
Bakı, 19 dekabr 2013 – Newtimes.az
Kimyəvi silahın qadağan edilməsi üzrə təşkilat (KSQT) Suriyadan təhlükəli silahın çıxarılması prosesində ləngiməni istisna etmir. Bu barədə KSQT-nin baş direktoru Əhməd Üzümçüyə istinadən ''Reuters'' agentliyi xəbər verir.
Üzümçü təşkilatın İcraiyyə Şurasının üzvləri qarşısında çıxış edərkən deyib: "Təhlükəsizlik, klirinq prosedurları, hətta pis hava şəraiti ilə əlaqədar bir sıra çətinliklər qrafikimizi poza bilər. Ona görə də kimyəvi silahın çıxarılması prosesində ləngimə istisna edilmir. Lakin ilk növbədə ən təhlükəli kimyəvi maddələrin ilin sonunadək ölkə ərazisindən çıxarılması üçün KSQT və BMT bütün səyləri göstərir".
Təşkilatdan həmçinin bildiriblər ki, planda kimyəvi silahın məhv olunması tarixində heç bir dəyişiklik edilməyib. Suriyanın ən təhlükəli kimyəvi silahının məhv edilməsi gələn il martın 31-nə, daha az təhlükəli kimyəvi maddələrin məhv edilməsi isə iyunun 30-na planlaşdırılıb.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...