THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Generalların Bakı görüşü: Azərbaycan strateji dialoq platforması kimi

Generalların Bakı görüşü: Azərbaycan strateji dialoq platforması kimi
18 dekabr 2018

NATO və Rusiyanın yüksək hərbi rəhbərliyinin qlobal təhlükəsizlik məsələlərini Azərbaycan paytaxtında müzakirə etməsi artıq adət halını alıb. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun yenidən Bakıda bir araya gəlməsi bu səbəbdən normal qarşılandı. İki general dünya miqyasında özünü göstərən hərbi prosesləri müzakirə ediblər. Rusiya tərəfi NATO-ya aid qüvvələrin ölkə sərhədlərinə daha da yaxınlaşmasından narahatlığını ifadə edib. O cümlədən Ukrayna, Balkanlar və Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yaratdığı risklər nəzərdən keçirilib. Ekspertlər belə bir vacib görüşün məhz Bakıda təşkil edilməsinin siyasi, geosiyasi və hərbi səbəblərini analiz edirlər. Ən dolğun qiymətləndirməni Azərbaycan Prezidenti İlham Əliyev verib. Dövlət başçısının vurğuladığı kontekst çərçivəsində Bakı görüşünün geosiyasi əhəmiyyəti üzərində bir qədər geniş dayanmağa ehtiyac gördük.

Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?

Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17 dekabr 2018

Cənubi Qafqaz regionunun iki ölkəsində seçkilərin keçirilməsindən sonra bütövlükdə geosiyasi mənzərənin xarakteristikası məsələsi də aktuallaşıb. Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar maraq doğurur. Məsələ həm də bir sıra analitiklərin Yaxın Şərqdəki mürəkkəb proseslərin tədricən Cənubi Qafqaza yaxınlaşması ilə bağlı etdikləri xəbərdarlıq kontekstində aktuallıq kəsb edir. Bu regionda yerləşən dövlətlərin xarici siyasətinin qısa analizi təsdiq edir ki, vəziyyət doğrudan da çox həssas məqama gəlib çatıb. Ermənistan hakimiyyətinin səbatsız və riskli mövqeyi bütövlükdə vəziyyəti qeyri-müəyyən edir. Gürcüstandakı seçki də rəsmi Tbilisinin xarici siyasətdə hansı yeni addımlar atacağına bir aydınlıq gətirmədi. Bu ölkədə ABŞ-Rusiya qarşıdurmasının aqibəti məlum deyil. Onların fonunda Aərbaycan konstruktiv və səmərəli xarici siyasəti ilə seçilir. Hazırda bu ölkə regionun sabitlik adasıdır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi üzərində daha geniş dayanmaq zərurətini hiss edirik.

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə
10 dekabr 2018

İrəvanda ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi rusiyalı "siyasətçilər"in iştirak etdiyi bir tədbir keçirilib. Onu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun direktoru, antiazərbaycan bəyanatları ilə məşhur olan Konstantin Zatulin təşkil edib. Tədbir "Lazarev klubu"nun ilk yığıncağı olub. Bu işə bir sıra erməni və rusiyalı "ekspertlər" də cəlb ediliblər. Onlar əsas olaraq Ermənistana olan təhlükələrə qarşı birgə fəaliyyəti müzakirə ediblər. Təhlükə kimi Azərbaycan və Türkiyə göstərilib. Bunun qarşısını ala biləcək qüvvə isə, əlbəttə, Ermənistan-Rusiya birliyidir. Ancaq bu məsələ o qədər köhnədir ki, heç ermənilərin özləri belə ona inanmırlar. Nikol Paşinyan isə tədbirdə iştirak etməyib. Lakin Robert Koçaryan iştirak edib. Bu faktdan istifadə edərək ekspertlər hesab edirlər ki, "Lazarev klubu" heç bir elmi və analitik əhəmiyyəti olmayan, siyasi çirkab içində olan süni qurumdur. Və onun işində MDB-ni "təmsil edən" tədqiqat institutunun rəhbərliyi iştirak edirsə, bu, MDB-də islahatların aparılması zərurətini ortaya qoyur. Bütövlükdə "Lazarev klubu"nun yaradılmasının mümkün geosiyasi təsirləri üzərində dayanmağa ehtiyac görürük.

Yeni münaqişə: Kerç boğazı "alova bürünür"

Yeni münaqişə: Kerç boğazı "alova bürünür"
04 dekabr 2018

Ukrayna ilə Rusiya arasında kifayət qədər problemlər mövcuddur. Onları beynəlxalq hüquq normaları çərçivəsində həll etmək mümkün olmur. Əksinə, tərəflər bir-birinə zərbələr endirməkdə davam edirlər. Artıq ekspertlər slavyan birliyindən danışmağın imkansız olduğu qənaətindədirlər. Bütün bunlara iki ölkə arasında yeni bir ixtilaf da əlavə olundu. Rusiya Ukraynaya məxsus üç hərbi gəmini saxlayıb. Gəmilərin ekipaj üzvləri də həbs olunublar. Üç ukraynalı dənizçi yaralanıb. Onlar etiraf ediblər ki, Rusiya sərhədini bilərəkdən pozublar. Bu hadisəyə dünyanın böyük dövlətləri reaksiya veriblər. ABŞ, Avropa İttifaqı, Türkiyə və başqaları münaqişənin həll edilməsi zərurətini vurğulayıb, Amerika və Avropa hətta Rusiyanı ittiham ediblər. Bununla da beynəlxalq miqyasda problemlərin yaranmasına təkan verilmiş olur. Bütün bunlar hansı geosiyasi proseslərə təkan verə bilər? Cənubi Qafqaza onun təsirləri mümkündürmü? Bu kimi suallara cavab üzərində geniş dayanmaq istərdik.

Vaşinqtonun Cənubi Qafqaz ssenarisi: 2019-cu ilin riskli proqnozları

Vaşinqtonun Cənubi Qafqaz ssenarisi: 2019-cu ilin riskli proqnozları
29 noyabr 2018

ABŞ-ın "Stratfor" analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. Onun qənaətlərinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. "Stratfor" hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Bu zaman Ermənistana silah satışı, Gürcüstana isə silah satışı ilə yanaşı, birgə hərbi təlimlər keçirmək də təklif ediləcək. Azərbaycanla münasibətə gəlincə, Amerika tərəfindən İranla iqtisadi və enerji sahəsində əlaqələrdən imtina etmək təklif oluna bilər. Bütün bunlar son nəticədə regionun geosiyasi mənzərəsində riskləri artıra bilər. Həmin aspektdə "Stratfor"un proqnozları əsasında Cənubi Qafqazda növbəti ildə geosiyasi dinamikanın dəyişməsinin analizi üzərində dayanmağa ehtiyac görürük.

KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
16 noyabr 2018

Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son sammitində müzakirə edilən məsələlərin əks-sədası hələ də davam edir. Ermənistan müxtəlif bəhanələrlə bu təşkilata üzv olan Belarus və Qazaxıstanı ittiham etməyə çalışır. Ermənistan rəhbərləri bu iki ölkənin Azərbaycanla əlaqələri inkişaf etdirməsini "qeyri-demokratik" addım adlandırır. Xüsusilə Belarusun Azərbaycanla əməkdaşlığının yüksək dinamikası erməni liderləri çox narahat edir. Belarus Prezidenti A.Lukaşenkonun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycanla ticarət dövriyyəsi üç dəfə artıb ki, bu da yüksək inkişaf tempi deməkdir. Və Belarus bu istiqamətdə yeni addımlar atmağa hazırdır. Azərbaycan rəhbərliyi də Belarusla əlaqələrin inkişaf etdirilməsinə çalışdığını ifadə edib. Bütün bunlar İrəvanda isterika yaradır. Ekspertlər Ermənistanın bu cür reaksiyasının səbəbsiz olmadığı qənaətindədirlər. Məsələnin bu tərəfinin təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Aİ-nin üç problemi: risklər artır

Aİ-nin üç problemi: risklər artır
14 noyabr 2018

Avropa İttifaqının öz potensialına və qlobal geosiyasi proseslərdə oynadığı rola görə çox böyük güc olduğu etiraf edilir. Bu təşkilata üzv olanlar sırasında dünyanın ən yüksək inkişaf etmiş dövlətləri də vardır. "Böyük yeddilik" qrupu ölkələrinin dördü Aİ-yə daxildir. Ekspertlər daim bu təşkilatla ilgili siyasi, ideoloji və geoiqtisadi məsələlərə həssaslıq göstərirlər. Son zamanlar bu ehtiyac Aİ-nin hazırkı durumu və gələcəyi ilə əlaqədar müxtəlif ekspert rəylərinin sayının artması fonunda daha maraqlı görünməkdədir. Doğrudan da, Aİ hansı çətinliklərlə üz-üzədir və onlar bütövlükdə təşkilatı nə kimi hala gətirə bilər? Avropa İttifaqı daxili və xarici mühitdən qaynaqlanan ziddiyyətli məqamlara necə reaksiya verir? Bu kimi suallara cavab tapmaq üçün təşkilatla bağlı bir sıra vacib ziddiyyətli özəlliklər üzərində geniş dayanaq.

Astanada verilən dərs: KTMT Ermənistana yerini göstərdi

Astanada verilən dərs: KTMT Ermənistana yerini göstərdi
13 noyabr 2018

Rəsmi İrəvan xeyli vaxtdır ki, "fərqli" xarici siyasət yeritdiyindən və "uğurlar" əldə etdiyindən dəm vururdu. Hakimiyyətə qulluq edən KİV də müxtəlif aspektlərdə Ermənistan rəhbərliyinin "uğurları"ndan yazırdı. Bütün bu yalançı təsəvvürlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində sabun köpüyü kimi dağıldı. Astanadan erməni nümayəndə heyəti məyus qayıtdı. Onlar Ermənistanın mövqeyinin təşkilatda nəzərə alınmadığından gileylidirlər. Əslində isə təşkilat üzvləri reallığa və hüquqi normalara uyğun hərəkət ediblər. Ermənistana anladıblar ki, kollektiv təhlükəsizliyi təmin etmək üçün yaradılan KTMT əsassız erməni iddialarını təmin etməli olan struktur deyil. Burada hər bir üzv dövlətin ilk növbədə kollektiv təhlükəsizliyə verdiyi töhfə əsas sayılır. Bunun fonunda isə KTMT-nin Azərbaycanla maraqlandığı haqqında informasiyalar yayılmağa başlayıb. Belə məlum olur ki, həmin təşkilat öz üzvü Ermənistandan çox Azərbaycana qiymət verir. Məsələnin bu aspektinin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac duyulur.

"Bolton teoremi": İrəvan və Tbilisi üçün çətin məsələ

"Bolton teoremi": İrəvan və Tbilisi üçün çətin məsələ
29 oktyabr 2018

Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz turnesi başa çatıb. O, Ermənistandan sonra Gürcüstana gedib və orada iki gün ərzində baş nazir, xarici və daxili işlər nazirləri ilə görüşlər keçirib. Bundan öncə isə C.Bolton İrəvanda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən və onunla şam yeməyindən imtina etmişdi. Gürcüstanda isə amerikalı qonaq özünü daha istiqanlı, açıq və ünsiyyətcil aparıb. Bunların fonunda onun Ermənistan və Gürcüstanda etdiyi təkliflərin geosiyasi məzmunu maraq doğurur. C.Bolton İrəvan və Tbilisi qarşısında riyazi teorem kimi həlli çətin görünən tələblər qoyub. İndi hər iki ölkənin rəsmi dairələri "Bolton teoremi"ni həll etmək üzərində baş sındırırlar. Bu məqamın üzərində təhlili dayanmağa ehtiyac görürük.

Ermənistan rəhbərliyi üçün yeni teorem: ABŞ və Avropanın yaratdığı şok effekti

Ermənistan rəhbərliyi üçün yeni teorem: ABŞ və Avropanın yaratdığı şok effekti
25 oktyabr 2018

Son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən proseslər ekspertlərin diqqətini çəkib. Daha doğrusu, ABŞ və Avropanın böyük dövlətlərinin rəsmi olaraq ifadə etdikləri bəzi fikirlər Ermənistanda narahatlıqla qarşılanıb. Amerikanın Ermənistandakı səfiri Riçard Mills İrəvanı tərk etməzdən öncə verdiyi müsahibədə erməniləri münaqişənin mahiyyətini anlamamaqda ittiham edib. Onunla, demək olar ki, eyni vaxtda digər ABŞ rəsmisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər bildirib. Yenə də həmin günlərdə Almaniya hökuməti rəsmi bəyanatında Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyini ifadə edib. Bunlarla yanaşı, Fransa Azərbaycanla hərbi əməkdaşlıq edəcək. Ermənistanın bütün iradlarına baxmayaraq, Fransa rəhbərliyi qərarından dönmür. Bütün bunlar nəyi ifadə edir? Cənubi Qafqazda geosiyasi dinamika hansı yeni çalarları kəsb edir? Bu kimi suallar üzərində bir qədər geniş dayanmaq istərdik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...