THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3969
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 yanvar 2017 – Newtimes.az

Demək olar ki, bütün alimlər müasir dünyanın ziddiyyətlər və risklərlə dolu olduğunu etiraf edirlər. Onlar bu məsələni müxtəlif aspektlərdə izah etməyə çalışırlar. Amerikanın tanınmış elm adamı Frensis Fukuyama yazdığı son məqalələrin birində bu bağlılıqda diqqəti çəkən məqamlara toxunub. Yazıdan aydın görünür ki, F.Fukuyama müəyyən dərəcədə Qərbə özünütənqid nöqteyi-nəzərindən yanaşır. Hazırda dünya miqyasında informasiya sahəsində baş verən proseslərdə müəyyən maraqlı dairələrin (siyasi, maliyyə və s. xarakterli) rol oynadığını vurğulayır. İndi İnternetin köməyi ilə dünyanın müxtəlif regionlarında yaşayan insanlar anındaca informasiya mübadiləsi edə bilirlər. Bu, bir tərəfdən, geniş kommunikasiya imkanları yaradır, digər tərəfdən isə, konkret dairələrə bundan sui-istifadə etmək üçün şans verir. Təcrübə göstərir ki, böyük dövlətlər həmin fürsətdən daha çox yararlanmağa çalışırlar. Bu sırada F.Fukuyama ABŞ və Rusiyanın adını çəkir. Bütövlükdə alimin qaldırdığı məsələ və qoyduğu suallar üzərində düşünməyə dəyər.

İnformasiya şəbəkəsi: müasir dövrün imkanları və bunlardan sui-istifadə

Maraqlıdır, Qərbdə müasir dünyada baş verən müxtəlif təbiətli hadisələrin hərtərəfli analizi getdikcə özünütənqid xarakteri alır. Qlobal səviyyədə baş verən neqativ proseslərin kökünün Qərbin sosial-siyasi, informasiya, mədəni və s. sahələrdəki fəaliyyətində olduğu açıq etiraf edilir. Bu cür yanaşma həm də maraqlı elmi nəticələr əldə etməyə imkan yaradır.

Həmin sırada Frensis Fukuyamanın Avstraliyanın Strateji Siyasət İnstitutunun (ASPI) nəşri olan "The Strategist"dəki son məqaləsi çox maraqlıdır. Müəllif dünya miqyasında informasiyanın rolu, onun cəmiyyətə təsiri, beyinlərdə yaratdığı yanlış təsəvvürlər və bu kimi faktorlardan siyasi dairələrin istifadə etməsi üsulu haqqında aktual elmi qənaətlər əldə edib (bax: Francis Fukuyama. The emergence of a post-fact world / "www.aspistrategist.org.au", 19 dekabr 2016).

F.Fukuyama müasir dövrü "post-fakt dünya" kimi xarakterizə edir. İnformasiyanın cəmiyyətdəki rolu baxımından bu terminin ayrıca əhəmiyyəti vardır. "Post-fakt" termini indi KİV-in real faktlara deyil, müəyyən dairələrin "yaratdığı" faktlara əsaslandığını ifadə edir. Bunun əlamətləri kimi F.Fukuyama bütün nüfuzlu informasiya mənbələrinin məlumatlarının şübhə altına alınmasını göstərir. Eyni zamanda, alternativ "faktlar" ortaya qoyulur ki, reallıqda onların mənbəyi və keyfiyyəti ciddi şübhələr doğurur (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə çağdaş dünyada informasiyanın dinamikası olduqca maraqlı kontekstdə izah olunub. Belə ki, obyektiv informasiya vermək funksiyası yerinə yetirən rəsmi mənbələrin yaydıqları informasiyalar mənbəyi aydın olmayan, lakin məhdud dairələrin marağına xidmət edən başqa qaynaqlar tərəfindən təkzib olunur. Və bu cəfəngiyata milyonlarla insan inanır. Ən təhlükəli məqam bundan ibarətdir. F.Fukuyama misallarla göstərir ki, siyasi mübarizədə, müharibədə, böhranların idarə edilməsində, haradasa təxribatçı vəziyyət yaratmaqda bu priyomdan necə istifadə edirlər.

Müəllifin qənaətinə görə, 2016-cı ildə informasiyadan "post-fakt" keyfiyyətində daha çox Rusiya istifadə edib. Konkret olaraq Rusiya KİV-i ukraynalı milliyyətçilərin kiçik oğlan uşağını öldürdüklərini, yaxud Malayziyaya məxsus "Boeing" təyyarəsini Ukrayna silahlı qüvvələrinin vurduğunu dünyaya yaydı. Eyni ilə həmin mənbələr Şotlandiyada müstəqilliklə bağlı debatları qızışdırdılar, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ətrafında informasiya fırtınası yaratdılar və həmçinin Ukrayna ilə Aİ arasındakı assosiasiya haqqındakı sazişlə əlaqədar Hollandiyada referendumun keçirilməsini həvəsləndirdilər (bax: əvvəlki mənbəyə). Bununla da Avropada inteqrasiya tərəfdarlarının mövqeyi zəiflədildi.

Digər nümunə isə ABŞ-da keçirilən prezident seçkisidir. D.Tramp yalan informasiya ilə öz marağına uyğun manipulyasiya etmək sahəsində rəqiblərindən daha qabağa gedə bilib. O, seçki kampaniyasında B.Obamanın Amerikada anadan olmadığı haqqında ağızdolusu danışıb. Bunu D.Tramp hətta B.Obama doğum şəhadətnaməsini nümayiş etdirdikdən sonra belə edib. Çünki geri çəkilsəydi, yalançı olduğu bilinərdi. Qəribəsi odur ki, Amerika kimi yüksək inkişaf etmiş cəmiyyətdə çoxluq D.Trampın yalanına inandı.

Eyni məntiqlə D.Tramp Federal Ehtiyat Sisteminin H.Klintonun xeyrinə işlədiyini bəyan edirdi. O, seçkinin saxta olacağını və nəticələrini tanımayacağını söyləyirdi. Bu zaman heç bir tutarlı arqument gətirmirdi. Lakin yenə də maraqlıdır ki, insanlar təsdiqini tapmayan bu informasiyalara inandılar. Onları rəsmi olaraq təqdim edilən sənədlər inandıra bilmədi. F.Fukuyama məhz bu kimi məqamları nəzərə alaraq sual edir ki, nəyə görə artıq dünyada rəsmi mənbələrin informasiyasına deyil, mənbəyi bəlli olmayan, faktsız məlumatlara inanırlar?

Siyasətin "trolli"ləri və robotları: milyonlara təsir etməyin nəticələri

Doğrudan da bu, müasir dövrün siyasi taleyi aspektində çox maraqlı məqamdır. Onun üzərində daha geniş aspektlərdə, elmi müstəvidə düşünməyə dəyər. Burada onu vurğulayaq ki, F.Fukuyama diqqəti çəkən bir neçə arqument irəli sürür. O yazır ki, hazırda informasiya bazarında "trolli"lər və robotlar üstünlük təşkil edirlər. "Trolli" Skandinaviya nağıllarında ovsunçudur, cadugərdir.

Bu obraz müasir dövrdə konkret dairələrin informasiyalardan milyonları ovsunlamaq, onları məlumatların məzmununa varmadan inandırmaq üsulunu ifadə edir. Robotlar da eyni funksiyanı yerinə yetirirlər. Konkret olaraq onlar mənasını başa düşmədən, sual etmədən əmrləri yerinə yetirən kütlələrin mövcudluğunu ifadə edirlər.

İkinci fakt kimi F.Fukuyama hazırda İnternetin insanların həyatında oynadığı rolu vurğulayır. Onun qənaətinə görə, məhz bu informasiyayayma şəbəkəsi rəsmi mənbələrin məlumatlarına şübhə yaranmasında ciddi rol oynayıb. Belə ki, dünyanın hər yerində insanlar istədikləri informasiyaya təsdiq tapmadan, sübut tələb etmədən maraqlı olay kimi çata bilirlər. Kütlələri daha çox qeyri-adi məzmunlu məlumatlar maraqlandırır. Burada təbii ki, rəsmi dairələrə etibarın olmaması da öz rolunu oynayıb. Lakin amerikalı alimin fikrincə, İnternet həm də müsbət funksiya yerinə yetirir. Sübut kimi, bu şəbəkənin dünyanın müxtəlif yerlərində yaşayan insanların bir yerə toplanmasında rolunu göstərir. Məhz həmin üsulla müxtəlif ölkələrdə (məsələn, Gürcüstan, Ukrayna və s.) "rəngli inqilablar" etmək mümkün oldu.

Fukuyamanın sonuncu arqumentinin obyektivliyi ilə bağlı fikir bildirmək istəmirik. Ancaq həmin məqamda alimin müəyyən həqiqətləri demədiyini də vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, "rəngli inqilablar"ın təşkili faktiki olaraq başqa dövlətlərin daxili işlərinə qarışmaqdır. Bu, hansı meyarlara görə müsbət hal kimi qəbul edilsin? Əksinə, əgər İnternet "rəngli inqilablar", o cümlədən "ərəb baharı" adlanan proseslərə təkan verdisə, bu, bəşəri səviyyədə fəlakət deməkdir. F.Fukuyamanın bir sıra ölkələrin, məsələn, Çin və İranın İnternetə qoyduqları senzuradan narazı danışması elə də başadüşülən deyil. Çünki təcrübə göstərir ki, "infomarsiya qapıları tam açıq olanda", Qərbin siyasi dairələri hər yerə yeri gəldi-gəlmədi baş vurur, oralarda yalnız öz maraqlarının təmin edilməsinə çalışırlar. İnanmırıq ki, deyək ki, Çin, yaxud Rusiya ABŞ və Avropaya qarşı bu cür davransa, Fukuyama onu müsbət hal kimi qiymətləndirsin.

Nəhayət, F.Fukuyama bizim üçün də çox maraqlı olan başqa bir faktoru qeyd edir. O yazır ki, informasiyanın dinamikasında siyasi dairələrin təsiri çox güclü olur. O cümlədən onların maraqları həqiqəti gizlətməyə, milyonlara yalan sırımağa imkan yaradır. Buna nümunə kimi İraqa və Əfqanıstana müdaxilə ərəfəsində Qərb KİV-də hansı məzmunda informasiyaların yayılmasını göstərmək olar. Səddam Hüseyni sorğulayan amerikalı kəşfiyyatçı indi etiraf edir ki, İraqın devrilmiş prezidenti nə kütləvi qırğın silahına malik olduğunu, nə də "əl-Qaidə"yə yardım etdiyini qəbul etmişdi. O, bunları qətiyyətlə inkar edir və əksinə, ABŞ-ı günahlandırırdı ki, "əl-Qaidə" məsələsində İraq hakimiyyətinə kömək etmir. Lakin bütün bunlar indi etiraf olunur. İraqa müdaxilə zamanı isə KİV tamam başqa şeylərdən yazırdı – kütləvi qırğın silahlarından tutmuş, S.Hüseynin qadın düşkünü olduğuna qədər yalanları gecə-gündüz beyinlərə yeridirdilər.

Eyni vəziyyət erməni KİV-in yaydığı yalan məlumatlara Qərbdə dəstək vermələrində müşahidə olunub. Paralel olaraq Azərbaycan əleyhinə "qara piar" kampaniyaları təşkil ediblər. Dəfələrlə bunun şahidi olmuşuq və indi də analoji halı görürük. Xüsusilə son zamanlar Türkiyəyə qarşı sərhədsiz böhtan kampaniyası aparırlar və bunların arxasında Qərbin siyasi dairələrinin dayandığı üzə çıxmaqdadır.

Yuxarıda vurğulananlar doğrudursa, nəticə nədən ibarətdir? Belə görünür ki, mövcud şərtlər daxilində Qərbin yalançı informasiyalar yaymaq praktikasına son qoyulmayacaq. Nə qədər ki, geniş maliyyə imkanlarına malik məhdud dairələr at oynadırlar və onların artıq "çürümüş rəsmi orqanlara" (F.Fukuyama) təsiri güclüdür, dünyada sabitlik, barış, sakitlik mümkün deyil. Etiraf edək ki, çox bədbin nəticədir, ancaq həqiqətdir!

Elsevər Abdullayev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...