THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Geosiyasi ambisiyalar: sonun başlanğıcı?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2060
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Hörmətli oxucular, dünyada baş verən beynəlxalq proseslərin nə dərəcədə gərgin və taleyüklü olduğunu nəzərə alaraq, onların mahiyyətini və dinamikasını daha əhatəli şəkildə təhlil etmək məqsədilə bu gündən başlayaraq ''Beynəlxalq münasibətlərə baxış: nəzəriyyələr və praktika'' adı altında silsilə məqalələr dərc etməyə qərar verdik. Bu gün bu istiqamətdə birinci məqaləmizi diqqətinizə təqdim edirik.

I məqalə.

Geosiyasi ambisiyalar: sonun başlanğıcı?

Soyuq müharibənin sona çatması, uzun müddət beynəlxalq münasibətlər sistemini girova çevirən ikiqütblü sistemin qütblərindən birinin – SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının çökməsi nəticəsində Qərbin yeganə dominant gücə çevrilməsi və təkqütblü dünya sisteminin formalaşması həm mütəxəssislər, həm də sıravi vətəndaşların xəyallarında olan "optimist gələcək” qığılcımını yaratmışdı. Beynəlxalq aləmdə belə təbliğat aparılırdı ki, artıq bəşəriyyətin bir-birinin düşməninə çevrilməsi, geosiyasi, ideoloji və digər ambisiyalar uğrunda amansız mübarizə öz yerini xoş niyyətli, bəşəriyyətin mənafeyinə xidmət edəcək diplomatiyaya verəcək: silahlı münaqişələrin, ziddiyyətlərin beynəlxalq hüquq çərçivəsində, ədalət prinsipləri təməlində həlli mümkün olacaq, uzun müddət böyük dövlətlərin ambisiyalarının girovuna çevrilən beynəlxalq təşkilatlar nəhayət onları yaradan dahi insanların xəyal etdiyi kimi müqəddəs missiyaya xidmət edəcək; Vudro Vilsonun 14 bəndində nəzərdə tutduğu kimi, fəaliyyətlərini qarşıdurma, rəqabət müstəvisindən qarşılıqlı surətdə faydalı əməkdaşlıq müstəvisinə daşıyacaqlar.

Soyuq müharibənin qalibi olan Qərbin üzərinə tarix böyük məsuliyyət qoyurdu – bəşəriyyətin xəyallarını reallaşdırmaq. Bu təkcə qalib tərəf olan Qərbin deyil, həm də daha çox məğlub tərəf olan SSRİ və Varşava blokunun yeni yaranan dövlətlərinin və həmin dövlətlərin insanlarının gözləntiləri idi. Çünki Qərb özünün nə olduğunu az-çox bilirdi. Ancaq dünyanın ikiyə bölünməsi nəticəsində digər blokun sakinləri üçün Qərb "möcüzələr, arzular diyarı” idi. Qərbin sülhpərvər çağırışları isə onlardakı optimist hissləri, ümidləri daha da artırmışdı. Təsadüfi deyil ki, 90-cı illərin əvvəllərində Rusiya da daxil olmaqla məğlub blokun bütün köhnə və yeni dövlətləri Qərblə inteqrasiyaya, sıx əməkdaşlığa can atırdı. Devid Mitraninin neo-funksionalizm nəzəriyyəsi zəfər çalma ərəfəsindəydi. Məhz belə bir optimizm Frensis Fukuyamanı münaqişələr tarixinin sona çatdığını elan etməyə vadar etmişdi.

Lakin çox keçmədi ki, şahidi olduğumuz proseslər bu ümidlərin illüziyadan başqa bir şey olmadığı həqiqətini üzə çıxardı. Zbiqnev Bjezinskinin təbiri ilə desək, Qərb tarixin ona bəxş etdiyi bu şansı əldən verdi. Beynəlxalq sülhün və əmin-amanlığın təmininə xidmət edəcək yeni ideyalar yaratmaq və müəllifi olduğunu hesab etdiyi universal dəyərləri təbliğ etmək əvəzinə, Qərb yenə də əvvəlki kimi, ancaq bu dəfə daha sərt, daha qabarıq və daha kobud formada öz geosiyasi ambisiyalarını ön plana çəkdi. İdeologiyalar müstəvisində yaşanan mübarizədə realizm idealizmə qalib gəldi. Tarix bir daha realizmin zirvəsində dayanan geosiyasətçiləri – Rudolf Çellen, Fridrix Ratsel kimi fikir sahiblərini haqlı çıxardı.

Başqa sözlə ifadə edərsək, Qərbin bu müvəffəqiyyəti onu eyforiyaya qapdırdı- onlar belə hesab etdilər ki, bu mübarizənin qalibi onlar olduğu üçün, digər hər kəs onların vassalı olmalı, onların hər dediyini mütləq surətdə yerinə yetirməlidir. Bu müəyyən mənada tarixin inkişaf mərhələsinin yenidən geriyə – orta əsr feodal Avropasına dönüşün təzahürünə bənzəyirdi. Bu eyni zamanda Qərbin tarixdən dərs götürmədiyini nümayiş etdirirdi – axı, fransız tarixçisi Jan-Baptist Düroselin də dediyi kimi, bütün imperiyalar dağılmağa məhkumdur. Sadəcə imperiyaların ömrünü müəyyən müddətə uzatmaq olar ki, bu da onların başqalarına münasibətdə ədalət prinsipinə nə dərəcədə sadiq olması ilə düz mütənasiblik təşkil edir. Ən azından, Osmanlı İmperiyası gözəl nümunə ola bilərdi...

Təsadüfi deyil ki, 90-cı ilin əvvəllərində NATO və Avropa İttifaqı sürətlə və kortəbii şəkildə Şərqə doğru irəliləməyə başladı. Təşkilatlara üzv olan ölkələr inteqrasiya adı altında dövlət olaraq əriməyə, onların iqtisadiyyatları isə Qərbin trans-milli korporasiyalarının mənafeyinə qurban verilməyə başladı. Genişlənən coğrafiya isə Qərb üçün sadəcə bir bazar rolunu oynayırdı- əvvəlcə özlərinin köhnəlmiş hər nəyi varsa onlara satmaq, sonra isə onların hər nəyi varsa, ona sahib olmaq.

Bu ərazilərdə meydana gələn silahlı münaqişələr də bundan öz payını alırdı. Soyuq müharibədən sonra tarixin ilk genosidi olan Xocalı, onu izləyən Avropanın qəlbində – Balkanlarda və daha sonra uzaq Afrikada – Ruandada əks-səda verən soyqırımlar bu illüziyaların nə qədər yanlış, beynəlxalq təhlükəsizliyin nə qədər kövrək, beynəlxalq hüququn və ədalətin nə qədər əlçatmaz, geosiyasi ambisiyaların girovuna çevrilənlərin isə nə qədər qəddar olduğunu əyani şəkildə nümayiş etdirirdi.

Minillikdən sonra da davam edən gərgin vəziyyət 2010-cu illərin birinci yarısında özünün pik həddinə çatdı. Əfqanıstanda və Yaxın Şərqdə eləcə də dünyanın digər guşələrində gedən proseslər eyforiyadan və ambisiyalardan gözləri kor olmuş liderlərin və onların nəzarətində olan zombiləşmiş insanların hansı vəhşiliklər törədə biləcəklərini parlaq şəkildə nümayiş etdirdi- ölkələr viran edildi, yüz minlərlə günahsız insan qətl edildi, milyonlarla insan yurd-yuvalarından didərgin salındı.

Məsələnin ən faciəvi tərəfi odur ki, bütün bu vəhşiliklər Cosef Nayın beynəlxalq münasibətlərdə "yumşaq güc” amilindən istifadə kimi ifadə etdiyi demokratiya, insan hüquqları kimi universal dəyərlərin bərqərar olması adı altında həyata keçirilirdi. Bu "yumşaq güc” amili isə "sərt güç” yoluyla bərqərar edilirdi. Nəticə isə bundan ibarətdir ki, "yumşaq güc” ilə "sərt güc” arasındakı sərhəd ortadan qalxmış, ortaya çıxan "mütləq güc” onu məhdudlaşdıra biləcək bütün pozitiv hüquq və mənəvi-əxlaqi normaları tapdalayaraq bəşəriyyəti bəlaya düçar etmişdir.

Sön dövrlərdə neftin qiymətinin süni şəkildə endirilməsi nümunəsində mübarizənin daha bir qeyri-adi formasına şahidlik etdik – idmanda buna "beldən aşağı zərbə vurmaq” (Hit below the belt) deyilir. Yəni hər bir mübarizənin, yarışın, oyunun öz qaydaları var ki, oyunçular mübarizələrini o qaydalar çərçivəsində aparmalıdırlar. "Beldən aşağı zərbə vurmaq” isə qaydaların kobud şəkildə pozulmasını, qadağan olunmuş zərbənin vurulmasını ifadə edən termindir.

Bizim qeyd etdiyimiz nümunədə neftin qiyməti heç bir iqtisadi qanunauyğunluqlar nəzərə alınmadan qeyri-proporsional ölçüdə başqaları tərəfindən bilərəkdən süni şəkildə endirildi. Yəni iqtisadi nəzəriyyələrdəki bazarı tənzimləyən Adam Smitin "görünməyən əl”i bu dəfə paradoksal olaraq bazar iqtisadiyyatındakı mövcud düzəni darmadağın edən "görünməsə də, kimə aid olduğu asanlıqla təsəvvür edilə bilən əl”ə çevrildi. Bir dövləti hədəf alan bu geosiyasi motivli və sanksiya xarakterli "iqtisadi tədbir” nəticə etibarı ilə onlarla ölkənin iqtisadiyyatına ağır zərbə vuraraq növbəti iqtisadi böhrana rəvac verdi.

Lakin bu addım da digər addımlar kimi düzgün hesablanmadığından nəinki gözlənilən nəticələri vermədi, hətta daha təhlükəli olan bumeranq effekti yaratmağa başladı. Devid İstonun sistemi işlədikcə, modifikasiyalara məruz qalan autputlar yeni imput şəklində sistemin özünü dəyişikliyə məruz qoyur. Sistemdən çıxan zərərli nəticələr hər dəfə yenidən sistemli şəkildə sistemə geri qayıdaraq sistemin özünün sonunu gətirir. O zaman belə bir sual oraya çıxır- axı bu niyə belə olmalıdır? Məntiqi cavab isə yoxdur. Bu isə insanları ən pis versiya üzərində düşünməyə vadar edir- görünür bilinən güclərin görünməz əlləri armagedon axtarışındadır.

Bu qəbildən olan sualların cavabı üçün silsilə məqalələrimizi izləyə bilərsiniz.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...