ABŞ hökumətinin İrandan neft alan ölkələrə tətbiq etdiyi güzəştin müddəti bitmək üzrədir. Bir neçə aydır ki, bu imtiyaza sahib olan səkkiz ölkə – Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvan artıq İrandan neft almaqdan imtina etməlidirlər. Üstəlik, həmin ölkələrə tövsiyə edilir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən neft alsınlar. Bu qərara etirazlar çoxdur. Ancaq İtaliya, Yunanıstan və Tayvan Amerikanın dediyinə əməl edirlər. Digərləri isə hələlik dirəniş göstərirlər. Ekspertlər bütün bunları nəzərə alaraq dünya siyasətində mümkün dəyişiklikləri analiz edirlər. Biz də həmin məsələnin üzərində geniş dayanmağa ehtiyac görürük.
Qlobal dünya siyasətində sular durulmur. Geosiyasi güc mərkəzləri arasında mübarizə yeni çalarlar alır. Meydana yeni təhlükələr və risklər çıxır. Düşündürücüdür ki, siyasi liderlər vəziyyəti gərginləşdirməyə yönəlmiş üsullara daha çox üstünlük verirlər. Yəni siyasətçilərin niyyətlərinin də sabitliyə, sülhə nail olmaqla əlaqəli olmadığı təəssüratı yaranır. Bu baxımdan son dövrlərdə Yaxın Şərqlə bağlı baş verən iki hadisə diqqəti daha çox çəkir. Onlardan biri Vaşinqtonun patronajlığı ilə "ərəb NATO-su"nun yaradılmasına başlanması, digəri isə Suriyada böyük dövlətlərin geosiyasi maraqlarının yenidən toqquşmasıdır. Hər iki hadisəni birləşdirən ümumi cəhət regionda vəziyyətin gərginləşdirilməsidir. Həmin kontekstdə Yaxın Şərqdə yaranmış geosiyasi mənzərəni təhlil etməyə ehtiyac görürük.
Xalqımızın milli yaddaşında beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın zəngin dövlətçilik tarixinin bəzi dövrləri dönüş nöqtəsi sayıla biləcək çox mühüm mərhələləri özündə ehtiva edir. Yəni, dövlətçilik tariximizdə taleyüklülüyü baxımından digər dövrlərdən fərqlənən siyasi dönəmlər – tarixi mərhələlər mövcuddur. Ona görə də milli dövlətçiliyimizin əsaslarına tarixi reallıqların işığında nəzər salmaq və obyektiv, rasional qənaətlərə gəlmək üçün sistemli elmi tədqiqatların aparılması zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bütövlükdə, dövlətçilik tariximizin mötəbər elmi mənbələrə söykənərək obyektiv, rasional baxış əsasında öyrənilməsi - tədqiq olunması tarixi şüurun formalaşması və milli özünüdərk baxımından strateji əhəmiyyətə malikdir. Çünki tarixi şüur milli şüurun ən əsas komponentlərindən biridir.
Yaxın Şərqdə diqqətlər Suriya və İraqda ikən meydana növbəti ixtilaf məkanı çıxdı. Bu, başıbəlalı Liviyadır. Müəmmar Qəddafinin devrilməsindən sonra bu müsəlman ölkəsi sakitlik və sabitlik bilmir. NATO-nun Liviyaya müdaxiləsi ilə başlayan daxili qarşıdurmalar zaman-zaman daha təhlükəli və riskli müstəviyə çıxır. İndi də feldmarşal Xəlifə Haftarın rəhbərliyi ilə bir qrup döyüşçü Tripolini zəbt etmək həvəsinə düşüb. Qəribəsi odur ki, burada kimin kim olduğu dəqiq bilinmir. X.Haftar və havadarları Milli Həmrəylik Hökuməti tərəfdarlarını terrorçu adlandırırlar, əks tərəf isə X.Haftarı terrorçu və separatçı hesab edir. Böyük dövlətlər isə hər iksinə dəstək verirlər. Belə çıxır ki, Liviyada onlar faktiki olaraq terrora yardım edirlər. Çünki savaşanlardan ya hər ikisi, ya da ən azından biri haqsızdır. Lakin indi buna fikir verən yoxdur və hər kəs döyüş meydanına baxır. Bunlar regionun böyük dövlətlərinin yeni geosiyasi qruplaşmalar yaratması fonunda baş verir. Geosiyasi müstəvidə məhz bu fakt diqqəti daha çox çəkir. Onun Liviyanı və bütövlükdə regionu hansı geosiyasi müstəviyə ata biləcəyi üzərində geniş dayanmaq yerinə düşərdi.
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Rusiya paytaxtında mehribanlıqla qarşılayıblar. Prezident Vladimir Putinlə aparılan danışıqlar da konstruktiv ruhda keçib. Tərəflər bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Rusiya dövlət başçısının etiraf etdiyi kimi, söhbət bir-birini tərifləməkdən getmir – dövlət başçıları kifayət qədər işgüzar şəraitdə real müzakirələr aparıblar. Bəzi məsələlərdə, məsələn, təbii qazın qiymətində ortaq mövqe formalaşdırmaq mümkün olmayıb. Lakin bu istiqamətdə müzakirələr davam etdirilir və tərəflər ortaq nəticəyə gələ bilərlər. Bu kontekstdə V.Putin Türkiyənin Rusiya üçün əhəmiyyətli tərəfdaş olduğunu bir daha vurğulayıb. Eyni zamanda, tərəflər digər məsələlər üzrə də faydalı müzakirələr aparıblar. İqtisadiyyat, ticarət, energetika, turizm kimi sahələrlə yanaşı, mədəniyyət, humanitar sferalarda da əməkdaşlığa olan ehtiyac vurğulanıb. Aparılan danışıqların fonunda bu səfərin geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.
Amerikanın paytaxtında Şimali Atlantika Alyansının 70 illik yubileyi təntənə ilə qeyd edilib. Yubiley tədbirləri hay-küylü bəyanatların fonunda baş tutub. Üzv dövlətlər arasında fikir ayrılığı çərçivəsində bir sıra hadisələr baş verib ki, ekspertlər onların əsasında analiz aparır və proqnozlar verirlər. O cümlədən ABŞ-Türkiyə münasibətlərinin dinamikasına işıq salmağa çalışırlar. Ancaq burada bir başlıca məqam nədənsə unudulur. Məsələ ondan ibarətdir ki, Amerika, ümumiyyətlə, NATO üzvləri ilə ziddiyyətə girib. Fransa və Almaniyanın müstəqil Avropa ordusu yaratmaq ideyasını irəli sürməsi məhz bu aspektlə bağlıdır. Bunun fonunda da Amerikanın Türkiyəyə qarşı əsassız iddialarının motivini anlamaq olar. Digər tərəfdən, burada Rusiya faktorunun rolunu unutmaq olmaz. Bütün bu məqamların işığında Alyansın 70 illik yubileyi kontekstində böyük dövlətlər arasında geosiyasi münasibətlərin bəzi mühüm aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Türkiyədə mart ayının 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olaraq daxili siyasi proseslərin inkişaf dinamikası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi qüvvələr təbliğatlarını gücləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) "Cümhur ittifaqı"nı yaradıblar. Cümhuriyyət Xalq Partiyası (CHP) başda olmaqla bir neçə partiya "Millət ittifaqı" formalaşdırıblar. Türkiyə siyasi dairələrində sonunculara obrazlı olaraq "zillət ittifaqı" da deyilir. Hər bir halda, iki qüvvə arasında mübarizə getdikcə daha da kəskinləşir. Bunun fonunda Türkiyə-ABŞ və Türkiyə-Rusiya münasibətlərinin yenidən aktuallaşması maraq doğurur. Əlavə olaraq, Türkiyə terrorla mübarizəsini bütün gücü ilə davam etdirir. Vurğulanan məqamlar bir yerdə Türkiyənin regional əhəmiyyətini artırmaqla yanaşı, qarşıda həll olunmalı məsələlərin mövcudluğunu da göstərir. Həmin məqamların geosiyasi analizi üzərində dayanmaq ehtiyacını duyuruq.
Təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən ənənəvi Konfrans bu dəfə gözlənilən ümidləri doğrultmadı. İştirakçılar hesab edirlər ki, aparılan müzakirələrdən müsbət nəticələr alınmadı. Demək olar ki, bütün böyük dövlətlərin təmsilçiləri bədbin fikirlər söyləyiblər. Onlar daha çox fikir ayrılığından, təhlükələrdən və risklərdən danışıblar. Ayrıca, supergüclər arasında da dartışmalar özünü göstərib. Müxtəlif regionlarda münaqişələrin həlli ilə bağlı hansısa razılıq əldə edilməyib. Əvəzində, ayrı-ayrı məsələlər üzrə tərəflər öz mövqelərində qaldıqlarını bəyan ediblər. Nəticədə, Konfransın yekun sənədində daha çox pessimist məqamlar yer alıb. Belə bir vəziyyətin qlobal geosiyasi mənzərəyə necə təsir edə biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.
Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda böyük təntənə ilə qarşılayıblar. Yollara qırmızı xalılar döşənib. Ölkənin prezidenti və ali dini lideri erməni "məxməri inqilab qəhrəmanı"na xüsusi mehribanlıq göstəriblər. Hətta N.Paşinyana vədlər verilib. Həsən Ruhani ilə N.Paşinyan təkbətək keçirdikləri görüşdən sonra bir neçə məsələ üzrə razılıq əldə etdiklərini bəyan ediblər. Ayrıca N.Paşinyan Ermənistanla İran arasında azad ticarət zonası yaratmaq perspektivindən bəhs edib. Bunun üçün Ermənistanın Avrasiya İqtisadi İttifaqında sədr olmasının fürsət olduğu vurğulanıb. H.Ruhani də bir sıra sahələr üzrə əməkdaşlığın yaradılması zərurətini qeyd edib. Söhbət əsasən qaz layihələrinin reallaşmasından gedib. Bütün bunlar regionda mürəkkəb geosiyasi mənzərənin yaranması fonunda baş verir. İlk baxışdan ABŞ və Rusiyaya meydan oxumaq kimi görünən bu səfərin əslində real geosiyasi mənası nədən ibarətdir? Bu suala cavab üzərində geniş dayanmaq lazım gəlir.
Suriyada sülh və barışın təmin edilməsi məsələsi hazırda qlobal geosiyasətin aktual problemlərindəndir. Bir neçə ildir ki, bu ölkədə qan tökülür. Onu durdurmaq üçün müxtəlif koalisiyalar da yaradılıb. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün yaradılması və Astana prosesinin başlaması Suriyada vəziyyəti real surətdə dəyişməyə imkan yaratdı. Hazırda Suriya ərazisinin 80 faizinə Əsəd rejimi nəzarət edir. Az bir ərazidə silahlı toqquşmalar baş verir. Ankara, Moskva və Tehran da həmin bölgələrdə sülhə nail olmaq üçün görüşürlər. Rusiyanın Soçi şəhərində fevral ayının ortalarında təşkil olunan sammit bu baxımdan əhəmiyyət daşıyırdı. Burada tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəliblər. Lakin proses heç də asan getmir. Bu baxımdan Soçi sammitinin nəticələrinin geosiyasi analizinə ehtiyac görürük.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...