THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın dumanlı gələcəyi

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3666
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 oktyabr – Newtimes.az

Korrupsiya, insan haqlarının tapdanması və Azərbaycanla müharibənin başlaması riskinin olması hər il on minlərlə ermənini öz vətənini tərk etmək məcburiyyətində qoyur. Ölkədə qalanlar isə məyusluq içindədirlər.

Fransanın "Slate.fr" internet dərgisində Emmanuyel Danielin Ermənistanla bağlı analitik məqaləsi dərc edilib. Müəllif ölkənin sosial-iqtisadi və siyasi vəziyyətini təhlil edib. Yazıda diqqəti çəkən bir sıra məqamlar var. Onlar müəyyən dərəcədə Ermənistanın daxili vəziyyətini obyektiv əks etdirirlər.

Müəllif yazır ki, korrupsiya, insan haqlarının tapdanması və Azərbaycanla müharibənin başlaması riskinin olması hər il on minlərlə ermənini öz vətənini tərk etmək məcburiyyətində qoyur. Ölkədə qalanlar isə məyusluq içindədirlər. Yəni ermənilərin intensiv miqrasiyasının səbəbi Ermənistan rəhbərliyinin yeritdiyi yarıtmaz daxili və xarici siyasətlə bağlıdır. Hakimiyyətin bu məsələ ilə bağlı gətirdiyi bəhanələrin heç birinin əsası yoxdur.

Bu fikirlər rəsmi İrəvanın ölkəni düzgün siyasətlə idarə etdiyi haqqında tez-tez yaydığı bəyanatların da puç olduğunu sübut edir. O da aydın olur ki, S.Sarqsyan iqtidarı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində nəyə görə maraqlı deyil. Bununla o, öz günahlarını Azərbaycanın üstünə yıxmaqla populistcəsinə Ermənistan vətəndaşlarının dəstəyini qazanmaq istəyir.

E.Daniel obrazlı ifadələrlə ermənilərin miqrasiya prosesini təsvir edir. O, miqrasiya xidmətinin binası qarşısında hətta zabitlərin durduğunu göstərir. Bu məqam Ermənistan ordusunun mənəvi durumu haqqında təsəvvür yaradır. Əsgərlər belə qorumalı olduqları ölkəni qoyub qaçırlarsa, hansısa döyüşkən silahlı qüvvələrdən danışmaq yersizdir. Hər bir gənc miqrant potensial fəraridir.

İtirilən əhali

Məqalədə maraqlı bir məqam vurğulanır. Ermənistan Miqrasiya Xidmətinin 2010-cu il məlumatına görə, ölkəni 28 min 960 adam tərk edib. Ermənistanın əhalisinin sayının 2 milyona yaxın olduğunu nəzərə alanda, bir il üçün bu, böyük rəqəmdir. Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqanyan "vəziyyətin narahatedici olduğunu” söyləyir.

Ancaq demoqraf Ruben Yeqanyan vəziyyətin daha ağır olduğunu deyir. Onun sözlərinə görə, 50 ildən sonra Ermənistanda əhalinin sayı 500-600 min nəfər olacaq. Mütəxəssis bədbin variantdan danışmağa qorxduğunu vurğulayır.

Bu rəqəmlər faktiki olaraq ölkə əhalisinin yoxa çıxmaqda olduğunu göstərir. Kiçik bir dövlətdə demoqrafik vəziyyətin ağırlaşma istiqmətində getməsi sözün əsl mənasında Ermənistanın dünya xəritəsindən silinməsi deməkdir. Ölkəni bu vəziyyətdən qurtarmaq planı isə yoxdur. Ermənilərin tarixi təkamül tərzini nəzərə alsaq, belə bir planın yarana bilməsi ehtimalı çox azdır.

Çətinliyin başqa bir tərəfi əhalinin daha çox Rusiyaya miqrasiya etməsinə bağlıdır. Avropa ölkələrinə viza almaq çətin olduğundan insanlar Rusiyanı seçir. Orada isə ermənilərə münasibət getdikcə pisləşir. Bundan başqa, iş tapmaq məsələsi də çətinləşir. Ona görə də hətta miqrasiya edən ermənilərin həyatları risklərlə doludur.

Məqalə müəllifi mütəxəssisin gəldiyi bu nəticələrin Ermənistanın sosial, iqtisadi və siyasi durğunluq vəziyyətini təsdiq etdiyi fikrini vurğulayır. Belə ki, ölkədə orta aylıq əmək haqqı 235 avrodur. 2008-2010-cu illərdə yoxsulluqdan da aşağı səviyyədə yaşayanların sayı 270 min nəfər olub ki, bu da 25 faizdən yuxarıdır.

Ermənistan dəyişə bilərmi?

Müəllifin məqalədə qoyduğu əsas sual bundan ibarətdir. Ölkədəki ümumi vəziyyətin təhlili əsasında belə qənaət yaranır ki, Ermənistanın müsbətə doğru dəyişməsi ehtimalı çox azdır. İndi işsizlərin sayı 30 faizi keçib. İqtisadiyyatın inkişaf tempi çox aşağıdır.

Maliyyə sahəsində hansısa islahatlar gözlənilmir. Ermənistanla bağlı çoxlu sayda tədqiqatın müəllifi olan Haidz Minasyanın qənaətinə görə, ölkənin inkişaf etməsi üçün iqtisadiyyatda hər il ən azı 10 faiz artım olmalıdır. Bu isə indiki şərtlər daxilində mümkün deyil.

Digər tərəfdən, Ermənistanda iqtisadi vəziyyət bir qrup erməni və rus biznesmenin əlindədir. Korrupsiya o dərəcədə yayılıb ki, situasiyanın dəyişməsi imkanı sıfırdır. "Transparency International” təşkilatının reytinqində Ermənistan 129-cu yerdədir. Ölkəni haqlı olaraq "oliqarxlar respublikası” adlandırırlar.

İnsan haqlarının vəziyyəti də acınacaqlıdır. Təkcə 2011-ci ildə 3 min 600 adam siyasi təqiblərə məruz qalaraq Fransa hökumətindən siyasi sığınacaq istəyib. Hakimiyyət orqanları hər gün vətəndaşların hüquqlarını pozur. Şikayətlərə isə baxan yoxdur. Hər yerdə məhkəmələr oliqarxların xeyrinə qərarlar çıxarır. Ermənistanın adi vətəndaşları ümidsizləşiblər. Onlar ölkədə ədalətin bərqərar olacağına artıq inanmırlar. Bütün bunlar Ermənistanı "ölü ölkəyə” çevirib. Hətta xarici yardım hesabına bu dövlətin "dirilməsi”nə inanan artıq yoxdur.

Newtimes.az

P.S. Məqalənin rus dilinə tərcüməsini "inosmi.ru" saytı yayıb: Армения – страна без будущего

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...