THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9003
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyul 2021 – Newtimes.az

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb. Bununla da qondarma "DQR” tarixin arxivinə atılıb. İndi Qarabağ Azərbaycanın iqtisadi bölgəsinə çevrilib, üstəlik, hüquq lüğətinə "Şərqi Zəngəzur” ifadəsi əlavə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 7 iyul 2021-ci il tarixdə "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Sənəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının da yaradılmasını nəzərdə tutur.

Maraqlı məqamlardan biri fərmanın imzalandığı tarixdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqda qərarı məhz iyulun 7-də qəbul etmişdi. Doğrudur, Dağlıq Qarabağın muxtariyyəti 26 noyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə ləğv edilib. İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycanın işğal olunmuş əraziləri azad edilib. İndi Dağlıq Qarabağ Muxtariyyəti tarixin arxivinə göndərilib.

İlham Əliyev bu qərarı ilə tarixə tam hakim olduğunu ortaya qoyub. Aydın olur ki, Azərbaycanda dövlət sərəncamlarının verilmə tarixi son dərəcə diqqət və incəliklə seçilir.

Bundan başqa, SSRİ dönəmində Dağlıq Qarabağa muxtariyyətin verildiyi gündə imzalanmış son fərmanla həm də hüquq lüğətinə "Şərqi Zəngəzur” ifadəsi əlavə olunub.

(Fars dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: ANAJ

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...