THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ukrayna, Gürcüstan və Moldova assosiasiya sazişini imzaladı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3779
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 iyun 2014 – Newtimes.az

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) fövqəladə sammitində Ukrayna, Gürcüstan və Moldova bu ittifaqla assosiasiya sazişini imzalayıb.

Gürcüstanı sammitdə baş nazir İrakli Qaribaşvili təmsil edib.

Tbilisidə ölkənin Aİ ilə assosiasiya sazişini imzalamasını təntənəli konsert və atəşfəşanlıqla qeyd edirlər. Gürcüstan ümid edir ki, bu saziş ölkəyə ən böyük, stabil və alıcılıq qabiliyyəti ilə fərqlənən bazara tariflərsiz və kvotasız sərbəst çıxış imkanı verəcək.

Moldova tərəfindən isə sazişi imzalamaq üçün baş nazir Yuri Lyanke Brüsselə gedib. Şərq hissəsində müharibə gedən Ukraynanı isə prezident Pyotr Poroşenko təmsil edib.

Poroşenko Ukrayna ilə Aİ arasında assosiasiya sazişinin iqtisadi bloka aid sənədlərinə imza atıb. Hələlik sazişin siyasi hissəsi razılaşdırılmayıb. Assosiasiya sazişi Aİ ilə bu ölkələr arasında azad ticarəti nəzərdə tutur.

Assosiasiya sazişi Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsünə daxil olan ölkələrə, o cümlədən Azərbaycana təklif edilmişdi.

Azərbaycan əvvəlcədən bu sazişdən imtina etdi və Aİ ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərində maraqlı olduğunu bildirib. Ukraynanın keçmiş hakimiyyəti assosiasiya sazişini paraflamağa yaxın olduğu bir vaxtda qərarını dəyişdirdi və Avropaya inteqrasiya prosesini təxirə salmaq barədə qərar verib.

Bu qərar ölkədə güclü etiraz aksiyalarının başlamasına səbəb oldu və aylarla davam edən Maydan hərəkatı qanlı toqquşmalara, prezident Yanukoviçin devrilməsinə, daha sonra Rusiya tərəfindən Krımın ilhaqına və Ukraynanın şərqində silahlı separatçı hərəkatın baş qaldırmasına səbəb olub.

Ukraynanın yeni hakimiyyəti bütün bunlara baxmayaraq Aİ ilə assosiasiya sazişini imzalamağa qərar verib.

Qərbyönümlü siyasi kursuna görə cəzalandırılan, Cənubi Osetiya və Abxaziya bölgələrinin faktiki olaraq Rusiyanın nəzarətinə keçməsi ilə nəticələnən 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan da bu yoldan dönmədi. Bu dəfə Rusiya Gürcüstanın Aİ ilə assosiasiya sazişi imzalamasına ciddi maneə törətmədi.

Moldova isə Avropaya inteqrasiya kursuna görə separatçı Dnestryanı bölgənin Rusiyaya birləşməsi riski və Qaqauz muxtar bölgəsində də Rusiyaya birləşmək çağırışlarının artması ilə üzləşib. "Şərq tərəfdaşlığı"na qoşularaq Avropa ilə azad ticarət zonasına daxil olmağa qərar verən ölkələrin faktiki olaraq hamısı bunun əvəzini ərazilərinin bir hissəsinin itirilməsi ilə ödəməli olublar.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...