THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7203
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 noyabr 2020 – Newtimes.az

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir. Səbəb sadədir: Azərbaycan Ordusu döyüş meydanında qələbə qazandı. Qondarma "Dağlıq Qarabağ respublikası'' süquta uğradı. Ermənistanın baş naziri Nikol Paşinyanın başqa seçimi qalmadı və buna görə də o, təslim oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın "Causeur'' portalında dərc olunmuş analitik məqalədə yer alıb.

Məqalədə bildirilir ki, bu bəyanatı imzalamaq Nikol Paşinyan üçün ağrılı olduğu qədər də qaçılmaz idi. Paşinyan üçün bu bəyanatı imzalamaq həm də düzgün qərar idi. Ancaq təəssüf ki, vəzifədə olduğu müddətdə o, belə düzgün addımlar atmadı. O, Azərbaycan Ordusunun gücünü, ölkənin siyasi elitasını düzgün qiymətləndirə bilmədi. O, 1990-cı illərin əvvəllərindəki erməni hərbi üstünlüyünün indi artıq olmadığını başa düşmədi. Paşinyan 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gündən sonra döyüşlərin dayandırılacağını düşünürdü. O, "Qarabağ Ermənistandır'' deməklə vəziyyəti daha da qəlizləşdirdi və azərbaycanlıların səbir kasasını daşdırdı.

Məqalədə qeyd edilir ki, 90-cı illərin əvvəllərində torpaqlarının 20 faizinin işğalına, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev müdrik siyasət yürüdərək, ilk növbədə, ölkənin iqtisadi potensialını və insan kapitalını inkişaf etdirdi.

Müəllif vurğulayır ki, bu gün Ermənistanda təslimdən sonra yaranmış daxili qeyri-sabitlik daha qorxulu görünür.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...