THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İran "bombası": stəkanda fırtına ssenarisinin bir fraqmenti

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
19045
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Müasir dövrdə informasiya savaşının çox incə üsulları mövcuddur. Bir sıra ölkələrdə  müxtəlif dairələr anonim mənbələrə istinad edərək əsası olmayan məlumatı media vasitəsilə milyonlarla insanın beyninə yeritməyə çalışırlar. Burada əsas məqsəd cəmiyyətdə həmin dairələrin maraqlarına uyğun rəy formalaşdırmaqdır. Əksər hallarda qlobal miqyasda yanlış informasiyanı həqiqət kimi beyinlərə yeritmək üçün mürəkkəb ideoloji və psixoloji priyomlara əl atılır. Bu işdə həm beynəlxalq və həm də yerli mediadan istifadə edilir. Yanlış informasiyanı həqiqət kimi qələmə vermək üçün sistemli iş aparılır, ayrı-ayrı ekspertlərin fikirləri "obyektiv” mövqe kimi təqdim olunur.

Bu yaxınlarda "Foreign Policy” jurnalında Mark Perri adlı birisinin Azərbaycanla bağlı dərc edilmiş yazısı oxşar təbliğat texnologiyası ilə təqdim edildi. M.Perrinin məqaləsi "İsrailin gizli plasdarmı” ("Israel's Secret Staging Ground”) adlanır. M.Perri adı çəkilməyən mənbələrə əsaslanır və yazır ki, Azərbaycan İran məsələsində İsrail üçün "gizli plasdarm” rolunu oynayır. Guya bunun üstünü ABŞ-ın rəsmi dairələri (hətta Prezident Barak Obama səviyyəsində) açmışlar. Əsl "analiz və proqnozlar” da bundan sonra başlayır.

Bunun üçün məqalə müəllifi bir neçə analitik və siyasətçinin fikirlərini özünün istədiyi kontekstdə təqdim edir. Nəticələrini də həmin yanlış əsaslandırmalara görə çıxarır. Yekunda Azərbaycan haqqında tam yanlış fikir formalaşdırılır. Azərbaycan İsrailin gizli plasdarmı kimi, İrana qarşı işlər görən ölkə qismində təqdim edilir. Bu saxta informasiyanın kimlərəsə xidmət etdiyini başa düşmək çətin deyil. Bizim üçün daha düşündürücü cəhət odur ki, beynəlxalq mediada kimlərsə həmin yanlış məlumatın informasiya məkanında "dövr etməsində” iştirak edir.

Təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlara Azərbaycan mediasında da kor-koranə diqqət yetirənlər tapılır. Bununla da "qapalı informasiya təxribat dairəsi” yaranır və ictimai rəy həmin sahədə geninə-boluna istismar edilir. Bəzi yerli media orqanının yardımı ilə informasiya məkanında Azərbaycanın İrana qarşı hərbi əməliyyatlarda İsrailə yaxından yardım edə biləcəyi haqqında səriştəsiz təhlillər və yalan proqnozlar yer alır.

Siyasətçilər yaxşı bilirlər ki, Yaxın və Orta Şərqdə baş verən geosiyasi proseslər həmin regiona qonşu olan bölgələrə də təsirini göstərir. Məhz bunu fürsət bilərək Perri kimiləri öz məqsədləri çərçivəsində həmin proseslərin mümkün nəticələri barədə fikir yürütməyə çalışırlar.

Konkret olaraq, M.Perri öz məqaləsində Azərbaycanın bölgədəki geosiyasi imici və xarici  siyasəti haqqında tamamilə yanlış təsəvvür formalaşdırmağı qarşısına məqsəd qoyur. Beləliklə isə, Azərbaycanın İranla yanaşı Türkiyə ilə də münasibətlərinə xələl gətirmək məqsədi güdülür. Bu vəziyyətin kompetent görünməsi üçün Pentaqonun İran və İraq üzrə keçmiş müşaviri Maykl Rubini və "yüksək rütbəli İsrail rəsmilərindən biri”ni danışdırırlar.

"İsrail rəsmisi”nin arqumenti belədir ki, İran Azərbaycana təzyiqlər etdiyinə görə, rəsmi Bakı İsraillə yaxın əlaqələr qurmalıdır. M.Rubin nədən danışsa da, fikirlərinin arxasında belə bir tezis durur: "...İsrail və Azərbaycan çoxdan fəal şəkildə əməkdaşlıq edir və hər ikisi düşmən qüvvələrlə qarşılaşır, onların qonşuları isə sabitliyi pozmağa çalışır...”. Yəni M.Rubin və "İsrail rəsmisi” təntənəli və obyektiv poza alaraq, guya prosesləri analiz edirlər, əslində isə, bu görüntü arxasında M.Perrinin böhtanına ortaqdırlar.

Təbii ki, öz məkrli mövqelərini əsaslandırmaq üçün İranda bəzi dairələr bundan istifadə edir və belə nəticə çıxarırlar ki, Azərbaycan kiminləsə əməkdaşlıq edirsə, bunu İrana qarşı durmaq üçün edir. İnformasiya təxribatının da əsas məqsədi Azərbaycanı məhz həmin donda göstərməkdir.

Lakin əsl həqiqət hamıya gün kimi aydındır. Azərbaycan Prezidenti dəfələrlə ölkənin xarici siyasətinin əsas prinsiplərini dəqiq ifadə edib. O cümlədən, kimsənin Azərbaycan ərazisindən heç bir ölkəyə, xüsusilə də İrana qarşı hər hansı hərbi müdaxilə üçün istifadə etməsinə imkan verilməyəcəyini bəyan edib. Azərbaycan regionda əməkdaşlıq, inteqrasiya, münaqişələrin sülh yolu ilə həlli istiqamətində siyasət yeridir. Bunu yaxşı bilə-bilə bəzi dairələr Azərbaycanın qonşuları ilə probleminin olduğu görüntüsü yaratmağa çalışırlar. Yəni Azərbaycan nə Ermənistanla yola gedir, nə də İranı istəyir. Bu məsələdə İran təsadüfən seçilməyib – orada 30 milyona yaxın azərbaycanlı yaşayır. İranla Azərbaycanın arasını vursalar, azərbaycanlılar daxildən İranı çalxalamağa meylli olacaqlar. Beləliklə, tamamilə aydın olur ki, bunun arxasında Azərbaycanı qonşulara qarşı qərəzli mövqeyi olan dövlət kimi təqdim etmək niyyəti durur.

Bu məqsədə çatmaq üçün Azərbaycana qarşı informasiya təxribatını "daha tutarlı” formada aparmağa çalışırlar. Məsələn, "bəzi rəsmilərin” fikirlərini ABŞ, İsrail və Avropa mediasında hallandıran "ciddi analitikləri” gündəmə gətirirlər. Budur, İsrailin "Yediot Ahronot”, İngiltərənin "The Guardian”, ABŞ-ın "WorldNetDaily” və "New York Post” nəşrləri də həmin məsələ ilə bağlı müxtəlif məlumatlar dərc edirlər. ABŞ-ın "WorldNetDaily” nəşri mühafizəkar çevrələrə yaxındır ki, bu da "informasiya kokteylinin rəngi”nə bir çalar qatır.

İsrail tərəfdən isə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Yoel Quzanski, "nüfuzlu İsrail analitikləri” Aleks Fişman, Mossad kəşfiyyat xidmətinin keçmiş rəhbəri Meir Daqan, "Yediot Ahronot” qəzetindən xüsusi xidmətlər üzrə ixtisaslaşmış Ronen Berqman və hərbi şərhçi Ron Ben-İşay bu problemin informasiya məkanında "öz dərin fikirləri ilə lövbər salırlar”.

ABŞ tərəfdən də siyahı qısa deyil – ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton, Obamanın Yaxın Şərq məsələləri üzrə keçmiş müşaviri Denis Ross, erməni və yəhudi lobbisinə yaxın bəziləri bir yerə ona görə yığılırlar ki, M.Perrinin informasiya təxribatı "möhtəşəm, əsaslı və obyektiv” görünsün. Ancaq hamısını birləşdirən ümumi mövqe var: Obama administrasiyası guya "gizli bir informasiyanı” İsrailə mane olmaq üçün açıqlayıb. Yəni dolayısı ilə İsrailin müəyyən planı və onun içində Azərbaycanın İrana qarşı mövqeyi var. Yalnız "vəfasız” Obama "sirri” açıb. Bununla Obama guya İrana qarşı yönəlmiş İsrail-Azərbaycan əməkdaşlığını dünyaya car çəkən siyasətçi kimi təqdim edilir.

Burada maraqlı bir təsadüfü (təsadüfdürmü?) qeyd etməyə ehtiyac duyuruq. Gürcüstan müxalifətçilərindən biri, Avstriyada siyasi sığınacaq almış Levan Pirveli "REGNUM” agentliyinə verdiyi müsahibədə (26 mart 2012-ci il) oxşar arqumentlərlə ABŞ-ın Gürcüstan ərazisindən istifadə edərək İranı vuracağını "əsaslandırırdı”. O, Gürcüstanı ABŞ-ın İrana qarşı "şimal plasdarmı” adlandırır. Təbii ki, bu zaman hədəf Mixeil Saakaşvilidir. Bu da onu təsdiqləyir ki, bu kimi informasiyalar bir mətbəxdə hazırlanır və mifdən başqa bir şey deyildir.

Bizi daha çox düşündürən məqam odur ki, yuxarıda haqqında söhbət açdığımız informasiya spekulyasiyalarının dövriyyədə qalmasında bir sıra Azərbaycan media təmsilçiləri də var. Onlar faktiki olaraq, informasiya təxribatının əsassız tezislərini (bilərəkdən və ya bilməyərəkdən) müxtəlif təhlillərdə "əsaslandırır” və bununla düşmənin ideoloji təxribat dəyirmanına su tökürlər.  Bütün bunların hamısı isə stəkanda fırtına yaratmaq və ya bulanıq suda balıq tutmaq istəyindən başqa bir şey deyil. Təəssüflər olsun ki, bu sahədə "ixtisaslaşan” mütəxəssislər peşələrindən əl çəkmək istəmirlər.

NewTimes

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...