THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

London ərəb diktatorlarının hesablarını açacaq

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 sentyabr – Newtimes.az

Böyük Britaniya diktatorlardan azad olmuş ölkələrin - Misir, Liviya və Tunisin bank hesablarını açacaq. Bu barədə Britaniyanın Baş naziri Devid Kemeron BMT Baş Məclisinin iclasında məlumat verib.

"Deyli Teleqraf" qəzetinin xəbərinə görə, London Misirin sabiq hökmdarı Hüsni Mübarək və onun ailəsinə məxsus 100 milyon funtluq (təxminən 162 milyon dollar) hesabları və daşınmaz əmlakı açmağa çalışacaq. Bundan əlavə, Böyük Britaniya diktatorların Birləşmiş Krallıqdakı hesabları barədə məlumat vermək üçün Avropa İttifaqından icazə istəyəcək. "Qardian" qəzetinin verdiyi xəbərə görə, belə bir icazə olmadan London diktatorların hesablarını aça bilməyəcək.

Gözlənildiyinə görə, Kemeron Misir Prezidenti Məhəmməd Mursi ilə şəxsi görüşü zamanı onu və onun hökumətini dəstəkləyəcəyini bildirəcək. O, Mübarəkin devrilməsindən sonra ölkədə hakimiyyəti ələ keçirmiş hərbçilərlə mübarizədə Mursiyə kömək etmək üçün Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Devid Riçardsı Misirə göndərməyi planlaşdırır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...