THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda radikalizm: reallıq və təbliğat

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
27861
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 noyabr 2013 – Newtimes.az

Dünyanın müxtəlif regionlarında radikal qruplaşmaların fəal olduğu məlumdur. Onlar əsasən terror vasitəsi ilə ixtilaflar yaradırlar. Hazırda bu proses Yaxın Şərqdə özünü daha çox göstərir. Mütəxəssislər həmin tendensiyanın başqa regionlara da sirayət edə biləcəyini proqnozlaşdırırlar. Lakin bu zaman heç də həmişə obyektiv mövqedən çıxış etmirlər. Xüsusilə, Cənubi Qafqazda radikalizmə dəstək verən real qüvvələr nədənsə kölgədə qalır. Onlardan bəhs edilmir. Niyə?

Geosiyasi maraqlar və dini radikalizm

Qərbin siyasi dairələrində Cənubi Qafqazda radikalizm təhlükəsinin artacağından ehtiyat etməyə başlayıblar. Bu günlərdə ABŞ-da həmin mövzuya aid beynəlxalq konfrans keçirilib. Ancaq tədbir iştirakçıları məsələni ''İslam radikalizmi təhlükə mənbəyi kimi'' aspektində qabardıblar. Aparılan müzakirələrdə də məhz bu tendensiyanın qarşısının alınması istiqamətində tezislər irəli sürülüb (bax: Ариэль Коэн. Южный Кавказ, радикализм и интересы США / ''США-Россия: глобальныйконтекст'', 18 oktyabr 2013).

İlk baxışdan xeyirxah görünən bu kimi tədbirlər reallıqda başqa bir təhlükədən xəbər verir. Problemin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda radikalizm heç də dini mənsubiyyətlə əlaqəli deyil. Burada hər şeydən əvvəl qlobal miqyasda gedən geosiyasi prosesləri və böyük dövlətlərin həyata keçirdiyi ikili standartı diqqətə almaq gərəkdir.

Əvvəla, mütəxəssislər dünyada milliyyətçiliyin kütləvi surətdə genişləndiyini vurğulayırlar. Corctaun Universitetinin təhlükəsizlik məsələlərini öyrənən mərkəzinin və Brukinqs İnstitutunun elmi əməkdaşı Pol Pillar ''The National Interest'' jurnalında dərc edilən məqaləsində müasir dövrü ''milliyyətçilik mərhələsi'' adlandırıb (bax: Paul R.Pillar. The Age of Nationalism / ''The National Interest'', 1 sentyabr 2013).

O, bu tendensiyanın ilk növbədə dünyanın böyük dövlətlərində gücləndiyini yazır. Konkret olaraq ABŞ, Rusiya, Çin, Yaponiya, Aİ-yə üzv olan güclü ölkələrə işarə edir. Bunların hər birində milliyyətçiliyin öz məzmunu var. Məsələn, Amerikada bu, ''amerikan müstəsnalığı'', Rusiyada ''rus milliyyətçiliyi'', Çində isə ''mütləq dövlətçilik'' formalarında özünü göstərir. Mahiyyətdə isə onların hər biri özünü digərlərindən üstün hesab etmək əsasında başqalarına dözümsüz münasibəti ifadə edir (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, qlobal miqyasda böyük geosiyasi güclər öz maraqlarını daha amansız və güzəştsiz qaydada təmin edirlər. Bu da təbii ki, siyasətdə radikalizmi və ikili standartı gücləndirir.

Məhz həmin müstəvidə P.Pillar məqaləsində müxtəlif regionlarda baş verən hadisələrə böyük dövlətlərin münasibətini izah etməyə çalışır. Orada meydana gələn ziddiyyətli məqamlarda bu cür yanaşmanın nəticələrini axtarır. Məsələn, Qafqazda (''İsrailə miqrasiya edənlərin sovet vətəndaşı kimi qafqazlılara ümumi neqativ münasibəti vardır'') və Yaxın Şərqdə (''ortaq Fələstin-İsrail dövləti ideyası hər iki tərəfin güclü milli hisslərinə uyğun gəlmir'') bu siyasətin acı nəticələri məlumdur (bax: əvvəlki mənbəyə). Daha ümumi səviyyədə isə P.Pillar vurğulayır: ''Amerikan siyasi dairələri həmişə ABŞ-ın fəaliyyətinin kimlərinsə milli duyğularını yaralaya biləcəyinin fərqində olmalıdırlar. Bu əsasda cavab reaksiyalar ola bilər'' (bax: əvvəlki mənbəyə).

Bu misallar hansı gerçəkliyi ortaya qoyur? Hər şeydən əvvəl dünyanın müxtəlif regionlarında müşahidə edilən radikalizmdə böyük dövlətlərin yeritdikləri siyasətin ziddiyyətləri ciddi rol oynayır. Heç bir dini dözümsüzlüyə haqq qazandırmadan onu vurğulamaq lazımdır ki, radikal dini reaksiyalar əksər hallarda məhz həmin siyasətə olan reaksiya təsiri bağışlayır. Bir çox mütəxəssisin araşdırmaları da göstərir ki, hazırda dini pərdə altında fəaliyyət göstərən terrorçu təşkilatları böyük dövlətlərin xüsusi xidmət orqanları yaradıblar. Onlara istiqamət verir, hərbi təlimlər keçirlər. Bu kimi faktlardan dünya KİV-də dəfələrlə yazıblar.

Təhlükəli planların ''arxa cəbhəsi''

Bunlardan belə nəticə alınır ki, Cənubi Qafqazda dini radikalizm təhlükəsindən və ona ola biləcək reaksiyalardan danışmağa başlayıblarsa, hansısa planlar hazırlana bilər. Çünki adətən əvvəlcə təhlükənin mövcudluğunu sübut etməyə çalışırlar, sonra isə ''ona qarşı mübarizə aparırlar''. Burada bir mühüm məqamı da vurğulamağa ehtiyac görürük.

Neçə illərdir ki, Cənubi Qafqaz erməni radikalizmindən əziyyət çəkir. Ermənistan dövlət olaraq bütün qonşularına qarşı ərazi iddiaları irəli sürüb. Bunun fonunda erməni terrorizmi minlərlə insanın həyatına son qoyub. Bu proses indi də davam edir. Rəsmi İrəvan əsas olaraq dini müstəvidə radikal çağırışlar edir. Öz əhalisini regionda yaşayan müsəlmanlara qarşı qaldırır. Lakin bunlar haqqında nədənsə Qərbdə danışan yoxdur. Analitik və ekspertlər də Cənubi Qafqazda dini radikalizmdən bəhs edəndə həmin məqam nədənsə yada düşmür.

Bunun əvəzində son zamanlar Rusiyada milli zəmində ixtilaflar yaradılmasına cəhdlər açıqca özünü göstərir. Özü də orada məhz müsəlmanları radikal kəsim kimi təqdim etməyə çalışırlar. Həmin bağlılıqda Volqoqrad şəhərində bir sərnişin avtobusunun partladılması çox düşündürücüdür. Artıq bu hadisəni müsəlman qadın Naidənin törətdiyi haqqında məlumatlar yayılır. Hansısa dairələr şimal qonşumuzun daxilində dini radikalizmin alovlandığını, müsəlmanlara qarşı dözümsüzlüyün mövcudluğunu və buna qarşı da sonuncuların artıq hərəkətə keçdiyi təəssüratını yaratmağa cəhd edirlər.

Təbii ki, bütün bunlar süni şəkildə qızışdırılır. Görünür, bəzi analitiklərin ehtiyat etdiyi kimi, ''əl-Qaidə''ni tədricən postsovet məkanına yönəltməyə çalışırlar (bax: Дмитрий Седов. "Исламский" терроризм американского разлива / "Фонд стратегической культуры", 23 sentyabr 2012). Bunlar həqiqətən də ciddi təhlükələrdir. Lakin təəssüf ki, məsələnin məhz bu aspekti gizlədilir. Əvəzində, Cənubi Qafqaza ''hazır düşmən obrazı" təqdim edirlər.

Yuxarıda adıçəkilən elmi konfrans iştirakçıları radikal dini baxışların mənbəyi kimi İrana işarə ediblər. Onlar bunun Qərblə aktiv əməkdaşlıq edən Azərbaycana təhlükə törətdiyindən danışıblar. Ancaq burada iki qonşunu üz-üzə qoymaq cəhdi olduğu duyulur. Birincisi, artıq vurğulandığı kimi, radikal dini qruplar əsasən Qərbin dəstəyi ilə meydana gəlir. İkincisi, Azərbaycanla İran mehriban qonşuluq siyasəti yeridirlər. Onlar arasında əlaqələr beynəlxalq hüquqi normalar çərçivəsində qurulub. Bakı öz yaxın qonşusu ilə münasibətlərin pozulmasında qətiyyən maraqlı deyil. Bu səbəbdən Ermənistan istisna olmaqla, heç bir qonşu dövləti özünə düşmən saymır.

Şübhə yoxdur ki, bunları okeanın o tayında da bilirlər. Məsələnin daha dərində olan məqamlara bağlı olduğunu düşünürük.

Bu bir faktdır ki, Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət yeridən yeganə ölkədir. Onun bütün sahələrdə əldə etdiyi uğurlar da göz qabağındadır. Məsələn, Hillari Klintonun və Con Kerrinin keçmiş müşaviri, hazırda "APCO Worldwide" şirkətinin qlobal proqramlarının direktoru olan Coşua Uoker yuxarıda vurğuladığımız elmi konfransda bir neçə dəfə Azərbaycanı inkişaf edən ölkə kimi göstərib (bax: Paul R.Pillar. Adıçəkilən məqaləsi).

Həmin səbəblərdən dünyanın böyük dövlətləri regionda ilk olaraq Bakı ilə əməkdaşlığa önəm verirlər. Lakin məhz bu istək də onlar arasında müəyyən rəqabət yaradır. Bəzi dövlətlər Azərbaycanla yaxın olmaq üçün rəqiblərini pisləməyə baş vururlar.

Cənubi Qafqazda dini radikalizmə yuxarıda qeyd edilən fikirlərin işığında yanaşanda bir qədər ziddiyyətli və qeyri-müəyyənliklərlə müşayiət olunan mənzərə alınır. Geosiyasi aspektdə, təbii ki, belə bir vəziyyət olduqca təhlükəli təsir bağışlayır. Çünki bu halda istənilən anda əvvəlcədən müəyyənləşməyən təhdidlər meydana çıxa bilər. Region üçün bu cür risklər xeyli dərəcədə fəlakətli ola bilər.

Digər tərəfdən, sirr deyil ki, böyük dövlətlərin dünya liderliyi uğrunda mübarizəsi yeni səviyyədə kəskinləşib. Bunun əlamətləri daha çox Yaxın Şərqdə hiss edilir. Eyni zamanda, həmin tendensiyanın başqa regionlara da yayılması ehtimalı mövcuddur.

Bu prosesin radikal dini təşkilatların aktivləşməsi fonunda baş verməsi son dərəcə narahatedicidir. Onu nəzərə almaq lazımdır ki, Qərbdə Cənubi Qafqazda regiona yaxın dövlətlər olan Rusiya, Türkiyə və İranın nüfuzunun artmasına faciə kimi qiymət verirlər. Açıq söylənilir ki, buna imkan vermək olmaz.

Bunlar, təbii ki, bölgədə geosiyasi qeyri-müəyyənliyin artmasına təkan verən məqamlardır. Kimlərin Cənubi Qafqaz üçün hansı planlar hazırladığını demək risklidir. Lakin indidən dini radikalizmi qabardıb, ona süni surətdə geosiyasi don geyindirmək cəhdlərinin mövcudluğu çox düşündürür. Bu bölgə tarixən çox məşəqqətləri yaşayıb. İndi daha amansız forma almış dini radikalizmin verə biləcəyi itkiləri aradan qaldırmaq olduqca çətin olardı. Bu səbəbdən, siyasətçilər ədalətli davransalar, daha yaxşı olardı.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...