THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri

ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri
15 sentyabr 2016

Çoxlarının böyük ümidlə gözlədiyi Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) müqaviləsinin imzalanması ciddi çətinliklərlə üzləşib. Vaşinqtonun 11 Asiya dövləti ilə Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanı (TPP) imzalamasından sonra TTİP-ə də ümidlər artmışdı. Lakin bu ilin iyun ayından başlayaraq Avropa siyasi liderlərinin verdikləri bəyanatlar reallığın bir qədər fərqli olduğunu göstərdi. Sənədin mətni KİV-də dərc ediləndən sonra Avropanın bir sıra ictimai təşkilatlarından da etiraz səsləri yüksəldi. İndi belə təəssürat var ki, Barak Obamanın prezidentliyi dövründə sazişin imzalanması ehtimalı minimuma bərabərdir. Hətta onun pozulması da mümkündür. Hərçənd, siyasətdə əvvəlcədən birmənalı proqnoz vermək faydalı məşğuliyyət deyil, ekspertlər konkret faktlar əsasında tərəflər arasında fikir ayrılığının ciddi olduğunu qeyd edirlər. Bu prosesin qlobal siyasətə təsiri məsələsi də çox maraqlıdır. Avro-Atlantika məkanında geosiyasi çatlarmı meydana gəlir?

Mərkəzi Asiyada yeni dönəm: "postKərimov'' mərhələsini nələr gözləyir?

Mərkəzi Asiyada yeni dönəm: "postKərimov'' mərhələsini nələr gözləyir?
07 sentyabr 2016

Uzun illər Özbəkistana rəhbərlik edən İslam Kərimovun həyatdan getməsi ilə Mərkəzi Asiyada ümumi siyasi mənzərənin ciddi dəyişə biləcəyi barədə proqnozlar verilir. Ekspertlər məsələyə ölkədaxili, regional və qlobal kontekstdə yanaşırlar. Müxtəlif ssenarilər irəli sürülür. Onların hər birində İ.Kərimovun həmin bölgənin sabitliyində əhəmiyyətli rol oynamış siyasi xadim olduğu vurğulanır. Məhz rəsmi Daşkəndin atdığı təsirli addımlar sayəsində 1992-ci ildən başlayaraq Mərkəzi Asiyada bir sıra təhlükəli proseslərin qarşısı alınıb. Ekspertlərin bundan sonra həm Özbəkistanda, həm də bütövlükdə Mərkəzi Asiyada geosiyasi proseslərin hansı məzmun kəsb edə biləcəyi barədə proqnozları maraqlıdır. Məsələyə münasibət fərqli olsa da, mümkün ssenarilərin təhlili göstərir ki, region üçün sabitliyin təmini yenə də prioritet məqsəd olmalıdır. Lakin hər şeyi zaman həll edir. Buna görə də fikirlərdə və proqnozlarda ehtiyatlı olmaq lazımdır.

Türk əsgəri Suriyada: terrora ağır zərbəyə beynəlxalq dəstək

Türk əsgəri Suriyada: terrora ağır zərbəyə beynəlxalq dəstək
26 avqust 2016

Suriya böhranının sürprizləri davam edir. Dünyanın və regionun böyük dövlətləri bu ölkədəki hadisələrə aktiv müdaxilə etməkdədirlər. Açığı deyilsə, indi Suriya bir bataqlığı xatırladır. Bir neçə ildir ki, ABŞ başda olmaqla Qərb dövlətləri, Rusiya, İran, Səudiyyə Ərəbistanı burada mübarizə aparırlar. Lakin hələ də konkret nəticə yoxdur, silahlı toqquşmalar səngimir və terror digər regionları da təhdid etməkdədir. Bu arada Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal hissəsində Azad Suriya Ordusuna güclü dəstək verməyə başlayıb. Artıq strateji əhəmiyyətli Cerablus şəhəri terrorçulardan təmizlənib. Ankara prosesin bütövlükdə bölgə İŞİD və PYD-dən tam təmizlənənə qədər davam edəcəyi haqqında informasiyalar yayır. Maraqlıdır ki, böyük dövlətlər Türkiyənin bu addımına elə də etiraz etməyiblər. Hətta Amerika, Fransa və Almaniya birmənalı Ankaranın yanında olduqlarını bəyan ediblər. Bunlarla yanaşı, ekspertlər Suriyaya əsgər göndərməyin ciddi riskli tərəflərinin də olduğunu vurğulayırlar. Proseslər necə sonuclana bilər?

Regionun təhlükəsizliyi: Azərbaycan rəhbərliyinin təşəbbüsləri işığında

Regionun təhlükəsizliyi: Azərbaycan rəhbərliyinin təşəbbüsləri işığında
24 avqust 2016

Cənubi Qafqaz dünyanın təhlükəsizlik aspektində ən həssas məkanlarından biri olaraq qalmaqdadır. İyul ayında Rusiyanın müdafiə nazirinin burada hərbi münaqişələrin mümkünlüyü barədə danışmasından sonra bu məsələyə ekspertlər daha çox diqqət yetirməyə başlayıblar. Etiraf olunur ki, bütövlükdə regionda geosiyasi və təhlükəsizlik sahəsində vəziyyət mürəkkəbdir, kifayət qədər dayanıqlı deyil. Buraya təbii ki, yaxın regionlarda müşahidə edilən geosiyasi silkələnmələr də təsir göstərir. O cümlədən Suriyadakı ağır durum və terror qruplarının geniş məkanlara nüfuz etmək cəhdləri bir sıra suallar yaradır. Bundan başqa, böyük dövlətlərin həyata keçirdiyi siyasət Cənubi Qafqaza öz təsirini göstərməkdədir. Ancaq bu da reallıqdır ki, vəziyyət, əsasən, Cənubi Qafqaz ölkələrinin özlərinin həyata keçirdiyi siyasətdən asılıdır. Qafqazın bu və ya digər ölkəsi nə cür siyasi xətt yeridir? Regionda sabitliyi təmin etmək istiqamətində konkret proqramlar həyata keçirilirmi?

Cənubi Qafqazda geosiyasət: Ermənistanın absurd iddiaları və gerçəklik

Cənubi Qafqazda geosiyasət: Ermənistanın absurd iddiaları və gerçəklik
23 avqust 2016

Son zamanlar Rusiya, Azərbaycan, İran və Türkiyə arasında intensiv müzakirələr gedir. Bu ölkələr əməkdaşlığın yeni imkanlarını axtarırlar. Bakıda Rusiya, İran və Azərbaycan rəhbərlərinin, Sankt-Peterburqda isə Türkiyə və Rusiya prezidentlərinin görüşü bu aspektdə ümidverici məqamların mövcudluğunu təsdiqləyib. Bu görüşlərdən sonra Moskvada Vladimir Putinin Serj Sarkisyanla apardığı danışıqlar daha çox rəmzi xarakter daşıyıb. Çünki burada hər hansı yeni əməkdaşlıq məqamı haqqında razılığın əldə edildiyi müşahidə edilməyib. Onlar ənənəvi cümlələrini təkrar söyləyiblər. Erməni mətbuatı bu hadisələrə müəyyən reaksiya verib. Aparılan təhlil göstərir ki, İrəvan qeyri-müəyyənlik içindədir və özünün geosiyasi proseslərdən kənarda qalmasına ağrılı reaksiya verməkdədir. Bunun fonunda ermənilər absurd iddialar irəli sürür və demək olar ki, hər kəsdən narazılıqlarını ifadə edirlər. Bütün bunlar əbəsdir, çünki Ermənistanı yalnız gerçəkliyi nəzərə alan xarici siyasət xilas edə bilər.

Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri

Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri
16 avqust 2016

Hazırda analitik və ekspertlər qlobal geosiyasi nizamın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Son illər bir sıra dairələrdə belə bir fikir qərarlaşıb ki, artıq liberal nizam iflasa uğrayır və onun perspektivi yoxdur. Bunun əvəzində, sürətlə inkişaf edən bəzi dövlətlərin diqtə etdiyi yeni beynəlxalq münasibətlər sistemi formalaşa bilər. Onun əsas cəhətləri qarşıdurma şəraitində olan müxtəlif blokların mövcudluğu, ABŞ-ın lider olmadığı geosiyasi mühit, ayrı-ayrı regionlar arasında rəqabətin şiddətləndiyi tarixi mərhələnin reallığı olacaqdır. Lakin əksər analitiklərin qənaətinə görə, bu cür qiymətləndirmə yanlışdır. Hələlik ciddi səviyyədə liberal dünya nizamına alternativ sistem formalaşmayıb. Bundan başqa, XX əsrin liberal nəzəriyyələri ilə qlobal liberal nizam arasında fərqlər vardır. Bu kontekstdə həm də Amerikanın hegemonluğu ilə liberal nizamı eyniləşdirmək olmaz. Bütün bu səbəblərdən dünyanın yeni liberal düzəninin formalaşdırılmasından danışmaq daha konstruktiv görünür.

Geosiyasi proseslərin Şərqə doğru "dəyişməsi": üç ölkədə baş verənlər prizmasından

Geosiyasi proseslərin Şərqə doğru "dəyişməsi": üç ölkədə baş verənlər prizmasından
04 avqust 2016

Türkiyə, Ermənistan və Qazaxıstanda bir-birinin ardınca təhlükəli proseslər baş verdi. Hər üç ölkədə qan töküldü. Türkiyədə bunun miqyası daha geniş idi. Ermənistanda 2, Qazaxıstanda isə 3 hüquq-mühafizə orqanı işçisi həlak oldu. Bu hadisələrin hər birində rəsmi orqanlara qarşı silahlı hərəkətlər müşahidə edildi. Türkiyədə hərbi çevrilişdən bəhs edilirsə, Ermənistanda buna hazırlıqdan danışır, Qazaxıstanda isə terror dalğasının vüsət ala biləcəyindən ehtiyatlanırlar. Rusiya hakimiyyətinin də narahatlıqları vardır. Kreml bunu rəsmi olaraq ifadə edib. Ölkənin sərhədləri yaxınlığında qeyri-müəyyən vəziyyətin yaranmasının mümkün fəsadlarından ehtiyat edirlər. Bu prosesləri birləşdirən ümumi məqamlar mövcuddurmu? Onların geosiyasi çalarları haqqında nə demək olar?

BMT və qloballaşma: "humanitar müdaxilə"lər fonunda yeniləşmə imkanları

BMT və qloballaşma: "humanitar müdaxilə"lər fonunda yeniləşmə imkanları
01 avqust 2016

Çox vacib beynəlxalq təşkilat olduğuna şübhə olmayan Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal siyasətdəki rolunun səmərəliliyinin yüksəldilməsi zərurəti ilə bağlı xeyli tədqiqatlar aparılır, kitablar, məqalələr dərc olunur, fərqli, hətta bəzən bir-birinə zidd olan ideyalar da irəli sürülür. Bu zaman təşkilatın funksiyalarının müqayisəli təhlili məsələsi aktuallaşır. O cümlədən BMT-nin dünyada sabitlik yaratmaq üçün tətbiq etdiyi mexanizmlər barədə fikirlər irəli sürülür. Məsələn, son dövrlərdə haqqında daha çox danışılan "humanitar müdaxilə"nin mahiyyəti, funksional özəllikləri və hədəflədiyi məqamlar haqqında maraqlı fikirlər ifadə edilir. BMT-nin bu üsuldan nəyə görə heç də həmişə səmərəli istifadə edə bilmədiyi üzərində düşünülür. Bu kontekstdə fərqli bir aspektdə BMT-də islahatların aparılması formasının müzakirələrə açıq olması ehtiyacı hiss edilir. Burada cavablardan çox sualların olduğu görünür.

Cənubi Qafqazda geosiyasi risklər: mənbəyi və aradan qaldırılması problemi

Cənubi Qafqazda geosiyasi risklər: mənbəyi və aradan qaldırılması problemi
26 iyul 2016

Mütəxəssislər dünyanın müxtəlif regionlarında mövcud olan geosiyasi riskləri tədqiq edir, onların olduqca aktual olduğunu daim vurğulayır, bu müstəvidə risklərlə təhlükə və təhdidlərin qarşılıqlı əlaqəsinə böyük diqqət yetirirlər. Nəzəri cəhətdən müəyyən edilib ki, təhlükələrin təhdidə çevrilməsi ilə geosiyasi risklərin meydana gəlməsi arasında sıx bağlılıq vardır. Bu çərçivədə Cənubi Qafqazda əsas təhlükə mənbəyinin nədən ibarət olduğu və onun geosiyasi risk faktoruna necə təsir etdiyi nəzəri və təcrübi maraq doğurur. Araşdırmalar göstərir ki, bu region üçün əsas təhlükə Ermənistandır. Konkret olaraq onun təcavüzkar siyasəti geosiyasi təhdidlər yaradır və bölgədə risklər əmələ gətirir. Bu zaman region üçün paradoksal bir məqam özünü göstərir – Ermənistan milli dövlət ola-ola regionda milli dövlətçiliyə ciddi təhlükə və risk mənbəyi olaraq qalır. Bunun hansı mümkün nəticələri ola bilər?

Qlobal strateji sabitlik: Rusiya-Çin müzakirələrinin yeni səhifəsi

Qlobal strateji sabitlik: Rusiya-Çin müzakirələrinin yeni səhifəsi
22 iyul 2016

Rusiyanın dövlət başçısı Vladimir Putinin Çinə son ziyarətinə dünya KİV-i böyük maraq göstərib. Müxtəlif şərhlər verilir, müsbət və mənfi tərəflər analiz edilir. Bütövlükdə danışıqların uğurlu olduğu vurğulanır. Bununla yanaşı, iki ölkə arasında inteqrasiyada bir sıra ciddi problemlərin mövcudluğu da qeyd edilir. Tərəflər arasında 30 müqavilə imzalanıb. Onlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi, ticari, enerji və təhlükəsizlik sferalarında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi qərara alınıb. O cümlədən qlobal strateji sabitliyi möhkəmləndirmək istiqamətində birgə fəaliyyət göstərməyin zəruriliyi vurğulanıb. Rusiya və Çin Avrasiya İqtisadi İttifaqı (Aİİ), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək qərarına gəliblər. Mütəxəssislər bunu əhəmiyyətli sayırlar. Onun reallaşması məsələsi isə başqa mövzu kimi qeyd olunur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...