THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Nabukko" – geosiyasi oyunların və psixoloji apatiyanın zavallı qurbanı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8246
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

"Nabukko” layihəsi, qəhrəmanları missiyasını yerinə yetirə bilməyən və süjeti sonsuz uzanan nağıla çevrilib. Son zamanlar ondan bəziləri siyasi məqsədləri üçün spekulyasiya obyekti kimi istifadə etməyə başlayıb. Bu keyfiyyətdə "Nabukko” nəinki həyata keçmək şansı olmayan enerji layihəsi təsiri bağışlayır, hətta qlobal enerji təhlükəsizliyinə təhdid halına gəlir. Bu layihəni siyasi və ideoloji aspektdə informasiya dövriyyəsində istismar edənlər bütövlükdə enerji sahəsində əməkdaşlığın təməl prinsiplərini sarsıtdıqlarının fərqində deyillər.

Mediada "Nabukko” haqqında ziddiyyətli fikirlər yer almaqda davam edir. Gerçək olanı budur ki, bu layihənin reallaşması üçün konkret addım atan yoxdur. Mediada verilən analizlərə görə, Almaniya bu məsələni siyasi-ideoloji spekulyasiya mövzusuna çevirib. Layihəni başlamaq üçün maliyyə qaynağını dəqiqləşdirmək əvəzinə, onu Azərbaycanın hesabına ucuz gəlir mənbəyinə çevirmək cəhdləri özünü göstərir. Buna rəsmi Bakıya müxtəlif siyasi, hüquqi və maliyyə məsələlərini bəhanə edərək təzyiq etməklə nail olmaq xülyasına düşənlər var. Almaniyanın RWE şirkətinin sahibi "bizə sərf edən şərtlərlə layihəni reallaşdıra bilərik” deyir və addım atmır. Layihədə iştirak etməli olan Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstan şirkətləri də məsələnin bu məqamında susurlar. Bunların əvəzində Avropanın müxtəlif qurumlarından Azərbaycana qarşı iddialar çoxalır. Problemin əsas tərəfi də həmin iddiaların məzmunu ilə bağlıdır.

Əslində, bu ssenarilər bizə keçən əsrin 90-cı illərindən tanışdır. Bakı-Tbilisi-Ceyhan neft layihəsinə qarşı Rusiya müxtəlif addımlar atdı, bəhanələr gətirdi. Lakin Heydər Əliyevin siyasi iradəsi bütün maneələri dəf etdi. İndi də Avropa "Nabukko”nu reallşadırmaq üçün siyasi iradə göstərmək əvəzinə, Azərbaycana qarşı siyasi məhbus, insan haqları, demokratik islahatlar və s. kimi ittihamlara baş vurur. Bütün Avropanın siyasətçiləri cəm halında Heydər Əliyevin siyasi qətiyyətini nümayiş etdirə bilmirlər. Səbəb nədir? Enerji təminatına getdikcə daha çox ehtiyac duyan və xarici siyasətində enerji təhlükəsizliyini ilk sıraya qoyan Avropa niyə əfəl davranır? Biz bunun iki səbəbini görürük.

Birincisi, Qərb cəmiyyətində islamofobiya baş alıb gedir. Azərbaycan Prezidenti İlham Əliyev bu psixoloji meylin siyasətə verdiyi zərərlər haqında dəqiq fikirlərini bildirib. İslamofobiya Qərb siyasi düşüncəsinə o dərəcədə nüfuz edib ki, artıq qlobal miqyasda yaratdığı təhlükələr aydın görünür. Ziqmund Freydin nəzəriyyəsinə görə, şüuraltı əsas hədəfini gizlətmək üçün süni bir obraz formalaşdırır və şüura məhz həmin obrazı ötürür. Məsələn, yuxuda şənlik mənzərəsi əslində ola biləcək kədərli hadisəni gizlətmək üçündür. Freydin bu yanaşmasına görə, İslama inkaredici münasibətin formalaşması səlibçiliyi gizlətməyin bir formasıdır. Müsəlman cəmiyyətlərinin inkişafı potensialı bu psixoloji apatıyanın işığında kimlərəsə təhlükəli görünür. "Nabukko”nu enerji ilə təmin edə biləcək və onun nəqli marşrutunda həlledici rol oynaya biləcək ölkələr İslam aləminə aiddir. Ona görə də Avropanın siyasi dəhlizlərindən layihə ilə bağlı konkret təkliflərin yox, "siyasi məhbus”, "insan haqları”, "söz azadlığı” və s. epitetləri informasiya məkanında dövriyyəyə buraxan gösətirşlərin sədası gəlir. Əlbəttə, bunları müşahidə edən sağlam düşüncə enerji layihəsini reallaşadırmaq əvəzinə kimlərisə ittiham etmək üsulunu konstruktiv dəyərləndirə bilmir. Lakin ikinci səbəb mövcud vəziyyəti daha dəqiq təsəvvür etməyə imkan verir.

İkinci səbəb Azərbaycanın müstəqil enerji siyasəti yeritməsini bəzilərinin həzm edə bilməməsidir. Bunun kökündə islamofobiyanın durduğuna şübhə etmirik. Azərbaycanın yerinə hər hansı xristian dövləti (məsələn, Ermənistan) eyni siyasəti yeritsə idi, Brüsseldən də, Vaşinqtondan da, Moskvadan da dəstək alardı. Azərbaycan regionun lider dövləti kimi enerji təhlükəsizliyini təmin etmək üçün özünün strateji maraqlarına cavab verən addımlar atır. Bunu ustalıqla, təmkinlə və ədalətli şəkildə edir. Azərbaycanın bu cür mövqeyindən qıcıqlanan bəziləri "Nabukko”da öhdəsinə düşənləri etmək əvəzinə həm bizim ölkənin hesabına qazanc əldə etmək istəyir, həm də informasiya məkanının "ekologiyasını pozaraq” dövlətimizin mənfi obrazını yaratmağa çalışır. Deyək ki, Avropa Şurası Azərbaycanla bağlı növbəti "siyasi məhbus” oyununa başlamağa cəhd edir. Bu oyun o qədər bivec və zəhlətökən məzmun kəsb edib ki, Avropa Şurası onu "idarə edə biləcək hakim” də tapa bilmir. Alman məruzəçi bu səbəbdən öhdəsinə götürdüyü işi başa çatdıra bilmədi.

Bütün bunların fonunda Azərbaycan tərəfinin bu terminin hamı üçün ortaq olan meyarlarını müəyyənləşdirmək tələbinə isə barmaqarası baxılır. Paralel olaraq, Ermənistan bütün bu proseslərin xaricində tutulur; ona hər hansı bir meyarı tətbiq etmək istənilmir. Əvəzində, qonşu dövlətlərdən Emənistanın xeyrinə nələrdəsə güzəşt etmək tələb olunur. Özü də bu, sürəkli baş verir.

Təbii ki, bir enerji layihəsini bu dərəcədə geosiyasi və ideoloji faktorlara bağlamaq xoş məşğuliyyət deyil. Lakin gerçəklik budur və onu biz yox, özünü dünyanın aparıcı kəsimi sayan ölkələr yaradırlar. Məhz onların əsassız iddiaları "Nabukko”nu enerji layihəsindən geosiyasi oyunların elementinə çevirir.

Məşhur fransız filosofu Qaşton Başlyar XX əsrin 30-cu illərində yazırdı ki, avropalıların psixologiyasında gerçəkliyin təhrif olunmuş obrazını yaratmağa meyl güclənib. Bunun səbəbini o, Avropanın özünü dünyanın mərkəzi saymağa başlamasında və kənardan gələnlərin yalan danışıqlarına avropalıların sadəlöhvcəsinə inanmalarında görürdü. Bu iki faktor avropalı psixologiyasında təhlükəli hakimi-mütləq və universal münsif iddiasına qida verirdi. Görünür, Q.Başlyarın bu ehtiyatlılığı əsassız deyilmiş. XX əsrin başlanğıcında Başlyarın tapdığı psixoloji apatiyanın bəzi xristian dairələrində ən yüksək həddə çatdığı müşahidə edilir.

K.Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...