Avropa ölkələri arasında geniş əməkdaşlıq mövcuddur. Bakı Aİ üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq sənədi imzalayıb. Ticari sahədə də Azərbaycanın əsas tərəfdaşı Avropa ölkələridir. Rəsmi Bakı Aİ üzvləri ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda qurur. Bakının ATƏT, AŞPA və başqa Avropa qurumları ilə sıx əməkdaşlığı sirr deyil. Bunların fonunda Azərbaycanın İtaliya ilə əlaqələri mühüm əhəmiyyət kəsb edir. Bunun tarixi ilə yanaşı, müasir geosiyasi reallıqlar baxımından da ciddi əsasları var. Həmin prizmadan İtaliya Prezidentinin Azərbaycana səfərinin geosiyasi təhlili aktuallıq kəsb edir. Biz bununla bağlı başlıca məqamları iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq xətti çərçivəsində vurğulamaq istərdik.

Tarixi və geosiyasi zəmin: Roma-Bakı xəttinin vacibliyi

Tarixən Azərbaycanla İtaliya arasında əlaqələr mövcud olub. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müəyyən mərhələlərdə daha da inkişaf edib. Müasir dövrdə bu ənənə davam edir. Azərbaycan müstəqilliyini əldə edəndən Roma ilə münasibətlərinə böyük diqqət yetirib. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin İtaliyaya səfəri isə bu istiqamətdə dönüş nöqtələrindən biri oldu.

Heydər Əliyev ustalıqla iki ölkə arasındakı münasibətləri bütövlükdə Avropa İttifaqı ilə əlaqələrin strateji xarakteri müstəvisinə gətirə bildi. Bu, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə və inkişaf etmiş iqtisadiyyata malik dövlət kimi qiymət verdiyini nümayiş etdirməsi sayəsində mümkün oldu. Ümummilli liderin İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə sənədlər imzalandı. Bununla da iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün böyük perspektivlər açıldı.

2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri İtaliya-Azərbaycan əlaqələrinin inkişafına növbəti təkan oldu. Bu səfər zamanı dövlət başçısı İtaliya ilə əməkdaşlığın həm ikitərəfli əlaqələr, həm də Aİ-Azərbaycan münasibətlərinin perspektivi aspektində böyük önəm daşıdığını vurğulamışdı. Bununla Prezident İlham Əliyev Ulu öndərin Avropa siyasətində də varislik prinsipini uğurla inkişaf etdirdiyini bir daha dünyaya nümayiş etdirdi. Burada bir dinamika, ardıcıllıq, atılan addımların bir-birini tamamlaması və yekunda ümumən siyasətin qarşılıqlı faydalı əməkdaşlığa xidmət etməsi konkret özünü göstərdi. O cümlədən energetika sahəsində iki ölkə arasında və həm də Aİ-nin digər üzvləri ilə əməkdaşlığın uğurlu inkişafı vurğulandı. İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsinin əhəmiyyəti bir daha diqqətə çatdırıldı.

Təbii ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı müzakirə edilmişdi. Ekspertlər üçün daha maraqlı məqamlardan biri isə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin qəbul olunması idi.

Bütün bunlar İtaliya Prezidenti Sercio Mattarellanın iyulun 18-də Azərbaycana səfərinin tam əsasları olduğunu göstərir. Cənubi Avropanın ən çox inkişaf etmiş, Aİ-nin inkişaf səviyyəsinə görə 3-cü, iqtisadiyyatına görə 7-ci ölkəsi olan İtaliyanın Cənubi Qafqazın lider dövləti ilə geniş əməkdaşlıq etməsi tamamilə təbii olduğu kimi, bütövlükdə Avropa və Qafqaz üçün də faydalıdır. Bu faydalılığın gözəl nümunəsi olaraq iki ölkənin enerji sahəsindəki əməkdaşlığını nümunə göstərmək olar. Belə ki, İtaliya Azərbaycanın neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Hələ 2007-ci ilin dekabrında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb. "Şahdəniz-2" layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəməri (TAP) seçilib. 2013-cü il fevralın 13-də isə Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş imzalayıblar.

TANAP-ın açılışı ilə Azərbaycanla İtaliya arasında enerji sahəsində əlaqələrin yeni mərhələsinin əsası qoyuldu. Hazırda bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi aspektində fəallıq davam edir. Bu proses İtaliyanın Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləməsi fonunda baş verir. Öz növbəsində İtaliya böyük bir regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılması üçün aktivlik göstərən Avropa dövlətlərindən biridir.

Bu gün və gələcək: İtaliya ATƏT sədri kimi nə edə bilər?

Deməli, İtaliya-Azərbaycan münasibətlərində enerji faktoru strateji rol oynayır. Lakin qarşılıqlı faydalı əlaqələr bununla məhdudlaşmır. Bu əlaqələr çoxşaxəlidir. O, bir sıra sahələri əhatə edir. O cümlədən regional inkişaf və təhlükəsizlik məsələləri iki ölkə rəhbərliyinin maraq dairəsindədir. Bundan başqa, siyasi və iqtisadi sferalarda ikitərəfli əlaqələr daim inkişaf etdirilir. Daha əhəmiyyətli məqamlardan biri İtaliyanın bütövlükdə Aİ-Azərbaycan əlaqələrinin inkişafına dəstək verməsindən ibarətdir.

Bunların fonunda təbii ki, İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu daha da aktualdır. Çünki Azərbaycanla bu qədər geniş əməkdaşlıq edən bir ölkənin bizim üçün böyük əhəmiyyəti olan məsələdə konkret mövqe tutması çox önəmlidir. Digər tərəfdən, İtaliya hazırda ATƏT-in sədridir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

Buna görədir ki, Prezident İlham Əliyev Sercio Mattarella ilə görüşdə bu məsələyə ayrıca diqqət yetirib. Dövlət başçısı bir daha xatırladıb ki, Ermənistan illərdir BMT-nin qəbul etdiyi qətnamələrin şərtlərini yerinə yetirmir. Aİ və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qoyulan şərtlərə və irəli sürülən tələblərə məhəl qoymur. O cümlədən Minsk qrupunun həmsədr dövlətlərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə ilə bağlı mövcud status-kvonu qəbul etmirlər və onu dəyişmək lazımdır.

Prezident İlham Əliyev bununla bağlı İtaliyanın dövlət başçısı ilə söhbətində vurğulayıb: "Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır". Ancaq təəssüf ki, hələ də həmsədr dövlətlər İrəvana heç bir təzyiq göstərmir və ondan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə irəli sürülən şərtlərə əməl etməsini tələb etmirlər.

İtaliya hazırda ATƏT-in sədri kimi bu cür vəziyyətə necə təsir göstərə bilər? Sercio Mattarellanın dediynə görə, Roma münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır və bunun beynəlxalq hüquq normaları çərçivəsində baş tutmasına çalışır. İtaliya həmin kontekstdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini zəruri sayır. Gözləmək olar ki, İtaliya ATƏT-in sədri kimi uzun illərdir Avropanın siyasi dairələrində hökm sürən süründürməçilik mövqeyini dəyişəcək və fəal surətdə münaqişənin həlli istiqamətində çalışacaq.

Bu, artıq Aİ üçün də prinsipial əhəmiyyəti olan məsələdir. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlığın prioritetləri" adlı sənəd paraflanıb. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək göstərildiyi vurğulanıb. Aydındır ki, bu məqam Ermənistanın münaqişəyə qeyri-konstruktiv yanaşmasının başqa beynəlxalq təşkilatlarla yanaşı, Aİ-nin də iradəsinə qarşı çıxdığını təsdiqləyir.

Bütün bunlar onu göstərir ki, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk səfəri tarixi əhəmiyyət daşıyır. Bu, hər şeydən öncə Aİ-nin Azərbaycana verdiyi geosiyasi qiymətdən xəbər verir. Azərbaycandakı prezident seçkisindən sonra bu kimi addımların böyük önəmi vardır. Digər tərəfdən, dünya rəsmi İrəvanın Azərbaycana qarşı apardığı çirkin piar kampaniyasının tamamilə iflasa uğradığının şahidi olur. Ermənilər Azərbaycanda seçkinin qeyri-demokratik keçdiyini iddia edir, buna görə də beynəlxalq ictimaiyyətin Bakı ilə əlaqələr qurmamalı olduğundan dəm vururdular.

Reallıq isə bunun tam əksini təsdiq edir. Azərbaycanla dünyanın bütün böyük dövlətlərinin başçıları – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran və digərləri aktiv əməkdaşlıq etməyə can atırlar. Yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər həyata keçirilir. İtaliya Prezidentinin səfəri bu kontekstdə çox ciddi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğurla inkişaf etdirilməsinin növbəti dəfə təsdiqidir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...