THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müasir dövr miqrasiya proseslərinin pərdəarxası

Müasir dövr miqrasiya proseslərinin pərdəarxası
23 oktyabr 2018

Qloballaşma dövrü və üçüncü minillik bəşər cəmiyyəti qarşısında yeni çağırışlar, dilemmalar ortaya çıxardı. Heç şübhəsiz ki, günümüzdə ən çox rast gəlinən, eşitdiyimiz ifadə "böhran" sözüdür. Dünya maliyyə böhranı, iqtisadi böhran, beynəlxalq hüququn qarşılaşdığı ədalət böhranı, hətta mənəvi dəyərlərin aşınması böhranı və sonsuz sayda digər məsələlərlə bağlı cəmiyyətin qarşılaşdığı istənilən aktual problemi böhran olaraq qəbul etmək olar. Sual oluna bilər ki, cəmi 20-25 əvvəl qeyd olunan məsələlərə problem kimi yanaşırdılarsa hazırda niyə məhz böhran adlandırılır? Suala birmənalı cavab vermək çətin olsa da, fikrimizcə, hadisələr o qədər dərininə inkişaf edib ki, cəmiyyət artıq ciddi bir seçim qarşısında qalıb: "tamam, yoxsa davam".

Qlobal geosiyasətin Hindistan faktoru: risklər əhatəsində əməkdaşlıq axtarışları

Qlobal geosiyasətin Hindistan faktoru: risklər əhatəsində əməkdaşlıq axtarışları
10 oktyabr 2018

Asiyanın ən böyük və potensiallı dövlətlərindən sayılan Hindistanın xarici siyasətində xüsusi hərəkətlilik müşahidə edilməkdədir. Dehli, demək olar ki, qısa müddətdə bir neçə böyük dövlətlə geosiyasi baxımdan əhəmiyyətli olan müzakirələr apardı. Fransa, ABŞ, Yaponiya, Çin, Rusiya kimi güclər Hindistanla əməkdaşlığın perspektivlərini aktiv surətdə müzakirə etdilər. Dehli bir sıra müqavilələr də imzaladı. Onlara dünyanın ayrı-ayrı dövlətləri reaksiya verdilər. O cümlədən ABŞ Dehlini sanksiyalarla hədələdi. Lakin buna baxmayaraq, rəsmi Dehli götürdüyü kursdan dönməyəcəyini yenə bəyanladı. Mütəxəssislər bütün bunları nəzərə alaraq hesab edirlər ki, Hindistan həssas geosiyasi bir məqama yaxınlaşır. Bu dövlətin xarici siyasəti artıq yeni şərtlər altında işləməli olacaq. Həmin prizmadan Hindistan üçün aktual olan geosiyasi faktorlar hansılardır? Bu ölkə kimlərlə strateji tərəfdaş olmalıdır? Bu kimi suallar üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə "dağıtmaq" arzusundadır?

Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə "dağıtmaq" arzusundadır?
08 oktyabr 2018

Həqiqəti deməyə hər kəsin cəsarəti çatmır. Hamıdan da ədalət gözləməyin mənası yoxdur. Lakin siyasətlə məşğul olan insan üçün müəyyən siyasi və diplomatik etiket mövcuddur. Konstantin Zatulində bu keyfiyyət yoxdur. O, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədrinin birinci müavinidir. Özü də Avrasiya miqyasında guya inteqrasiya məsələlərinə sorumludur. Bu zat bəyanat verir ki, Ermənistan Azərbaycanı "dağıda bilər". Hansı MDB ölkəsində kimin nə deməsindən asılı olmayaraq, tutduğu vəzifə K.Zatulinin obyektiv, məsuliyyətli və tarazlı ifadələr işlətməsini tələb edir. O, MDB-nin üzvü olan bir ölkənin digərini "dağıda biləcəyi" haqqında sərsəm və əsassız fikirlər ortaya atmamalıdır. Üstəlik, bir adam inteqrasiya və xaricdə yaşayan ruslarla əlaqələrə məsuldursa, o, son dərəcə incə, ehtiyatlı və ədalətli olmalıdır. Bu tezislərin işığında K.Zatulinin söylədiyi bir sıra fikirlərin analizinə ehtiyac duyduq.

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması
27 sentyabr 2018

Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri son zamanlar həyəcan təbili çalırlar. Onlar Avropada neonasizmin getdikcə genişləndiyindən narahatlıq duyduqlarını açıq ifadə edirlər. İndi vəziyyət o dərəcəyə çatıb ki, Avropanın liderləri ümidlərini 2019-cu ilin mayında keçiriləcək parlament seçkisinə bağlayıblar. Proqnozlara görə, həmin seçkidə radikal və populist mövqeli namizədlərin qalib gəlməsi ehtimalı az deyil. Daha təhlükəli məqamlardan biri kimi isə bir sıra Aİ ölkəsinin rəsmi olaraq radikallığı və ayrı-seçkiliyi müdafiə etməsi göstərilir. Bu aspektdə Şərqi Avropa ölkələrinin adı daha çox çəkilir. Hətta Brüssel miqrant məsələsinə görə Macarıstana, Çexiyaya və bəzi başqa üzvlərə xəbərdarlıq edib. Lakin, görünür, prosesin qarşısını sadə xəbərdarlıqlarla almaq çox çətindir. Buna görə də Yunanıstan prezidenti açıqca neonasizm təhlükəsindən bəhs edir. Bunların fonunda Aİ-nin gələcək siyasi taleyi necə görünür? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac vardır.

Mərkəzi Asiya: ABŞ və Aİ-nin siyasətinin əsas məqamları

Mərkəzi Asiya: ABŞ və Aİ-nin siyasətinin əsas məqamları
24 sentyabr 2018

Məqalədə ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya istiqamətində apardığı siyasətin geosiyasi aspektləri təhlil edilir. Yazıda son illərdə baş verən geosiyasi-hərbi dəyişikliklər nəzərə alınmaqla bu siyasətin müxtəlif aspektlərinə işıq salınır. Göstərilir ki, ABŞ və Aİ-nin Mərkəzi Asiyada yeritdiyi siyasət özünəməxsus dinamikaya malikdir. Öncə hər iki böyük güc daha geniş məqsədləri güdən proqramlar müəyyənləşdirdilər. Ancaq təcrübə göstərdi ki, nəzərdə tutulanlar lazımi səviyyədə reallaşmadı. Bunun bir səbəbi həmin regionda aktiv olan Rusiya və Çinin atdığı addımlardırsa, digər səbəbi Qərbin özünün Mərkəzi Asiya siyasətinin lazımi səviyyədə konkret olmaması ilə əlaqəlidir. Məqalədə bu kontekstdə ABŞ və Aİ-nin həmin regionla bağlı siyasətinin əsas aspektləri təhlil edilir. Belə bir qənaətə gəlinir ki, Qərbin Mərkəzi Asiya siyasəti yenilənməlidir. Bu istiqamətdə hələlik dəqiq addımlar atılmır. Lakin yaxın gələcəkdə bunun baş verməyəcəyinə də dəlalət edən faktlar yox dərəcəsindədir. Buna görə də Mərkəzi Asiyada geosiyasi mənzərənin qeyri-müəyyən olduğu nəticəsini çıxarmaq olar.

Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində

Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
21 sentyabr 2018

İndi dünya KİV-lərində Soçidə Rusiya və Türkiyə prezidentlərinin İdliblə bağlı müzakirələr aparması və razılıqlara nail olunması ilə ilgili çoxlu təhlillər yer alır. Ekspertlər nə baş verdiyini geosiyasi aspektdə qiymətləndirməyə çalışırlar. Onların böyük əksəriyyəti Rusiyanın Türkiyəyə güzəştə getməsi və bunun Qərbə bir "gözdağı" olduğu kontekstində təqdim olunur. Lakin proseslərə bitərəf mövqedən yanaşanda tamamilə fərqli bir mənzərə ilə rastlaşırıq. Burada başlıca xüsusiyyət ondan ibarətdir ki, iki böyük dövlət geosiyasi olaraq yüksək prinsipiallıq daşıyan mürəkkəb bir məsələdə danışıqlar yolu ilə razılıq əldə ediblər. Bu siyasi-diplomatik fəaliyyətdə dialoqun, qarışıqlı faydalı əməkdaşlıq prinsipinin təntənəsi kimi qəbul edilə bilərmi? Bu suala cavab axtarışı üzərində geniş dayanmaq istərdik.

İdlib problemi: Tehran sammitindən sonra aktuallaşan suallar

İdlib problemi: Tehran sammitindən sonra aktuallaşan suallar
11 sentyabr 2018

İranın paytaxtı Tehran şəhərində Türkiyə, Rusiya və İran prezidentlərinin İdliblə bağlı müzakirələr aparmasına dünya KİV-i böyük maraq göstərib. Tədbirdən dərhal sonra BMT-də də müzakirələr aparılıb. Bu təşkilatın 7 üzvü ayrıca müraciət hazırlayaraq problemin siyasi-diplomatik yolla həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların sırasında Almaniya, Fransa, Böyük Britaniya və İsveç də vardır. Müraciətdə xüsusi olaraq Türkiyənin danışıqlar yolu ilə münaqişəni həll etmək çağırışına haqq qazandırılıb. Tehran sammitində də R.T.Ərdoğan və V.Putinin İdlib məsələsini siyasi-diplomatik yolla həll etməyə səsləyən fikirlər söyləmələri də təqdir edilib. Bunlarla yanaşı, sammitin yekun bəyannaməsinin müzakirəsi zamanı tərəflər arasında yaşanan diskussiya xarakterli müzakirələrin canlı yayımda izlənməsi geniş əks-səda doğurub. Suriya müxalifətini BMT-də təmsil edən nümayəndə Ankaranın mövqeyinin dəstəklənməsi zərurətini açıq vurğulayıb. O, Türkiyəni Suriyada sülhün olmasına çalışan əsas dövlət adlandırıb. Bütün bunların fonunda Tehran sammitinin geosiyasi əhəmiyyətini qiymətləndirməyə və orada müzakirə edilən məsələləri təhlil etməyə ehtiyac yaranır.

Cenevrədə Bolton-Patruşev görüşü: fikir ayrılıqları dərinləşir

Cenevrədə Bolton-Patruşev görüşü: fikir ayrılıqları dərinləşir
05 sentyabr 2018

Ekspertlər Amerika və Rusiyanın qlobal geosiyasi nüfuz uğrunda mübarizəsinin yeni mərhələyə qədəm qoyduğu haqqında proqnozlar verirlər. Həmin mövzu xüsusilə Cenevrədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin keçirdiyi görüşdən sonra daha da aktuallaşıb. Məsələ ondan ibarətdir ki, tərəflər heç bir razılıq əldə edə bilməyiblər. Lakin bir sıra məsələlərin müzakirəsini dərindən apardıqlarını ifadə ediblər. Belə qənaət yaranır ki, Bolton-Patruşev görüşü əsas olaraq tərəflərin öz mövqelərini daha aydın ifadə etmək aspektindən maraqlı olub. Bu məqamın özünün də geosiyasi əhəmiyyəti vardır. Çünki dünyanın iki böyük dövlətinin hazırda cərəyan edən geosiyasi proseslərə verdikləri qiymət həmişə maraqlı və əhəmiyyətlidir. Həmin kontekstdə Cenevrə görüşünün geosiyasi analizinə ciddi ehtiyac duyulur.

Avropa İttifaqı: sağ populistlərlə solçular arasında tərəddüdlər

Avropa İttifaqı: sağ populistlərlə solçular arasında tərəddüdlər
04 sentyabr 2018

Qərbin bir sıra aparıcı nəşrləri avqustun 28-də Milan şəhərində olan bir görüşlə bağlı geniş informasiyalar yaymaqdadırlar. Görüş Macarıstanın baş naziri Viktor Orban ilə İtaliyanın daxili işlər naziri Matteo Salvini arasında olub. Vəzifə fərqinə baxmayaraq, hər ikisi partiya lideridir. Müzakirələri də məhz partiya liderləri kimi aparıblar. Qərb KİV-ləri bu məqama əsasən yazır ki, məsələ, ümumiyyətlə, Avropa İttifaqının gələcək siyasi təşkilatlanması ilə əlaqədardır. Məsələn, "The Wall Street Journal", "El País", "Le Figaro" kimi nəşrlərdə mövzuya aid analitik məqalələr dərc edilib. Ekspertlər hesab edirlər ki, mübarizə Avropa İttifaqının açıq və ya qapalı təşkilat olması və burada avropaçılığın, yaxud suverenliyin üstünlük təşkil etməsi dilemması ilə bağlıdır. Bu kontekstdə Milan görüşünün fonunda Aİ-nin gələcək taleyi və onun geosiyasi təsirləri üzərində bir qədər geniş dayanmağa ehtiyac duyulur.

Aİ-Ermənistan müqaviləsinin taleyi: 2017-ci il sazişini ermənilərin "təftiş" cəhdləri

Aİ-Ermənistan müqaviləsinin taleyi: 2017-ci il sazişini ermənilərin "təftiş" cəhdləri
31 avqust 2018

Son vaxtlar Ermənistanın siyasi və ekspert dairələrində "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində 2017-ci ildə İrəvanla Brüssel arasında imzalanmış "geniş və hərtərəfli əməkdaşlıqla" bağlı sənəd geniş müzakirə olunur. Ekspertlər həmin sənədin konkret bəndlərini təhlil ediblər. Belə qənaətə gəlinib ki, əslində, "geniş və hərtərəfli" ifadəsi rəmzi xarakter daşıyıb, real bazaya malik deyil. Ermənistan Avropa İttifaqı ilə həqiqi əməkdaşlıq etmək imkanlarına malik deyil. Tərəflər, sadəcə, bir-birlərinə formal əlaqələr prizmasından yanaşırlar. Bunun isə praktiki nəticəsi ola bilməz. Məsələ ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi əsas əməkdaşlıq istiqamətini birdəfəlik seçib. Onun bu təşkilatdan çıxması perspektivdə belə mümkün deyil. Çünki Kreml Ermənistanın təsir altından çıxmasına qətiyyən imkan verməz. Bununla yanaşı, Ermənistan geosiyasi aspektdə özünü xeyli dolaşdırıb. O, obrazlı desək, növbəti dəfə quyuya düşüb. Bu kimi məsələlərin analizi maraqlı olardı.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...