THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə ermənilərin mövqeyi – Ərəb oyanışından sonra

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16158
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Hazırda Ərəb dünyasında baş verən proseslər bütün dünya ictimaiyyətini ciddi maraqlandırır və bu hadisələrin qlobal geosiyasətdə yeni trendlərə təkan verəcəyi heç şübhəsizdir. Hadisələrin səbəbləri barəsində müxtəlif fikirlər mövcuddur. Region ölkələrinin demokratik dəyişikliklər tələbindən tutmuş Qərbin yeni bazarlar uğrunda mübarizə planına qədər ideyalara rast gəlirik.

Biz Yaxın Şərqin dünya geosiyasətində mühüm regionlardan biri olduğunu nəzərə alaraq, baş verən hadisələrin yeni dünya nizamının yaratdığı tələblərdən irəli gəlməsi qənaətindəyik.

Bu hadisələri əvvəlcədən təxmin etmək üçün isə ABŞ-ın 43-cü Prezidenti Corc Buşun 2003-cü ildə irəli sürdüyü "Böyük Orta Şərq” konsepsiyasını xatırlamaq lazımdır. Bu konsepsiyaya görə, Qərbdə Mərakeşdən Şərqdə Pakistana, Şimalda Türkiyədən Cənubda Sudana qədər böyük bir ərazini əhatə edən regionda ABŞ-ın strategiyası "beynəlxalq terror” adlandırdığı düşmənlə mübarizə, Orta Asiyadan körfəz bölgəsinə qədər uzanan neft mənbələri üzərində idarəçilik, yeni dünya güc mərkəzlərini (Çin, Rusiya və Hindistan) neytrallaşdıraraq islam dünyasında nüfuz sahibi olmağa yönəlmişdir.

Böyük Orta Şərq regionunda Qərb əleyhdarlarının getdikcə artması, Çin və Rusiya kimi dövlətlərin iqtisadi mövqelərini gücləndirməsi proseslərin bu məcraya döndərilməsinə təkan verdi. Region ölkələrində demokratikləşmə inqilabları isə Qərbin müttəfiqi olub-olmamağından asılıdır. Yəni, bu proseslər Qərbin müttəfiqi olmayan və ya onun təsir dairəsindən çıxmağa çalışan ölkələrə şamil edilir. Qərb tərəfdarı olub, ancaq demokratik prosesləri ümumiyyətlə nəzərə almayan dövlətlərin isə indiki mərhələdə ərəb oyanışının qurbanı olmayacağı güman olunur.

Digər bir xüsusi məqam proseslərin silsilə xarakteri daşıması və domino effekti təsiri bağışlamasıdır. Əksər ekspertlər proseslərin Tunisdən başlandığını Liviya-Misir-Yəmən-Suriya marşrutu üzrə davam etdiyi fikrindədirlər. Lakin, bizim qənaətimizcə, ilk hədəf Sudan olmuşdur. Afrikanın ən böyük dövlətinin bölünməsinin gizli səbəbləri arasında Sudanın əksər iqtisadi layihələrdə Qərbin əsas rəqibi olan Çinlə əməkdaşlığını göstərmək olar. Çinin maraqlarının Afrikada zərərsizləşdirilməsi Sudanın parçalanmasına səbəb olsa da, bu ölkənin taleyi hələ də tam müəyyənləşməmişdir.

ABŞ-ın Böyük Orta Şərq adlandırdığı region ölkələrində baş verən hadisələrin özünəməxsus bir xüsusiyyəti də qeyd edilməlidir. Hadisələr kənar müdaxilə hesabına cərəyan etsə də, tam idarə oluna bilmir. Proseslər olduqca sürətlidir, xarici qüvvələrin və daxildəki oyunçuların məqsədləri və əldə etdikləri çox zaman fərqli olur. Hətta proseslərin əks-effekt verəcəyini, Qərbin maraqlarının əleyhinə çevrilə biləcəyini belə gözləmək olar.

Bəzi ölkələrdə radikal islam tərəfdarlarının hakimiyyətə gəlməsi ehtimalının Qərbin planlarına uyğun gəlmədiyi artıq görünür. Real mənzərə onu göstərir ki, Qərbin ərəb ölkələri ilə planlarında hakimiyyətdə olan rejimlərlə sıx əməkdaşlıq edən yerli xristian icmaları nəzərə alınmamışdır. İraq, Misir və Suriyada bu proseslər özünü daha qabarıq göstərir.

Bütün bunların fonunda regionda baş verən hadisələrə Yaxın Şərq ölkələrində yaşayan ermənilərin tutduğu mövqe maraqlıdır. Yaxın Şərq erməni diasporasının ən güclü olduğu regionlardan biridir, onlar bu ölkələrdə güclü iqtisadi və lobbi qüvvəsinə malikdirlər.

Erməni diasporunun internet məlumatlarına istinadən regionda təxminən 500 000-dən 1 milyonadək erməni yaşayır və ən böyük icmaları Suriya, Livan və İrandadır. İraq, Misir və Türkiyədə, eləcə də İsraildə - Yerusəlimdə yaxşı təşkilatlanmış erməni icması mövcuddur. Ermənilər bu ölkələrdə milli və ya dini azlıq kimi təmsil olunurlar və müvafiq imtiyazlardan yararlanırlar. Suriya, Livan, İran parlamentlərində və hökumətlərində (Livan) öz təmsilçiləri var.

Xüsusi qeyd etməliyik ki, ermənilər dini əqidədən siyasi məqsədlər üçün məharətlə istifadə edirlər. Livanın konfessional tarazlıq sistemində ermənilər qriqoryan, katolik, protestant, evangelist dini əqidə daşıyıcısı olaraq ayrı-ayrılıqda təmsil olunmaq hüququna malikdirlər. Bu ölkədə milli deyil, dini azlığın təmsilçisinə verilən imtiyazlar ermənilərin dini sektalara bölgüsünü şərtləndirən başlıca amildir. Dünyada bəlkə də ikinci bir millət tapmaq mümkün deyil ki, bu qədər dinə xidmət etmiş olsun. Məsələnin mahiyyətində isə siyasi ambisiyalar durur.

Yaxın Şərqdə ermənilər tarix boyunca hər zaman xəyanətkar rolunu oynamış, öz xristian hamilərinin maraqlarına xidmət etmişlər. Hələ səlib yürüşləri zamanı ermənilər himayəsində yaşadıqları türklərə və birgə yaşadıqları ərəblər başda olmaqla digər müsəlmanlara xəyanət edərək, səlibçilərin tərəfində vuruşmuşlar. Səlibçilərin qalalara hücumu zamanı qala-şəhərlərin içərisində yaşayan ermənilərin şəhəri (Edessa, Antioxiya) təslim etməsi ilə bağlı onlarla faktlar var.1

Beləliklə, ermənilər tarixən xəyanətkar xalq olaraq tanınmışlar. Səlib yürüşləri qurtardıqdan sonra onların bu torpaqlarda rahat yaşaya bilməsi isə türklərin tolerantlığı və ümumilikdə müsəlmanların bağışlaya bilmək hissi ilə əlaqədardır.  

Hazırda davam edən Ərəb oyanışı proseslərində də ermənilərin mövqeyi dəyişməmişdir. Suriyanın siyasi mənzərəsində ermənilər özlərini neytral göstərməyə çalışsalar da, əslində vəziyyət fərqlidir.  

Suriyada əhalinin cəmi 11%-ni təşkil edən ələvilər hakimiyyətdədirlər və cəmiyyətdə üstün mövqelərə yiyələnmişlər. Çoxluq təşkil edən sünnilər rejimin əleyhdarıdırlar. Belə bir mühitdə ələvilərin əsas müttəfiqləri digər bir azlıq qrup olan xristianlardır (10%). Əhalinin sünni olmayan qrupları rejimin devrilməsinin onlara xeyir gətirməyəcəyini bilir, Suriyanın Misir, Liviya, Tunis kimi dünyəvilikdən islamlaşmağa yönələcəyindən ehtiyat edirlər. Bu baxımdan Suriyanın dini azlıqları əsasən Bəşər Əsəd rejimini dəstəkləyirlər.2 Bununla belə müxalifət sıralarında da onların, hətta ələvilərin özlərinin belə nümayəndələri var.

Hazırda Suriyada təxminən 200 minə yaxın erməni yaşayır. 1928-ci ildən başlayaraq ermənilər Suriya Parlamentində daimi təmsil olunurlar. Əsəd rejimi altında ermənilər öz icma mühiti daxilində, kifayət qədər sabit həyat sürürlər və icma üçün çox da xarakterik olmayan miqrasiya başlıca olaraq iqtisadi səbəblərə dayanır.

Hökumət əleyhinə çıxışlar başlayandan erməni diasporu bitərəf qalmaq görüntüsü yaratsa da, əsasən rejimi dəstəkləyirlər. Erməni diasporunun əsas nəşrlərindən olan "Armenian weekly”nin  məlumatına görə faktiki olaraq ermənilər Əsəd rejiminə öz dəstəklərini hökumət tərəfdarı mitinqlərdə iştirak etməklə və bəziləri Suriya xüsusi xidmət orqanlarına işləməklə göstərirlər.3

 Ölkədəki erməni icmasının ictimai-siyasi təşkilatlarından heç biri baş verən hadisələrlə əlaqədar hökumət qarşısında məsələ qaldırmamış və qəti mövqe bildirməmişlər. Hətta xristianların ən çox yaşadığı ikinci şəhər olan Homsda hökumət ordusu əməliyyatlar keçirəndə belə ermənilər öz həmşəhərlilərinin müdafiəsi ilə bağlı heç bir ictimai mövqe bildirmədilər.

Suriya Milli Şurasında sünnilər, ələvilər, xristianlar, druzlar, assuriyalılar, kürdlər, qafqaz əsillilər qrup olaraq iştirak edirlər, ermənilər isə bir qrup kimi təmsil olunmurlar. Erməni icmasını passiv qalmaqda şərtləndirən iki başlıca faktor var: digər ərəb ölkələrində, xüsusilə Misir və İraqda baş verən dəyişikliklərdən sonra xristianlara qarşı münasibətin pisləşməsi və müxalifəti təmsil edən Suriya Milli Şurasının Türkiyə ilə yaxınlığı.

Ermənilər hazırkı rejimin yanında olmağı və mövcud sosial imtiyazlardan faydalanmağı üstün tuturlar. Çünki Müsəlman qardaşları və ya radikal sünni müsəlman qrupların hakimiyyətə gəlməsi ilə bu imtiyazlar da əldən çıxa bilər. Fikrimizcə, məhz bu səbəblərdən hələlik ermənilər müxalif düşərgədə təmsil olunmaqdan çəkinirlər.  

Lakin hadisələrin belə axarı və ermənilərin ölkədə gələcəyi artıq onları narahat edir. Suriya erməni icmasının gələcəyi ilə bağlı onların əsas düşüncəsi belədir ki, "Hökumət tərəfdarı və ya əleyhdarı olaraq siyasi proseslərdə iştirak erməni icmasının gələcəyini təmin etmək üçün vacibdir.

Ermənilər icma olaraq öz talelərini nə hazırkı iqtidara, nə də müxalifətə bağlamamalıdırlar. Münaqişənin hər iki tərəfində iştirak etmək ermənilər üçün güclü siyasi strategiya olardı və bununla da özlərini siyasi proseslərə inteqrasiya edər və erməni icmasının maraqlarının cəmiyyətdə nəzərə alınmasına nail olarlar.

Digər milli azlıqlar, xüsusilə kürdlər və assuriyalılar artıq bu strategiyanı tətbiq edirlər. Onların hökumət əleyhinə proseslərdə iştirakı müxalifətin onların milli azlıqlarla bağlı tələblərini qəbul etməsinə və Suriya Milli Şurasını yeni konstitusiya layihəsinə xüsusi müddəalar salmasına təhrik etmişdir”.4

Yaxın Şərqdə ermənilərin təklif olunan ikili siyasət yeritməsi artıq Livan təcrübəsində öz təsdiqini tapmışdır. Ölkənin siyasi həssaslığını nəzərə alaraq 1932-ci ildən əhalinin tərkibi ilə bağlı heç bir rəsmi statistikanın aparılmadığı Livanda qeyri-rəsmi statistikaya görə 250 000 nəfər erməni mənşəlidir və onlar ümumi əhalinin 4%-ni təşkil edir. Bu ölkədə ermənilərə Parlamentdə 6 yer və hökumətdə 2 nazir vəzifəsi ayrılmışdır. Livan Hökuməti tərəfindən rəsmi olaraq 3 erməni dini məzhəbi ölkədə yaşayan dini sekta kimi tanınır: erməni qriqoryan, erməni katolik və erməni evangelistlər.

Livanda erməni siyasi partiyaları hakimiyyətə gələn qrupu müdafiə etməsi ilə tanınırlar. Əsas erməni partiyaları Daşnaksütun, Hnçak və Ramgavardır. Livanda Vətəndaş müharibəsi zamanı ermənilər hər tərəfə yarınmaq istəyirdilər. Həm bitərəf görünənlər, həm də vuruşan qrupların hər iki düşərgəsində iştirak edən erməni siyasi qüvvələri var idi.

Erməni İnqilab Federasiyası (Daşnaksütun partiyası) şiə Hizbullah və Xristian Azad Vətənpərvər Hərəkatını təmsil edən düşərgənin tərəfdarı idi. Demokratik-Liberal (Ramgavar) və Sosial-Demokrat (Hnçak) partiyaları isə sünnilərin Gələcək Partiyası və Maronit Livan Qüvvələrinin birləşdiyi düşərgədə idi. ASALA erməni terror təşkilatı da müharibənin əsas iştirakçılarından biri olmuş, sağçı qüvvələrə qarşı radikal livanlı və fələstinli qruplarla müttəfiqlik etmişdir.

Müxtəlif düşərgələrdə olmasına baxmayaraq erməni partiyaları daim öz aralarında əlaqə saxlayırlar. Bununla da onlar hakimiyyətdə kimin olmasından asılı olmayaraq öz maraqlarını təmin edə və təmsil oluna bilirlər. Münaqişənin aqibəti ermənilərin siyasi strategiyasında həlledici rol oynamamışdır.

Ermənilərin ikili siyasəti İraqda da özünü göstərmişdir. Məlum olduğu kimi, ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxilə ərəfəsində ölkədəki xristianların nümayəndələri, xüsusən də ermənilər ölkədə dini zəmində təqiblərə məruz qaldığını bildirir və köməklik göstərilməsini xahiş edirdilər.

Onlar xarici qüvvələrə xidmət etmək və bununla da daha çox imtiyaz qazanmaq istəyirdilər. Lakin sonrakı hadisələr göstərdi ki, ssenarini sona qədər hesablaya bilməmişlər. Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə xristianlara  qarşı cəmiyyətin bir aqresiyası yarandı və nəticədə xristianların kütləvi köçü başlandı. Hərbi müdaxilədən əvvəl 18 000-lik erməni icmasının da ən azı 3-4 mini ölkəni tərk etdi, qalanları isə böyük tərəddüd içərisindədir. Eyni zamanda İraq presedenti hazırda Suriya erməniləri üçün çəkindirici nümunədir.

Ermənilərin Liviyadakı hadisələrdə iştirakı ilə bağlı da məlumatlara rast gəlinir. Liviyada üsyançıların silahlandırılması məqsədilə Moldovadan Benqaziyə Ermənistan qeydiyyatlı təyyarə ilə silah daşınması faktı ortaya çıxanda ermənilərin bu ölkədə baş verənlərdə izi göründü.

Qərbin ədalətli dünya çağırışı qarşısında ermənilərin qanunsuz silah ticarətinə göz yumması isə paradoksal görünür. Ermənilər Yerusəlimdə də ara qarışdıran rolu oynayırlar. Qüdsdə Müqəddəs Məqbərə Kilsəsində hər il erməni keşişlər digər xristian icmaların nümayəndələri ilə problem yaradır, dava-dalaş salırlar.

Beləliklə, Yaxın Şərq regionunda ermənilər öz ənənəvi mövqeyindədirlər. Sədaqət nə olduğunu bilməyən bu xalq hərdən bir qütbə meyllənir. Kimə xidmət etmələrindən asılı olmayaraq öz maraqları naminə bütün qütbləri təmsil edən ermənilər hər kəsi satmağa hazırdırlar. Hər zaman böyüklərin əlində alət olan ermənilər yeri gələndə hamını qurban verməyə hazırdırlar. Yaxın Şərqdəki proseslərdə də, onların bu mövqeyi özünü göstərir.

 İstifadə olunan mənbələr:

1. Кэрол Хилленбранд. Крестовые походы. Взгляд с востока мусульманская перспектива. Москва. 2008.

2. Kurt J. Werthmuller Research Fellow, Hudson Institute Center for Religious Freedom/ Setting Up Triage in Syria: Strategies to Save a Struggling Nation’s Minorities/ 28 mart 2012

3. Nanore Barsoumian. Between a rock and a hard place: the Armenians in Syria. February 16, 2012. http://www.armenianweekly.com

4. Syrian revolution and future of the Armenian community – Filor Nigoghosian

March 8, 2012. http://www.syrian-christian.org

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...