THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yerevan Moskvanı şantaj edir

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
935
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 sentyabr 2019 – Newtimes.az

"Pervıy Armyanskiy informasionnıy'' portalında Sarkis Arsruninin "Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib'' sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif əvvəlcə Ermənistanın Baş Naziri Nikol Paşinyanın "Nuvel de Armeni” nəşrinə müsahibəsindən bir sitat gətirir. Paşinyan həmin müsahibədə belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. Jurnalist baş nazirdən soruşur ki, Yerevan Ermənistan ilə Rusiyanın müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına Moskvanın şübhələrini aradan qaldıra bilibmi? Paşinyan bu sualın cavabında deyib: "Biz suveren tərəfdaşlarıq və əgər onların bizə şübhə etmək hüququ varsa, bizim də onlara şübhə etmək hüququmuz var''.

Paşinyan daha sonra deyib: "Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bizim bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər birisi hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır''.

Arsruni baş nazirin söylədiklərində "müsahibənin ən mühüm epizodu'' adlandırdığı məqamlara əsaslanaraq belə bir "dərin mənalı'' nəticəyə gəlir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərində "mütiliyi aradan qaldırır''. Müəllifin fikrincə, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş "Rus etnosiyasi birliyi'' təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət buna əyani sübut hesab edilməlidir. Eyni zamanda, Arsruni gileylənir ki, Moskvada, elə Ermənistanın siyasi həyatının müəyyən seqmentində də keyfiyyətcə yeni Ermənistan-Rusiya münasibətlərini qəbul etməyə hazır deyildirlər.

Müəllif ondan narazıdır ki, özünün təbirincə desək, "köhnə sistem''in nümayəndələri Ermənistan-Rusiya münasibətlərinə "öldürücü zərbə vurulmasına'' - Şişkinə siyasi sığınacaq verilməsinə görə Paşinyanı amansızcasına tənqid edirlər. O vurğulayır ki, prinsip etibarilə müttəfiq ölkələr bir-birinin vətəndaşlarına, xüsusən həmin vətəndaşların əməllərində siyasi iz olduqda, qaçqın statusu verməkdən qarşılıqlı imtina edirlər. Arsruni bunun həqiqət olması ilə razılaşır, lakin onun xoşuna gəlmir ki, Paşinyanın bugünkü opponentləri Ermənistan-Rusiya münasibətlərini, onun yazdığı kimi, vassal rejimində təsəvvür edirlər. Bu halda Moskva nə istəsə edə bilər, Yerevan isə özünü təmizə çıxarmağa çalışan "kiçik qardaş'' statusunda çıxış etməlidir.

Müəllif yazır: "Köhnələr unudurlar ki, kriminal oliqarxiyanın görkəmli nümayəndəsi Miqran Poqosyana və 1 Mart işinin iki mühüm fiqurantına himayədarlıq etməklə müttəfiqlik münasibətlərinin ruhunu birinci pozan məhz Moskva olub''. Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları "Moskvaya elə onun özü kimi cavab verməklə'' tam layiqli hərəkət ediblər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...