THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan eks-prezidentinin açıqlamasının arxasında nələr durur?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1428
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr – Newtimes.az

Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşmasından və Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.

AzərTAc Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı verdiyi açıqlamada demişdir.

Erməni Milli Konqresinin lideri L.Ter-Petrosyan bildirmişdir ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalıdır: "Burada tapmaca tapmağa ehtiyac yoxdur. Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaqdır".

İndiki prezident Serj Sarkisyanı tənqid edən L.Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradənin lazım olduğunu söyləmişdir.

Xatırladaq ki, prezident olduğu dövrdə - 1998-ci ildə L.Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan danışıqları və dünyadakı siyasi prosesləri təhlil edərək "Nə sülh, nə hərb" başlıqlı məqalə ilə Ermənistan mətbuatında çıxış etmişdi. 1988-ci ildə Dağlıq Qarabağın guya azad olunması tələbləri ilə siyasətə qoşulub prezident seçilsə də, məqaləsində bildirmişdi ki, erməniləri qızışdırıb Azərbaycanla münaqişəyə cəlb edən böyük dövlətlərin heç biri Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Onlar Ermənistandan özlərinin siyasi məqsədləri üçün istifadə edirlər. L.Ter-Petrosyan qeyd etmişdi ki, Ermənistanın özünün belə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa cəsarəti çatmır. Ona görə də Ermənistan güzəştə gedərək inkişaf yolunu tutmalıdır.

Qeyd etmək lazımdır ki, L.Ter-Petrosyan ikinci müddətə prezident seçildikdən sonra reallıqları görərək Ermənistanın uduzacağını, Azərbaycanın isə qalib gələcəyini demişdi. O bildirmişdi ki, münaqişənin "Nə sülh, nə hərb" vəziyyətində qalması Ermənistanın xeyrinə deyildir. "Zaman Azərbaycanın xeyrinə işləyir" deyən L.Ter-Petrosyan Ermənistanın ağır iqtisadi vəziyyətə düşəcəyini də proqnozlaşdırmışdı.

Bu məqalədən sonra Ermənistan parlamentində terror aksiyası baş vermişdi və L.Ter-Petrosyanın tərəfdarları olan parlamentin sədri, baş nazir, 6 nəfər deputat qətlə yetirilmişdi. L.Ter-Petrosyanın özü isə istefa vermək məcburiyyətində qalmışdı.

Hakimiyyəti ələ alan Koçaryan-Sarkisyan cütlüyü isə Ermənistanı terror yuvasına çevirdilər. Erməni xalqı acınacaqlı, məhrumiyyətlərə məhkum olunmuş vəziyyətdə yaşamaq məcburiyyətində qaldı. Hər gün Ermənistanı onlarla adam tərk edir.

Odur ki, bu gün Ermənistanın eks-prezidenti ölkəsinin güclü dövlət olması üçün hakimiyyətə Türkiyə ilə münasibətləri normallaşdırmağı və Dağlıq Qarabağ münaqişəsini həll etməyi məsləhət görərək, əslində rəsmi Yerevanı güzəştə getməyə çağırır ki, Ermənistan bir dövlət kimi tamamilə məhv olmaqdan xilas olsun. Siyasi iradənin lazım olduğunu dedikdə isə, keçmiş prezident indiki prezident Serj Sarkisyanın üçüncü qüvvələrin diktəsindən azad olub müstəqil siyasət apara bilməməsinə işarə vurur.

Artıq hər keçən ilin Ermənistanın məhvini daha da yaxınlaşdırdığını hamı aydın şəkildə görür və bu məsələdə L.Ter-Petrosyan da istisna deyildir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...