THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük Britaniya və Kanada səfirliklərini birləşdirir

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1029
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 sentyabr – Newtimes.az

Böyük Britaniya və Kanada bir sıra ölkələrdə birgə diplomatik missiyaların yaradılması barədə razılığa gəliblər. Bu barədə "Bi-Bi-Si Nyus" Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Gözlənildiyinə görə, müvafiq saziş Britaniyanın xarici işlər naziri Uilyam Heyqin Ottavaya səfəri zamanı imzalanacaq.

Birləşmiş səfirliklər ilk növbədə Kanadanın, yaxud Böyük Britaniyanın diplomatik nümayəndəliyi olmayan ölkələrdə yaradılacaq. Bu ölkələrin adları hələ ki məlum deyil.

Xatırladaq ki, ötən il Kanada parlamenti qarşısında çıxış edən Britaniyanın Baş naziri Devid Kemeron demişdi: "Biz iki müxtəlif millət olsaq da, Kraliçamız və ümumi dəyərlərimiz birdir". Heyq isə Kanada və Böyük Britaniyanı əmioğlu adlandırmış və qeyd etmişdir ki, bu iki ölkə uzun müddətdir birgə fəaliyyət göstərir.

Məlumata görə, gələcəkdə Böyük Britaniya-Kanada sazişinə Avstraliya və Yeni Zelandiya da qoşula bilər.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Yelizaveta formal olaraq Kanada, Avstraliya, Yeni Zelandiya, habelə Millətlər Birliyinin digər 12 üzvünün hökmdarıdır. Həmin ölkələrdə Kraliça heç bir real funksiya daşımır. Onun rolu rəmzidir. Ümumilikdə isə Birliyin tərkibinə 54 dövlət daxildir. Onların, demək olar ki, hamısı Böyük Britaniyanın keçmiş dominionları, müstəmləkələri və protektoratlarıdır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...