THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"
22 fevral 2019

Dünya miqyasında geosiyasi proseslərin intensivliyi və mürəkkəbliyi haqqında politoloqların fikirləri dərc edilir. Ümumi mövqeyə görə, qlobal gərginlik daha da artır. Bu məqam özlüyündə riskləri də artırır. Son Münxen konfransında da bu barədə fikir mübadiləsi olub. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələrinin yeridəcəyi xarici siyasət kursu maraq doğurur. Ermənistan siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də qlobal və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqe tutmaqda davam edirlər. Bu, bir tərəfdən, regionda riskləri artırırsa, digər tərəfdən, Ermənistanın özünü daha pis vəziyyətə salır. Həmin kontekstdə oyuncaq dövlət və onun marionet idarəçilərinin atdığı addımlar üzərində geniş dayanmağa ehtiyac görürük.

İsrail dövlətinin Cənubi Qafqaza marağında Azərbaycan və Ermənistanın yeri və rolu

İsrail dövlətinin Cənubi Qafqaza marağında Azərbaycan və Ermənistanın yeri və rolu
18 fevral 2019

İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tələb edir. Bu mürəkkəb geosiyasi vəziyyətdə, Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi üstünlüyü olan ölkə tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Azərbaycan Respublikası üçün çox vacibdir. Bütün bunlar İsrail dövlətinin Cənubi Qafqazda Azərbaycana olan üstün münasibətini və Azərbaycanın bu qarşılıqlı münasibətdə yeri olduğunu göstərir. Ermənistan isə belə imkana və münasibətə layiq deyil.

Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər

Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
06 fevral 2019

Amerikanın orta və yaxınmənzilli raketlərin ləğvi barədə müqavilədə iştirakını dayandırması bəşəriyyəti ciddi surətdə narahat etməkdədir. Bunun ardınca Moskva da eyni addımı atdı. Üstəlik, tərəflər yeni növ raket silahlarının istehsalına başlayacaqları ilə bağlı fikirlər də səsləndirdilər. Ekspertlər bütün bunları izləyərək "dünya yeni bir geosiyasi böhrana doğrumu gedir?" sualını qaldırırlar. Cavab da ürəkaçan deyil. Bir sıra mütəxəssislər hətta nüvə böhranının yarana biləcəyini də proqnozlaşdırırlar. Doğrudan da, adıçəkilən müqavilənin əhəmiyyəti böyük idi. Bununla yanaşı, onun ləğvi digər uyğun sazişlərin də təftişi məsələsini gündəmə gətirə bilər. Ən pisi isə odur ki, Amerika və Rusiya ortaq qənaətə gəlmək istiqamətində addım atmırlar. Bu məqamlara geniş bir mövqedən baxdıqda, qlobal siyasətdə hansı trendlərin özünü göstərə biləcəyini təhlil etməyə ehtiyac duyulur.

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında
04 fevral 2019

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu il yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən sonra siyasi və ekspert dairələrində bir canlanma müşahidə edilir. Onlar konkret olaraq ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verdiyi ilə bağlı proqnozlar verməyə çalışırlar. Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da zəng edibmiş. Ermənistanın baş naziri ciddi bir şeydən danışmadıqlarını desə də, ona erməni ekspertlər inanmırlar. Hesab edirlər ki, N.Paşinyan nələrisə gizlədir. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton N.Paşinyanla regional məsələləri və konkret olaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə ehtiyac görməyib. O, bu barədə əsas olaraq Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmağa üstünlük verib. Bu reallığın fonunda Con Boltonla İlham Əliyev arasında danışıqda hansı məqamlara toxunulmasının geosiyasi analizi ciddi aktuallıq kəsb etdiyindən, bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında

Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında
30 yanvar 2019

Müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən qlobal mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17 yanvar 2019

Hazırda qlobal geosiyasi səviyyədə mürəkkəb və risklərlə dolu proseslər gedir. Bu, bütövlükdə dünyanı bir sıra sahələrdə qeyri-müəyyənliklərlə üz-üzə qoyur. Ekspertlər ümumilikdə bəşəriyyətə fayda verə biləcək əməkdaşlıq formatlarının vacibliyini vurğulayırlar. Həmin bağlılıqda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertlərin marağına səbəb olub. Bu dövlətlər mürəkkəb geosiyasi mənzərəsi olan məkanda yerləşiblər. Rusiya və Türkiyə böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq müstəqil siyasətini davamlı olaraq aparır. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdirlər. Həmin səbəbdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə bir sıra vacib məqamların analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri
14 yanvar 2019

Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub. Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşidirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.

Yaxın Şərqdə yeni strateji oyunlar: Con Boltonun Türkiyə səfərindən sonrakı qeyri-müəyyənlik

Yaxın Şərqdə yeni strateji oyunlar: Con Boltonun Türkiyə səfərindən sonrakı qeyri-müəyyənlik
11 yanvar 2019

Ekspertlər Suriya probleminin həllində vacib bir mərhələnin başladığı qənaətindədirlər. Proseslər bir neçə il öncədən xeyli fərqli məzmun kəsb edib. İndi meydanda Rusiya aparıcı rol oynayır. İran və Türkiyə ciddi fəallıq göstərirlər. İran Suriyada İsrail və ABŞ üçün əməlli-başlı başağrısına çevrilib. Bunların fonunda türk ordusunun Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyata hazırlaşması əhəmiyyətli geosiyasi-hərbi addım kimi qiymətləndirilir. Amerika Prezidenti D.Tramp Suriyadan qoşunlarını çıxarmaqla bağlı bəyanat verərək aranı daha da qarışdırıb. İndi daha çox bu prosesin gedişatı müzakirə olunur. C.Boltonun Türkiyəyə səfəri həmin aspektdə ekspertləri maraqlandırırdı. ABŞ Prezidentinin müşaviri Ankaraya gəldi və ... tez də qayıtdı. Bu hadisənin səbəblərinin geosiyasi təhlili üzərində geniş dayanaq.

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları
08 yanvar 2019

Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlar verib. Onlara nəzər saldıqda, bir sıra düşündürücü məqamları görmək mümkün olur. Hər şeydən öncə, aydın olur ki, bu iki regionda cərəyan edən geosiyasi proseslər bir-biri ilə əlaqədə götürülür. Ekspertlər hesab edirlər ki, hər iki region üçün 2019-cu il geosiyasi aspektdə mürəkkəb il olacaq. Burada qeyri-müəyyənliklər və risklər özünü göstərəcək. Dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çinin həmin regionlar uğrunda mübarizəsi daha da intensivləşəcək. Proqnozlara görə, bu mübarizə Əfqanıstandan başlayaraq geniş məkanda terror və narkoticarəti canlandıra bilər. Bundan sadə insanlar daha çox ziyan görəcəklər. Eyni zamanda, böyük güclərin antiterror əməliyyatları adı altında müxtəlif fəaliyyətləri ola bilər. Bununla da Yaxın Şərqlə yanaşı, başqa bir məkanda da silahlı qarşıdurmalar özünü göstərər. "Stratfor"un proqnozları kontekstində yuxarıda vurğulanan məqmların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

2019-cu ilin "narahat geosiyasi mühiti": "Stratfor"un proqnozlarında əsas məqamlar

2019-cu ilin "narahat geosiyasi mühiti": "Stratfor"un proqnozlarında əsas məqamlar
04 yanvar 2019

Dünyanın tanınmış analitik mərkəzləri, bir qayda olaraq, hər ilin sonunda növbəti il üçün əsas saydıqları problemlər üzrə proqnozlar verirlər. Bu aspektdə "Stratfor"un analizləri və təxminləri ayrıca diqqət tələb edir. Çünki bu təşkilatın ABŞ-ın xüsusi xidmət orqanları ilə yaxınlığı haqqında informasiyalar vardır. Amerikanın bu tanınmış beyin mərkəzi 2019-cu ildə qlobal geosiyasi trendləri səciyyələndirən proseslərin analizi və proqnozları ilə yenidən diqqəti özünə cəlb edib. Burada hər bir əhəmiyyətli proses haqqında konkret mövqe ifadə edilib. Konkret olaraq, beyin mərkəzinin məntiqi Amerikanın dünya liderliyi uğrunda mübarizəsini davam etdirəcəyi üzərində qurulub. Bu çərçivədə ABŞ-ın Çin və Rusiya ilə savaşı təhlil olunub. Eyni zamanda, dünyanın digər böyük dövlətlərinin bu savaşın xarakterinə uyğun zərər görəcəyi və ya qazanacağı barədə də proqnozlar verilir. Bütövlükdə "Stratfor" dünya üçün hazırda aktual olan bütün problemlərə toxuna bilib. Həmin bağlılıqda analitik mərkəzin irəli sürdüyü tezislərin təhlili üzərində geniş dayanmaq istərdik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...