
Bakı, 25 sentyabr – Newtimes.az
Ekvadorun xarici işlər naziri Rikardo Patino "Vikiliks"in banisi Culian Assanjın İsveçə təhvil veriləcəyini istisna etməyib. Lakin bu, ancaq Ekvadorun diplomatik müdafiəsi altında baş verə bilər. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
Məlumata görə, Patino hesab edir ki, bu halda həm İsveç hökumətinin tələbləri yerinə yetirilər, həm də Assanjın təhlükəsizliyi təmin olunar.
Bundan əvvəl nazir bildirirdi ki, London Assanjın İsveçdən digər ölkəyə ekstradisiya edilməyəcəyi barədə yazılı təminat verəcəyi təqdirdə onu Stokholma göndərmək olar.
Xatırladaq ki, Culian Assanj iyunun 19-dan Ekvadorun Londondakı səfirliyi ərazisindədir. O, Böyük Britaniyadan İsveçə ekstradisiyası ilə bağlı bütün məhkəmə proseslərini uduzduqdan sonra Ekvadordan siyasi sığınacaq istəyib.
Assanjın fikrincə, İsveç onu ABŞ-a təhvil vermək niyyətindədir. Amerikada isə "Vikiliks"in banisi ölüm hökmünə məhkum oluna bilər.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...