THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Verilən vədlərə cavab vermək zamanı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2545
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr – Newtimes.az

Karen Akopcanyanın “7or.am” portalında “Verilən vədlərə cavab vermək zamanı” sərlövhəli analitik yazısı (baxın) dərc edilib. Məqalədə Ermənistanın siyasi səhnəsində cərəyan edən hadisələrə lakonik yanaşma əksini tapıb. Onun əsas məqamlarını diqqətinizə çatdırırıq.

2013-cü ildə Ermənistanda prezident seçkisi olmalıdır. Seçki ərəfəsində ölkənin siyasi səhnəsinin “çirkləndiyi müşahidə edilir”. Demokratik siyasi debatlar əvəzinə qarşılıqlı böhtan və ittiham baş alıb gedir.

İqtidarın sosial problemlərin həlli ilə bağlı heç bir təklifi olmayıb. Yalnız su bulandırmaqla məşğuldur. Ancaq S.Sarqsyan və onun komandası dialoqdan nə qədər qaçsalar da bir sıra suallara cavab vermək məcburiyyətindədirlər. Həmin suallardan aşağıdakılar daha aktualdır:

- Niyə dünyada ən yüksək iqtisadi tənəzzül Ermənistanda qeyd olunub;

- Nə üçün vəd edilən beynəlxalq mərkəzlər yaradılmadı;

- Heç bir iri layihə reallaşmadı;

- 2008-ci il prezident seçkisindən sonra vəd edilən xarici sərmayələr nəyə görə yalnız söz olaraq qaldı;

- Hakimiyyət biabırçı “futbol diplomatiyası”na niyə getdi;

- Nəyə görə ölkədən insanların axını fəlakətli miqyas aldı;

- Kiçik və orta biznes ağır vəziyyətə düşdü;

- Ölkənin xarici borcu üç dəfə artdı?

Siyahını davam etmək olar. Lakin xalqın da aşağıdakı suallara özünün cavab tapması vacibdir:

- İndiki kursu saxlamaqla Ermənistan qonşularından geri qalmağı aradan qaldırıb, öz təhlükəsizliyini təmin edə bilərmi?

- Hazırkı vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır və Ermənistanda real islahatları kim həyata keçirə, dövlət idarəçiliyini və ictimai həyatı modernləşdirə bilər?

Müxalifət isə yalnız iqtidarı əvəz etmək haqqında hay-küy salmamalıdır. Onlar Ermənistanın sabahını necə təsəvvür etdiklərini ortaya çıxarmalıdırlar. Cəmiyyətə konkret hansı dəyişiklikləri edəcəklərini sübuta yetirməlidirlər. Ancaq hələlik bunların heç biri yoxdur. Ona görə də Ermənistanın sabahı çox qaranlıqdır

Newtimes.az

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...